Məhkəmə qərarları › İş №2(062)-2436/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2436/2024

15.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2436/2024 15.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Mən, Tovuz Rayon Məhkəməsinin hakimi Əliyev Fərid Nadir oğlu Ərizəçi maraqlı şəxs Tovuz rayonu İşiq İdarəsinə qarşı “aktın ləğv olunması və borcun silinməsi” tələbinə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: Ərizəçi maraqlı şəxs Tovuz rayonu işıq idarəsinə qarşı “aktın ləğv olunması və borcun silinməsi” tələbinə dair ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Tovuz rayonu İşıq İdarəsi tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli aktın ləğv edilib cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri Mülki Prosessual Qanunvericiliyin tələbləri baxımından hüquqi qiymətləndirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə ilk növbədə diqqətə çatdırır ki, hazırki ərizə Mülki Prosessual Məcəllənin 31-ci fəslində əksin tapmış hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə icraat növünə aid deyildir. Ərizəçi iddia icraatı qaydasında məhkəməyə müraciət etməli olduğu halda xüsusi icraat qaydasında müraciət etmişdir. Bundan başqa cavabdeh qismində hüquqi şəxsin özü deyil, Tovuz ərazi üzrə idarəsi göstərilmişdir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. (Mülki Prosessual Məcəllənin 152.2 və 152.3-cü maddələri) Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 151, 152, 263, 264 və 267 -ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: Ərizəçi maraqlı şəxs Tovuz rayonu İşiq İdarəsinə qarşı “aktın ləğv olunması və borcun silinməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar