Məhkəmə qərarları › İş №2(062)-2595/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2595/2024

24.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2595/2024 24.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, atası X5 iştirakı ilə Ərizəçi maraqlı şəxs DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair mülki işə Tovuz şəhərində 24 oktyabr 2024cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək JN 791A kod 50300148 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən X6 qeydinin Ərizəçi məxsus olması faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, atası X11 təmsil etmişdir. Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, atası X11 ərizəni müdafiə edərək məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1997-ci il tarixli 14 nömrəli qərarı ilə ərizəçinin əri X9 və ailə üzvlərinə Tovuz rayonu Düz Qırıqlı kəndində 0,40 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN 791A kod 50300148 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə dövlət reyestrində qeydə alınmışdır. Onun adı Ərizəçi olsa da texniki səhv olaraq JN 791A kod 50300148 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ərizəçinin bacısının adı X1 qeyd edilmişdir. Halbuki, bacısının soyadı “Hüseynova” olmuş, nikaha daxil olarkən “Hüseynova” kimi də qalmışdır. Qalan digər sənədlərdə Ərizəçi kimi qeyd olunur. Maraqlı şəxsə müraciət etsə də, şəhadətnamədə düzəliş edilməmiş və yeni şəhadətnamə verməkdən imtina etmişdir. Odur ki, JN 791A kod 50300148 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən X6 qeydinin Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxs DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, ərizəçi bacısıdır. Bacısına və onun əri Elçin Məmmədova verilmiş torpağa aid şəhadətnamədə səhvən bacısının adı Xatirə kimi qeyd edilmişdir. Halbuki, onun adı Ərizəçi kimi qeyd olunmalı idi. Özünün isə adı Hüseynova Xatirədir və onun özünün ayrıca pay torpaq sahəsi vardır. Bacısının torpaq sahəsinə heç bir aidiyyatı və tələbi yoxdur. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadəsini dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə qanuni və əsaslıdır, ona görə də təmin edilməlidir. Surəti işə əlavə olunmuş nömrəsi AA ******* olan Ərizəçi məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1977-ci ildə anadan olmuşdur. İşə əlavə olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-791A saylı şəhadətnamədən görünür ki, Tovuz rayon AİK-nin 23 dekabr 1997-ci il tarixli 14 nömrəli qərarı ilə X9 və ailə üzvlərinə 0,40 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə ərizəçi X1 qeyd edilmişdir. İşə əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X8 17 avqust 1994-cü ildə nikaha daxil olmuş, Ərizəçi soyadını qəbul etmişdir. İşə əlavə olunmuş Tovuz rayonu İHB-nin Düz Qırıqlı kənd İƏD üzrə nümayəndəliyinin 27 sentyabr 2024-cü il tarixli 660 saylı arayışından görünür ki, ərizəçinin adı texniki səhv olaraq X1 qeyd edilmişdir. Tovuz rayonu Düz Qırıqlı kəndində X6 adlı şəxs yaşamır və qeydiyyatda yoxdur. İşə əlavə olunmuş JN 536 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Tovuz rayon AİK-nin 23 dekabr 1997-ci il tarixli 14 nömrəli qərarına əsasən, X10 ilə X3 0,44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşə əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X7 arasında xx.xx.2000-ci ildə nikah qeydi bağlanmış, Xatirə Hüseynova soyadında qalmışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Tovuz rayon AİK-nin 23 dekabr 1997-ci il tarixli 14 nömrəli qərarı ilə ərizəçinin əri X4 və ailə üzvlərinə 0,4 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN 791A kod 50300148 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. JN 791A kod 50300148 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə texniki səhv olaraq Ərizəçi X1 qeyd olunmuşdur. Ərizəçinin izahatı və şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, JN 791A kod 50300148 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ərizəçinin adı Ərizəçi kimi qeyd olunmalı idi. Ərizəçinin Xatirə adlı bacısı olsa da, onların əri ilə birlikdə ayrıca, yəni JN 536 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə verilmiş torpaq sahələri olmuş və həmin dövlət aktında sonuncunun adı, nikah haqqında şəhadətnaməsinə əsasən, X2 qeyd olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Xatirə adlı şəxsə məxsus torpaq sahəsi başqa ünvanda olduğuna görə, Xalidəyə ailə üzvləri ilə birlikdə verilən torpaq sahəsinə aid şəhadətnamədə qeyd olunan Xatirə adı yanlışdır. Yenidən şəhadətnamənin şəxsiyyət vəsiqəsinə uyğun olaraq hazırlanması mümkün olmamışdır. Ona görə də, sənədin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır və JN 791A kod 50300148 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədəki X6 adlı şəxsə məxsus qeydin Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olma faktı məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə , Q Ə T E T D İ: Ərizə təmin edilsin. JN 791A kod 50300148 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X6 qeydinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar