Məhkəmə qərarları › İş №2(062)-2503/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2503/2025

07.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2503/2025 07.11.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 və nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiаçı İddiaçı cavabdehlər X5, Cavabdeh2 və X13 (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Tovuz regional “ASAN xidmət” mərkəzinin notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi) qarşı “miras əmlakdan payın müəyyən olunması” tələbinə dаir mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi: İddia tələbi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********3- 05101-093 reyestr nömrəli çıxarışda göstərilən miras əmlakdan payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mərhum X3na məxsus ünvan 1 ünvanında yerləşən mənzildə yaşamışdır. Hazırda da həmin ünvanda qeydiyyatda olmaqla, yaşayış yeri həmin mənzildir. X3 xx.xx.2022-ci il tarixdə, atası X26 isə xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Hazırda mərhum nənəsindən miras qalmış əmlakın mərhum atasına çatacaq paya münasibətdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat ofisinə müraciət etsə də, vərəsələr arasında mübahisə olması əsas gətirilərək şəhadətnamə verilməsindən imtina edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmənin iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, nənəsi onu himayəsinə götürmüşdür. Nənəsi xx.xx.2022-ci ildə, atası isə xx.xx.2014-cü ildə vəfat etmişdir. Nənəsinin vəfatından sonra həmin evdə yaşamışdır. Evləndikdən sonra da həmin evdə yaşamışdır. Miras əmlakı faktiki olaraq qəbul etmişdir. Nənəsinin dəfn xərclərini babası çəkmişdir. Məhkəmənin iclasında iştirak edən Cavabdeh2 və nümayəndəsi (vəkil) Vəkil izahat verərək bildirdilər ki, İddiaçı miras əmlakı faktiki qəbul etməmişdir. Odur ki, iddianın təmin edilməməsini xahiş etdilər. Digər cavabdehlərə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişlər. Məhkəmə digər cavabdehlərin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Hüququn ölmüş şəxsə məxsus olması haqqında xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil X6 adına qeydə alınmışdır. A3 236591 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X21 ilə X6 nikahları xx.xx.1972-ci ildə, 13 nömrə ilə qeydə alınmışdır. 29 noyabr 1983-cü il tarixli, 36 nömrəli orderdən görünür ki, X9 Tovuz şəhəri, M.Əzizbəyov küçəsi, bina 5, 36 saylı mənzil verilmişdir. Tovuz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 135 nömrəli sərəncamına əsasən, X6 ərizəsinin nəzərə alınması, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı ata X3nın himayəsinə verilməsi qərara alınmışdır. Tovuz rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-48-44RA/2 nömrəli arayışdan görünür ki, Tovuz rayon XDS İK-nin 25 noyabr 1983-cü il tarixli, 21 saylı protokoluna əsasən Tovuz rayon XDS İK-nin 25 noyabr 1983-cü il tarixli, 259 nömrəli qərarı ilə Tovuz şəhəri, Əzizbəyov küçəsində tikilib qurtarmış 50 ailəlik yaşayış binasının növbə qaydası ilə zəhmətkeşlərə verilməsi göstərilmişdir. 17-ci sırada X16- əmanət kassasında nəzarətçi. X22 tərəfindən notarial qaydada verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X10 etibarnamə əsasında nümayəndəsi Cavabdeh2 Tovuz şəhəri, M.Əzizbəyov küçəsi, ev 5 ünvanında yerləşən 36 saylı mənzilin X6 adına özəlləşdirilməsinə və çıxarış verilməsinə etirazının olmadığını bildirmişdir. Cavabdeh1 tərəfindən notarial qaydada verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh1 Tovuz şəhəri, M.Əzizbəyov küçəsi, ev 5 ünvanında yerləşən 36 saylı mənzilin X6 adına özəlləşdirilməsinə və çıxarış verilməsinə etirazının olmadığını bildirmişdir. AZ-İİ 434884 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.2024cü il tarixdə vəfat etmişdir. X17 tərəfindən notarial qaydada verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, X7 etibarnamə əsasında nümayəndəsi Cavabdeh2 Tovuz şəhəri, M.Əzizbəyov küçəsi, ev 5 ünvanında yerləşən 36 saylı mənzilin X6 adına özəlləşdirilməsinə və çıxarış verilməsinə etirazının olmadığını bildirmişdir. Tovuz regional “ASAN xidmət” mərkəzində ƏN-nin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-69-1070/2025 saylı arayışdan görünür ki, X16 xx.xx.2022-ci ildə vəfat etmişdir. Tovuz regional “ASAN xidmət” mərkəzində ƏN-nin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-69-1071/2025 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.1997-ci ildə anadan olmuş, atası X26, anası X23r. Tovuz regional “ASAN xidmət” mərkəzində ƏN-nin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-69-1072/2025 saylı arayışdan görünür ki, X26 xx.xx.1973-cü ildə anadan olmuş, atası X21, anası X11r. Tovuz regional “ASAN xidmət” mərkəzində ƏN-nin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-69-1069/2025 saylı arayışdan görünür ki, X26 xx.xx.2014-cü ildə vəfat etmişdir. Tovuz şəhəri İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 792 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Tovuz regional “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1918 saylı vərəsələr arasında əmlakın bölüşdürülməsi ilə bağlı mübahisə olduğundan məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Tovuz şəhəri İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1579 nömrəli arayışdan görünür ki, X9 məxsus ünvan 1 ünvanında qeydiyyatda olanlar əri X21, qızı X14, gəlini Cavabdeh2, nəvəsi İddiaçı, nəticəsi X27, nəvələri X24 və X15r. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Konstitusiyası:

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

29. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1269. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət eməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2022-ci il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını, iddia ərizəsini, işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mərhum X16 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onun 4 vərəsəsi olmuşdur. X8, oğlu X26, oğlu X17 və qızı X14. X6 vəfatından sonra Tovuz şəhəri, M.Əzizbəyov küçəsi, bina 5, 36 saylı mənzil miras qalmışdır. X1 vərəsəsi olan X26 xx.xx.2014-cü ildə vəfat etmişdir. Hazırda İddiaçı mərhum X4 miras qalmış əmlakdan atası X18 çatası payın ona münasibətdə müəyyən olunmasını xahiş edir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, miras qoyan şəxslərə münasibətdə ardıcıl olaraq vərəsələr müəyyən edilməli və onlara münasibətdə də miras əmlakdan qanuna müvafiq olaraq payları müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş 29 noyabr 1983-cü il tarixli, 36 nömrəli order əsasında X9 Tovuz şəhəri, M.Əzizbəyov küçəsi, bina 5, 36 saylı mənzil verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş Hüququn ölmüş şəxsə məxsus olması haqqında xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil X6 adına qeydə alınmışdır. Beləliklə, mərhum X4 miras qalmış əmlak ünvan 2 ünvanında yerləşən mənzildir. X1 birinci növbə vərəsələrindən X26 xx.xx.2014-cü ildə vəfat etmişdir. Mülki qanunvericiliyə əsasən, birinci növbə vərəsələrin nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Hazırda İddiaçı atasına çatası mirasdan pay almaq istəyir. Digər vərəsə X17 isə xx.xx.2024-cü il tarixdə vəfat etdiyindən onun vərəsəsi kimi arvadı Cavabdeh2 cavabdeh qismində cəlb edilmişdir. İş materialları ilə və tərəflərin izahatı ilə müəyyən edilir ki, miras əmlak X1 vərəsələri X8, X18 çatacaq paya münasibətdə onun oğlu İddiaçı və X12 münasibətdə isə onun arvadı Cavabdeh2 tərəfindən qəbul edilmişdir. Belə ki, tərəflərin izahatları ilə müəyyən edilir ki, X1 vəfatından sonra miras qalmış əmlakda İddiaçı və Cavabdeh2 yaşamaqla miras əmlakı faktiki qəbul etmişlər. Cavabdeh2 sonuncu məhkəmə iclasında miras əmlakın iddiaçı tərəfindən qəbul edilmədiyini, iddiaçının orada yaşamadığını bildirsə də, əvvəlki məhkəmə iclaslarında verdiyi izahatında İddiaçı X1 himayəsində olduğunu, nənəsi vəfat edəndən sonra orada yaşadığını, sonradan getdiyini bildirmişdir. Tovuz şəhəri İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 792 nömrəli arayışda da İddiaçı həqiqətən ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşadığı qeyd edilmişdir. Göründüyü kimi, işin halları ilə miras əmlakın iddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi sübut olunur. Həmçinin tərəflərin izahatı ilə müəyyən edilir ki, X2 Ofelya Mahmud qızının vəfatında iştirak etmiş, dəfn xərclərini çəkmişdir. Daha sonra təsərrüfatın idarə edilməsi, işıq və qazdan istifadə ilə bağlı yaranmış xərclərin ödənilməsi üçün daim pul göndərmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, miras əmlak İddiaçı, cavabdehlər Cavabdeh2 və X22 tərəfindən faktiki olaraq qəbul edilmişdir. Digər vərəsə olan X14 isə X1 vəfatından əvvəl evlənmiş, miras əmlakı faktiki və notarial qaydada qəbul etməmişdir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən 18 iyul 2014-cü il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda; vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Yuxarıda göstərilənlərə əsasən, əmlaka sahiblik etməyə və onu idarə etməyə faktiki başlamağa sübut kimi aşağıdakılar ola bilər: vərəsənin miras qoyanla birgə yaşadığı haqqında mənzil-istismar idarəsinin arayışı, əmlak üçün vergilərin, kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə vergilər idarələrinin arayışlar və ya bu ödənişlər barədə qəbzlər və digər sənədlər. Göstərilən hallardan biri mövcud olarsa, vərəsə mirası qəbul etmiş sayılır. Həm də vərəsə mirasın yalnız bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, o, mirası tamamilə qəbul etmişdir. Bu halda mirasın nədə ifadə edilməsinin və harada olmasının əhəmiyyəti yoxdur. İşin halları qeyd olunan Plenum Qərarına müvafiq araşdırılan zaman məlum olur ki, miras əmlak yalnız vərəsələrdən İddiaçı, cavabdehlər Cavabdeh2 və Sətdar Abdıyev tərəfindən qəbul edilmişdir. Belə ki, iddiaçı X1 himayəsində olan İddiaçı nənəsinin vəfatından sonra Cavabdeh2 və onun ailəsi ilə birlikdə onlarla bərabər miras əmlakda yaşamaqla, digər cavabdeh Sərdar Abdıyev isə kommunal ödənişləri həyata keçirməklə təsərrüfatı idarə etmişlər. Odur ki, vərəsələrin üçü tərəfindən mirasın qəbul edildiyi nəticəsinə gəlindiyi üçün Tovuz şəhəri, M.Əzizbəyov küçəsi, ev 5, 36 saylı mənzildən iddiaçının payı 1/3 hissədə müəyyən edilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia tələbi təmin edilməli, hüququn ölmüş şəxsə məxsus olması haqqında xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli arayışda göstərilmiş mərhum X9 məxsus ünvan 2 ünvanında yerləşən mənzildən 1/3 hissədə İddiaçı payı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, hüququn ölmüş şəxsə məxsus olması haqqında xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli arayışda göstərilmiş mərhum X9 məxsus ünvan 2 ünvanında yerləşən mənzildən 1/3 hissədə İddiaçı payı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verdiliyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Pərvanə İsaqlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar