Məhkəmə qərarları › İş №2(062)-2472/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2472/2025

29.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2472/2025 29.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Tovuz Regional “Asan xidmət”mərkəzində Notariat ofisinə qarşı “mirasdan pay” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Tovuz Regional “Asan xidmət”mərkəzində Notariat ofisinə qarşı “mirasdan pay” tələbi ilə məhkəməyə müraciət edərək torpaq sahəsi və fərdi yaşayış evi üzərində mirasdan payının müəyyən edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o xx.xx.1955-ci ildə X3 ilə X1 birgə yaşayışından doğulmuşdur. X3 xx.xx.1976-cı ildə, anası X10 isə xx.xx.1986-cı ildə vəfat etmişdir. X1 ünvan 1-də yerləşən 0,0365 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 73.40 kv. metr olan yaşayış evi qeydə alınmışdır. X1 vəfatından sonra qanun üzrə vərəsə kimi ondan qalan mirası qəbul etmiş və hazırda da həmin miras torpaq sahəsindən və evdən o istifadə edir. X1 vərəsələri hesab edilən X8 xx.xx.1979-cu ildə, yəni mirasın açılmasından əvvəl vəfat etdiyinə görə mirasın qəbulunda iştirak etməmişdir. X2 isə xx.xx.2013-cü ildə vəfat etmiş və anası X5 qalan mirasın qəbulunda iştirak etməmişdir. Miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Tovuz regional “Asan xidmət” mərkəzində Notariat ofisinə müraciət etmiş, notariat ofisi xx.xx.2025-ci il tarixli məktubla vərəsələr arasında mübahisə olması ilə bağlı müraciətinin rəsmiləşdirilməsindən imtina etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi bildirir ki, mərhumun sağ qalmış hər hansı ikinci vərəsəsi olmadığı halda notariat orqanı vərəslər arasında mübahisənin olmasını əsas gətirərək mirası rəsmiləşdirməkdən imtina etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan hüququn ölmüş şəxsə məxsus olması barədə arayışdan görünür ki, X6 mülkiyyətində ümumi sahəsi 73,40 kv.metr, torpaq sahəsi 0,0365 kv.m olan fərdi yaşayış evi mövcud olmuşdur. Doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçı X6 oğludur. İşdəki sənədlərdən görünür ki, X9 01 dekabr 2013-cü ildə, X8 09 oktyabr 1979-cu ildə, X10 12 dekabr 2019-cu ildə ölmüşlər. İşdəki xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, mübahisəli evdə X6 gəlini və nəvələri qeydiyyatdadırlar. X10 vəfat etdikdən sonra həmin evdə İddiaçı istifadə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, X4 qalmış vərəsəsi İddiaçı olmaqla, mübahisəli fərdi yaşayış evində yaşayır.Mərhumun mirası qəbul etmiş hər hansı sağ qalmış vərəsələri mövcud deyildir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X5 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 73,40 kv.metr, torpaq sahəsi 0,0365 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı mirasdan tam payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar