Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2412/2024 14.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası DİN BDYPİ Tovuz Rayon 10 saylı Qeydiyyat İmtahan və X1rşı mülkiyyət hüququnun tanınması tələbinə dair ərizəsinə Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası DİN BDYPİ Tovuz Rayon 10 saylı Qeydiyyat İmtahan və X1rşı mülkiyyət hüququnun tanınması barədə ərizə verərək istifadəsində olan ** OK *** dövlət qeydiyyat nömrəli QAZ-31015 markalı avtomobilə mülkiyyət hüququnun tanınmasını xahiş etmişdir. Göründüyü kimi Ərizəçi mülki mühakimə qaydasında versə də ərizə faktiki olaraq məhkəmə qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Odur ki, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə hesab edir ki, Ərizəçi ərizəsini icraata qəbul edilməkdən imtina edilməlidir və onun müvafiq olaraq Azərbaycan Respublikası DİN BDYPİ Tovuz Rayon 10 saylı Qeydiyyat İmtahan və X2 müraciət etməsi izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə Azərbaycan Respublikası DİN BDYPİ Tovuz Rayon 10 saylı Qeydiyyat İmtahan və X2 müraciət etməsi izah edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-2412/2024
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2412/2024
14.08.2024 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver