Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-278/2025 02.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı nümayəndəsi (arvadı) X5, Cavabdeh2 nümayəndəsi (oğlu) X14 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X10 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Notariat Ofisinə, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X15 və digərlərinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın ləğv edilməsi və miras əmlak üzrə payın müəyyən edilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Notariat Ofisinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın ləğv edilməsi və miras əmlak üzrə payın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2024-cü il tarixli, 2V-1165 saylı, xx.xx.2024-cü il tarixli, 2V-1166 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız sayılması, həmin şəhadətnamələr əsasında verilmiş hüquqların dğvlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi, əmlakın şəhadətnamə verilməsindən əvvəlki vəziyyətə qaytarılması və miras əmlakdan payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən X11, X16 və X21 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə baxılmasına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1964-cü ildə X17 ilə X8 birgə yaşayışlarından doğulmuşdur. Cavabdeh onun doğma bacısıdır. X3 xx.xx.2001-ci il tarixdə ölmüşdür. Mərhum atasından miras əmlak kimi Tovuz rayonu, Bayramlı kəndində həyətyanı torpaq sahələri və fərdi yaşayış evi qalmışdır. Miras əmlak faktik olaraq onun tərəfindən qəbul edilmişdir. Belə ki, miras mülkdə ailəsi ilə birgə yaşamış və mirası qoruyub saxlamışdır. Miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün notariat ofisinə müraciət etmişdir. Lakin notariat kontoru xx.xx.2024-cü il tarixli məktub ilə bildirmişdir ki, mərhumun digər vərəsəsi Cavabdeh2 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hesab edir ki, notariat kontoru vərəsələrin dairəsini bildiyi halda yalnız bir vərəsəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməklə onu miras əmlakdan pay almaq hüququndan məhrum etmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (arvadı) X18 iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, miras əmlak yalnız onun əri tərəfindən faktiki olaraq qəbul edilmişdir. Belə ki, mərhum X6 bütün dəfn xərcini əri Ədalət çəkmiş, miras əmlakda onlar yaşamış və bütün vergilər onlar tərəfindən ödənilmişdir. Digər vərəsələr hətta mərhum Mərdan Həsənovun dəfn mərasiminə belə gəlməmişlər. Bu barədə bələdiyyə tərəfindən verilmiş arayışları da təqdim etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi (oğlu) X23 iddia tələbi ilə bağlı göstərdi ki, onun anası ilə iddiaçı olan dayısı arasında hər hansı əmlak mübahisəsi olmamışdır. Hətta dayısı gəlib özü onun anasına miras əmlakla bağlı icazə alıb əmlakın ona verilməsini bildirsə, anası buna razı olacaq idi. Sadəcə olaraq dayısının onları məhkəməyə verməsini anası qəbul etmir. Bir şərtlə dayısına miras əmlakdan pay verilməsinə razıdır ki, dayısı gəlib onun anasından üzr istəsin. Əks halda ona miras əmlakdan pay verilməsinə narazıdır. İddiaçı tərəfin məqsədi mirası sənədləşdirib satmaqdır. Buna isə heç bir halda razı olan deyillər. Bundan başqa əgər miras əmlakdan pay müəyyən edilirsə bütün vərəsələrə ədalətli şəkildə pay verilsin. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X21 iddia tələbi ilə bağlı göstərdi ki, X3 ilə anası X8 birgə nikahlarından Hidayət, Məhəmməd, Sədaqət, Ədalət və o doğulmuşdur. X25 şəhərində, Hidayət, bacısı Sədaqət və o isə Bakı şəhərində yaşayır. X3 vəfat edən zaman onun özü cəzaçəkmə müəssisəsində olmuş, qardaşları Məhəmməd və Hidayət isə Rusiya Federasiyasında olmuşlar. İddiaçı olan qardaşı İddiaçı tərəfindən atasının dəfn mərasimi təşkil edilmişdir. Lakin bütün xərci digər qardaşı olan Məhəmməd çəkmişdir. Yəni pul onun tərəfindən göndərilmişdir. Hesab edir ki, miras əmlakdan bütün vərəsələrin payı müəyyən edilməlidir. Odur ki, hər bir vərəsəyə pay verilməklə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X11 və X16 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq onlar məhkəmə iclasına gəlməməmiş, habelə, gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz rayonu Bayramlı bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 85 saylı arayışdan görünür ki, xx.xx.2001-ci ildə vəfat etmiş X7 dəfn mərasimi və dəfn xərci İddiaçı tərəfindən çəkilmişdir. Tovuz rayonu Bayramlı bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 34 saylı arayışdan görünür ki, xx.xx.2001-ci ildə vəfat etmiş X4 miras qalmış fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən İddiaçı və onun ailə üvüləri istfadə edir. Doğum haqqında AZ T 282291 saylı şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1964cü ildə doğulmuşdur. X3, anası isə X12r. Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025 və xx.xx.2025-ci il tarixli arayışlardan görünür ki, X17 xx.xx.2001-ci ildə, X20 isə xx.xx.2010-ci ildə ölmüşdür. Bu barədə müvafiq olaraq ölüm akt qeydləri kitabında qeydiyyat aparılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışdan görünür ki, Tovuz rayonu, Bayramlı kəndində yerləşən 0,1815 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi birgə mülkiyyət üzrə X17 və X2 məxsusdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışdan görünür ki, Tovuz rayonu, Bayramlı kəndində yerləşən 0,1232 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi birgə mülkiyyət üzrə X17 və X2 məxsusdur. Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X17 ilə X20 xx.xx.1964-cü ildə nikaha daxil olmuşdur. Onların birgə yaşayış və nikahlarından xx.xx.1954-cü il tarixdə X11, xx.xx.1957-ci ildə X16, xx.xx.1960-cı ildə X13, xx.xx.1967-ci ildə X21 və xx.xx.1964-cü ildə İddiaçı doğulmuşdur. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli, 2V-1166 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2001-ci ildə vəfat etmiş X7 vərəsəsi Cavabdeh2dır. Miras əmlak Tovuz rayonu, Bayramlı kəndində yerləşən ümumi sahəsi 0,1232 ha olan torpaq sahəsinin mərhum X9 məxsus hissəsindən ibarətdir. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli, 2V-1165 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2001-ci ildə vəfat etmiş X7 vərəsəsi Cavabdeh2dır. Miras əmlak Tovuz rayonu, Bayramlı kəndində yerləşən ümumi sahəsi 0,1815 ha olan torpaq sahəsinin mərhum X9 məxsus hissəsindən ibarətdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışdan görünür ki, Tovuz rayonu, Bayramlı kəndində yerləşən 0,1232 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi birgə mülkiyyət üzrə Cavabdeh2 və X2 məxsusdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışdan görünür ki, Tovuz rayonu, Bayramlı kəndində yerləşən 0,1815 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi birgə mülkiyyət üzrə Cavabdeh2 və X2 məxsusdur. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, X17 ilə X20 xx.xx.1964-cü ildə nikaha daxil olmuşdur. Onların birgə yaşayış və nikahlarından xx.xx.1954-cü il tarixdə X11, xx.xx.1957-ci ildə X16, xx.xx.1960-cı ildə X13, xx.xx.1967-ci ildə X21 və xx.xx.1964-cü ildə İddiaçı doğulmuşdur. X17 xx.xx.2001-ci ildə, X20 isə xx.xx.2010-ci ildə ölmüşdür. X22 miras əmlak kimi Tovuz rayonu, Bayramlı kəndində yerləşən 0,1232 ha və 0,1815 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri qalmışdır. Miras əmlak onun vərəsələrindən yalnız İddiaçı və Cavabdeh2 tərəfindən qəbul edilmişdir. Lakin Cavabdeh2 notariat kontoruna müraciət edərək miras əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamələr alaraq əmlakları öz mülkiyyətinə keçirmişdir. Məhkəmə diqqətə çatdırır ki, miras qoyan müvafiq olaraq 2000-ci ildən sonra vəfat etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin normada təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə yanaşı,miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsə olmaq hüququ, yəni subyektiv hüquq kimivərəsəlik hüququ şəxsin mülki hüquq qabiliyyətinin tərkib hissəsidir. Belə ki, vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür (Mülki Məcəllənin 25.3-cü maddəsi). Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla, özünəməxsus prinsiplərə malikdir. Vərəsəlik hüququnun prinsiplərinə universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağrılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərini aid etmək olar. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdənəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər. Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü müəyyən etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Qanunverici bu cür növbəliliyi müəyyən edərkən vərəsə olan şəxslərin qohumluq dərəcəsini nəzərə almışdır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanun üzrə vərəsəlik halında vərəsəliyin şərtləri və qaydası miras qoyan tərəfindən dəyişdirilə bilməz. Məhkəmə diqqətə çatdırır ki, cavabdeh Sədaqət Qulieyva tərəfindən mərhum atasından qalmış miras əmlakın qəbulu üzrə notariat kontoruna ərizə verilən zaman yalan məlumat verilmişdir. Belə ki, həmin ərizənin məzmununa baxılan zaman müəyyən edilir ki, Cavabdeh2 digər vərəsələr ilə aralarında mübahisə olmadığını bildirmiş, habelə, onları miras əmlakı qəbul etməyən kimi göstərmişdir. Hansı ki, vərəsələr arasında mübahisə vardır və ondan başqa miras əmlak faktik olaraq İddiaçı tərəfindən də qəbul və idarə edilmişdir. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1300-cü maddəsinə əsasən əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər (Mülki Məcəllənin 1301.1 və 1301.2-ci maddələri). Həmçinin «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinin tələbinə görə açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius, həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməlidir. Bu halların mövcudluğu isə həmin miras əmlaklara dair onun adına verilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğvini labüd edir. Çünki çıxarışların verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab olunmasına nəticəsinə gəlinmişdir. Mülki Məcəllənin 19-cu maddəsində qeyd olunmuşdur ki, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə göstərir ki, vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi nəticəsinə gəlindiyi üçün həmin əmlaka dair vərəsələrin hansının mirası qəbul etməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Həmçinin vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Çünki istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. İşin bu anında məhkəmə diqqətin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli Qərarında göstərmişdir ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən, müvafiq olaraq İddiaçı tərəfindən mərhum atası Mərdan Həsənovdan qalmiş miras əmlak faktiki olaraq qəbul edilmişdir. İşin qeyd olunan halı bələdiyyə tərəfindən verilmiş arayışlar və qonşular tərəfindən tərtib edilmiş aktlar ilə təsdiqin tapır. Eyni zamanda Cavabdeh2 da mirasın qəbulu ilə bağlı notariat kontoruna ərizə vermiş və adına vərəsəlik hüququ haqqında şəhadətnamələr almışdır. Digər vərəsələr tərəfindən miras əmlak nə faktik, nə də notariat kontoruna ərizı verilməklə qəbul edilməmişdir. Hansı ki, bu fakt məhkəmə iclası zamanı Eldar Həsənovun izahatı ilə təsdiqin tapmışdır. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən həmçinin nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən 18 iyul 2014-cü il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə göstərir ki, miras əmlakların vərəsələrdən kim tərəfindən qəbul edilməsi müəyyən edildiyi üçün mirasın kütləsinin nədən ibarət olması aşkar edilməlidir. Bu yöndə araşdırma aparılan zaman müəyyən edilir ki, mirasın kütləsinə Tovuz rayonu, Bayramlı kəndində yerləşən 0,1232 ha və 0,1815 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mərhuma məxsus ½ hissəsi daxildir. Belə olan halda İddiaçı və Cavabdeh2 miras əmlakların hər birinə münasibətdə onların hər birini payı ½ hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 adına verilmiş xx.xx.2024-cü il tarixli, 2V-1165 saylı, xx.xx.2024-cü il tarixli, 2V-1166 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız sayılmalı, həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr üzrə Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar ləğv edilməli, X1 miras qalmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********73 reyestr nömrəli və ********** qeydiyyat nömrəli, **********72 reyestr nömrəli çıxarışlarda göstərilən Tovuz rayonu, Bayramlı kəndində yerləşən 0,1232 ha və 0,1815 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mərhuma məxsus ½ hissəsindən İddiaçı və Cavabdeh2 payları hər bir miras əmlaka münasibətdə ½ (ikidə bir) hissədə (ümumi əmlaka münasibətdə hər birinə ¼ (dörddə bir) hissə) müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 adına verilmiş xx.xx.2024-cü il tarixli, 2V-1165 saylı, xx.xx.2024-cü il tarixli, 2V-1166 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız sayılsın. Həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr üzrə Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar ləğv edilsin. X1 miras qalmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********73 reyestr nömrəli və ********** qeydiyyat nömrəli, **********72 reyestr nömrəli çıxarışlarda göstərilən Tovuz rayonu, Bayramlı kəndində yerləşən 0,1232 ha və 0,1815 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mərhuma məxsus ½ hissəsindən İddiaçı və Cavabdeh2 payları hər bir miras əmlaka münasibətdə ½ (ikidə bir) hissədə (ümumi əmlaka münasibətdə hər birinə ¼ (dörddə bir) hissə) müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-278/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-278/2025
02.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver