Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2507/2023 07.11.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Cavabdeh X2 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X4 cavabdeh X5 qarşı «cehiz» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X8 məhkəmədə cavabdeh X5 qarşı iddia qaldıraraq cavabdeh X2 Sabuncu rayonu, Ramana qəsəbəsi, Nəsibə Zeynalova küçəsində yerləşən evində saxlanılan cehiz əşyaları künc divan, 320 manat dəyərində mətbəxt divanı (üç yastıqla birlikdə), 215 manat dəyərində tozsoran, 680 manat dəyərində stul dəsti (06 ədəd) stol, 140 manat dəyərində TV stend , 80 manat dəyərində jurnalnıy, 110 manat dəyərində divar güzgüzü, 940 manat dəyərində paltaryuyan, 220 manat dəyərində hamam aksesuarları, 35 manat dəyərində süpürgə polsilən, 45 manat dəyərində cəngəl-qaşıq (06 ədəd), 70 manat dəyərində yorğan, 70 manat dəyərində 12 ədəd bakal, 15 manat dəyərində 1 su qabı, 20 manat dəyərində süfrə, 30 manat dəyərində dekor şamdanlar (04 ədəd), 15 manat dəyərində aksessuar güldan, 25 manat dəyərində yolka, 50 manat dəyərində divan üstləri (02 ədəd), 45 manat dəyərində 3 adyal, 1 yorğan, 2 yastıq cavabdehdən alınaraq ona qaytarılması və ya olmayan əşyaların pul vahidində ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X8 iddianı onunla əsaslandırmışdır ki, cavabdehlə nikahlarının pozulması xx.xx.2022-ci il tarixli 51 nömrəli aktla qeydə alınmışdır. Cehizləri və əmlakları gəlin getdiyi Bakı şəhəri Sabuncu rayonu, Ramana qəsəbəsi, Nəsibə Zeynalova ünvanında yerləşir. Cavabdehdən cehiz və əmlaklarını tələb etsə də o könüllü olaraq həmin əşyaları qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X2 nümayəndəsi X9 bildirdi ki, həmin cehiz əşyalarından hamam aksessuarları və süpürgə pol silən isə olmamışdır. 12 ədəd bakaldan 7-si sınmışdır. Qalan cehiz əşyalar isə evdədir və iddiaçıya verməyə razıdır. Ona görə də, nəzərə alnınmasını xahiş etdi. Cavabdeh X5 və iddiaçı X6 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia qanuni və əsaslıdır, aşağıdakı əsaslara əsasən qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı X10 ilə X2 nikahları xx.xx.2022-ci il tarizli 51 nömrəli aktla pozulmuşdur. Cehizlərini və əmlakları gəlin getdiyi Bakı şəhəri Sabuncu rayonu, Ramana qəsəbəsi, Nəsibə Zeynalova ünvanında yerləşir.İşdə olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, icra məmuru tərəfindən əşyalar siyahıya alınarkən televizor, xalça, döşək, yorğan, taxt döşəyi, duxovka peç və 12 ədəd bakaldan başqa digər əşyalar yerindədir. Məhkəmə qeyd edir ki, iddiaçının tələb etdiyi əşyalarla bağlı mübahisə yalnız hamam aksesusarı, süpürgə pol silən və bakallarla bağlıdır. Belə ki, iddiaçı hamam aksesuarının və pol silənin olmasını iddia etsə də, iddiaçı bununla bağlı sübutunu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda o ərizəsində də həmin aksesuarın və pols silənin gəlin köçərkən və yaxud evlilik müddətində alınmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmin vaxtın müəyyənləşdirilməsi həmin aksesuarların və pol silənin yararlılıq müddətinin müəyyən edilməsi üçün vacibdir. Məhkəmə hesab edir ki, həmin hissələrdə iddia təmin edilməməlidir. Bakallara münasibətdə isə məhkəmə onu qeyd edir ki, həmin hissədə iddiaçı sübut təqdim etməsə də, cavabdeh 5 ədədinin mövcud olmasını bildirmişdir. Odur ki, 5 ədəd bakal cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə tələb olunan əmlakın dəyərini müəyyən edərkən iddiaçı tərəfin təqdim etdiyi işdə olan əmlakın dəyəri barədə mütəxəssis rəyini qismən nəzərə alır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədlərin məcmusuna və iddiaçının izahatına qiymət verərək hesab edir ki, iddia ərizəsində göstərilən iddiaçıya məxsus 960 manat dəyərində künc divan, 320 manat dəyərində mətbəxt divanı (üç yastıqla birlikdə), 215 manat dəyərində tozsoran, 680 manat dəyərində stul dəsti (06 ədəd) stol, 140 manat dəyərində TV stend , 80 manat dəyərində jurnal stolu, 110 manat dəyərində divar güzgüzü, 940 manat dəyərində paltaryuyan, 45 manat dəyərində çəngəl-qaşıq (06 ədəd), 70 manat dəyərində yorğan, ümumi dəyəri 30 manat olan 5 ədəd bakal, 15 manat dəyərində 1 su qabı, 20 manat dəyərində süfrə, 30 manat dəyərində dekor şamdanlar (04 ədəd), 15 manat dəyərində aksessuar güldan, 25 manat dəyərində yolka, 50 manat dəyərində divan üstləri (02 ədəd), 45 manat dəyərində 3 adyal, 1 yorğan, 2 yastıq olan əşyalar cavabdehdən alınıb iddiaçıya verilməlidir. Qətnamə icra olunan vaxt həmin əşyalar mövcud olmasa onların dəyəri məbləğində pul cavabdehdən alınmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin olunsun. Cavabdeh X1 960 manat dəyərində künc divan, 320 manat dəyərində mətbəxt divanı (üç yastıqla birlikdə) 215 manat dəyərində tozsoran, 680 manat dəyərində stul dəsti (06 ədəd) stol, 140 manat dəyərində TV stend , 80 manat dəyərində jurnalnıy, 110 manat dəyərində divar güzgüzü, 940 manat dəyərində paltaryuyan, 45 manat dəyərində cəngəlqaşıq (06 ədəd), 70 manat dəyərində yorğan, ümumi dəyəri 30 manat olan 5 ədəd bakal, 15 manat dəyərində 1 su qabı, 20 manat dəyərində süfrə, 30 manat dəyərində dekor şamdanlar (04 ədəd), 15 manat dəyərində aksessuar güldan, 25 manat dəyərində yolka, 50 manat dəyərində divan üstləri (02 ədəd), 45 manat dəyərində 3 adyal, 1 yorğan, 2 yastıq alınıb X7 verilsin. Həmin əmlakların natura halında verilməsi mümkün olmadıqda dəyəri cavabdeh X1 alınıb iddiaçı X7 verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündə 1 (bir) ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2507/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2507/2023
07.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver