Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-273/2025 10.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Orqanının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Tovuz şəhərində 10 aprel 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 08 yanvar 1986-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 08 yanvar 1986-cı ildə Aynur adlı uşağı anadan olmuşdur. O, doğulduğu vaxtdan ruhi xəstədir və etdiyi əməllərin nəticəsini qavramır. Həmin vaxtdan etibarən Aynur ev şəraitində yaşayır. Onun tərəfindən ona qulluq edilir. Qızı əvvəllər olduğu kimi, indi də hərəkətlərinin nəticəsini qavramır, psixi cəhətdən problemlidir. Bununla bağlı maraqlı şəxs olan Maraqlı şəxs Başçısı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Orqanına müraciət etmişdir, lakin oradan məhkəməyə müraciət olunması bildirilmişdir. Odur ki, 08 yanvar 1986-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Başçısı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Orqanının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, iddiaya heç bir etirazı yoxdur. Ekspertiza rəyinə uyğun olaraq qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə X2 məhkəmə iclasında dindirilməsini məqsədə müvafiq hesab etməmişdir. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 08 yanvar 1986cı ildə Tovuz rayonu Aşağı Ayıblı kəndində anadan olmuşdur. İşə əlavə olunmuş 06 fevral 2025-ci il tarixli, 86 saylı ekspertiza rəyindən görünür ki, X5 orta dərəcəli əqli gerilik formasında davranış pozuntuları ilə xəstəlikdən əziyyət çəkir. X5 öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, X5 08 yanvar 1986-cı ildə anadan olmuşdur. X5 ərizəçinin qızıdır. İşdə olan sənədlərdən görünür ki, Aynur Qəribova doğulduğu vaxtdan əqli gerilik, davranış pozuntusu olan xəstədir və etdiyi əməllərin nəticəsini qavramır. Aynur Qəribova hazırda hərəkətlərinin nəticəsini qavramır, şəxsdə əqli gerilik, davranış pozuntusu var. 06 fevral 2025-ci il tarixli, 86 saylı ekspertiza rəyindən də göründüyü kimi, X3 orta dərəcəli əqli gerilik müəyyən olunur. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göründüyü kimi, ərizə təmin olunmalı və X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220 və 234 maddələrini rəhbər tutaraq məhkəmə , Q Ə T E T D İ: Ərizə təmin edilsin. 08 yanvar 1986-cı ildə Tovuz rayonu Aşağı Ayıblı kəndində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə 08 yanvar 1986-cı il təvəllüdlü X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-273/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-273/2025
10.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver