Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-233/2023 07.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, X1 iştirakı ilə, X1 «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Tovuz rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Tovuz rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində qeyd etməklə, «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 12 may 1957-ci ildə Tovuz rayonu Alakol kəndində anadan olmuş X4nun 27 dekabr 2003-cü il tarixdə Tovuz Rayon Alakol kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X19 ilə soyadları fərqli olsa da o onun doğma qardaşıdır. X19 12 may 1957-ci ildə Tovuz rayonu Alakol kəndində anadan olmuş, 27 oktyabr 2003-cü il tarixdə vəfat etmişdir. X4 Tovuz rayonu Alakol kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclası zamanı həmin qəbirüstü abidənin şəklini və şahidləri təqdim edəcəkdir. X10 ölümü ilə bağlı müvafiq icra orqanları maraqlı şəxslərə məlumat vermədiyinə görə onun barəsində ölüm haqqında şəhadətnamə verilməmiş və müvafiq qeydiyyat aparılmamışdır. Hazırda isə onun ölüm haqqında şəhadətnaməsinə zərurət vardır. Bunu da başqa yolla əldə edə bilmir. Bunun da əldə edilməsinə səbəb hazırda mərhum X14 məxsus torpaq sahəsi mövcuddur. Onun da birinci dərəcələri yoxdur. O, bununla bağlı Tovuz Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. X2 məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Tovuz rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Tovuz rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İşə əlavə olunmuş doğum haqqında arayışdan görünür ki, X19 xx.xx.1957-ci ildə Tovuz rayonu Alakol kəndində anadan olmuşdur. Digər arayışdan görünür ki, hazırki iş üzrə ərizəçinin atası X11, anası X18 olmuşdur. Daha bir arayışdan müəyyən edilir ki, X8 anası X12r. Digər arayışlardan görünür ki, X18 17 aprel 2013- cü ildə, X15 isə 04 oktyabr 2000ci ildə ölmüşdür. İşə əlavə olunmuş Tovuz Rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, X10 vətandaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qediyyat informasıya sistemində bütün vətandaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İşə əlavə olunmuş JN-984F, kod 50303018 saylı torpağa mülkiyyət mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, X13 Tovuz Rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli qərarı ilə Tovuz rayonu Alakol kəndi ərazisindən 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 məhkəmə iclasında ifadəsində göstərdi ki, Əmirxan onun qonşusu olmuşdur. Oktay və Mehman Əmirxanın qardaşıdır. Oktay Rusiyada yaşamaqla, orada evlənmişdir. Oktayın burada ailəsi olmamışdır. Onun burada evi olmasına baxmayaraq həmin evdə kimsə yaşamır. O 2003-cü ildə vəfat etmişdir. Onun harada ölməsindən məlumatlı deyildir. X9 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Oktay və Mehman Əmirxanın qardaşıdır. İkisə də vəfat etmişdir. Oktay 2003-cü ildə vəfat etmişdir. Həmin vaxtı o Rusiyada olduğundan dəfndə iştirak etməmişdir. Oktay Tovuz rayon Alakol kənd qəbiristanlığında dəfn edilmişdir.Onun harada ölməsindən məlumatlı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, X2 qardaşının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, 12 may 1957-ci ildə Tovuz rayonu Alakol kəndində anadan olmuş X19 27 oktyabr 2003-cü ildə vəfat etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 12 may 1957-ci ildə Tovuz rayonu Alakol kəndində anadan olmuş X10 27 oktyabr 2003-cü ildə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-233/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-233/2023
07.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver