Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2780/2024 10.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat kontoruna qarşı “vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X11 xidmət Mərkəzinin notariat ofisi tərəfindən xx.xx.2017-ci il tarixdə X3 miras qalmış mülkə dair Cavabdeh2 adına verilmiş, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, atası X1 ilə anası X4 birgə nikahlarından 6 uşaqları olmuşdur. X8 xx.xx.1992-ci ildə, anası Gilas Allahverdiyeva xx.xx.2012-ci il tarixdə vəfat edib. Ata və anasından miras qalmış mülkü o və digər vərəsələr miras açılan gündən qəbul etmişlər. Həyətyanı torpaq sahəsi ilə bağlı məhkəmə mübahisələri olmuş və qanunauyğun qətnamələr çıxarılmışdır. Hazırkı iddia predmeti X11 xidmət Mərkəzinin notariat ofisi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 2v-634 saylı reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədir. Həmin şəhadətnamə ilə anası X3 miras qalmış JN 979 saylı Dövlət Aktında göstərilən pay torpaq sahəsi vərəsə kimi bütövlükdə Cavabdeh2 verilmişdir. Qardaşı vərəsəlik hüququna dair şəhadətnamə alarkən notarius onun və digər birinci növbəli vərəsələrin payını məhdudlaşdırmışdır. Hər birinin mirasdan bərabər payı var və anası sağlığında mülkü heç kimə vəsiyyət etməmişdir. Ona görə də qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilməli, mirasdan bərabər paylar müyyən olunmalıdır. O, qanun üzrə vərəsəlik şəhadətnaməsinin etbarsız hesab edilməsi ilə bağlı cavadeh Cavabdeh2 tələbimi irəli sürsə də, əvvəlcə o, razılaşmışdır. Bu məqsədlə “X11 xidmət” Mərkəzinin notariat ofisinə müraciət etmişdir. Cavabdeh təşkilat bildirmişdir ki, qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi məhkəmənin səlahiyyətindədir və şəhadətnaməni etibarsız hesab etməkdən imtina etmişdir. Bu səbəbdən də, məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı bildirdi ki, 2017-ci ildə pay torpağı əmlak torpağı kimi verilib. 23 sot torpaq sahəsini qeyri-qanuni olaraq qardaşına verib. Həmin payına düşən hissəni isə qızına vermişdir. O miras əmlakı heç vaxt idarə etməmiş, mirası rəsmi olaraq da qəbul etməmişdir. Şəhadətnamənin mövcudluğundan illər öncə məlumatlı olsa da o bunu mübahisələndirməmişdir. Sonda o, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək iddianı qəbul etdiyini və vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə etiraz etmədiyini və işə onun iştirakı olmadan baxaraq qərar verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə məktub ünvanlayaraq iddianı qəbul etdiyini və işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, X4 vərəsəsi oğlu-Cavabdeh2dur. İş materiallarında olan X11 xidmət Mərkəzinin notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5204 saylı məktubdan görünür ki, X2 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün xx.xx.2023-cü il tarixdə X11 xidmət mərkəzində notariat ofisinə etdiyiniz müraciətə baxılmışdır. Vərəsəlik işi ilə tanışlıq zamanı məlum olmuşdur ki, vərəsələrin dairəsi müəyyən edilmiş və vərəsəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyindən iddiaçının adını həmin şəhadətnaməyə əlavə edə bilmədiklərindən vərəsələr arasında mübahisə olması səbəbindən müraciəti rəsmiləşdirmək mümkün olmamışdır. İş materiallarında olan 826144 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı valideyinləri X1 ilə X5r. İş materiallarında olan 029004 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 valideyinləri X1 ilə X5r. İş materiallarında xx.xx.2021-ci il tarixli ölum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.1992-ci il tarixdə ölmüşdür. İş materiallarında xx.xx.2021-ci il tarixli ölum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2012-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcələnin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə qanun üzrə vərəsələr ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlərdir. (övladlığa götürənlər). Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, subyektiv hüquq kimi vərəsə olmaq hüququ mirasın qəbul edilməsi üsulu ilə şərtləndirilməmişdir. Hazırkı iş üzrə İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsini xahiş etmişdir. Lakin işin tədqiq edilmiş halları əsasında iddiaçının notarial qaydada ərizə verməklə və (ya) miras əmlaka faktiki yiyələnmə formasında mirası qəbul etməsi müəyyən olunmur. Beləliklə, iddiaçının vərəsə qismində əmlaka sahiblik etməklə və (ya) əmlakı idarə etməklə mirası qəbul etməsi, yəni miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün hərəkətlərin icra edilərək bariz şəkildə nümayiş etdirilməsi, dolayısıyla onun miras aktivini və miras passivini qəbul etməsi, yaxud mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddət ərzində notariat ofisinə ərizə ilə müraciət etməsi və ya həmin müddət ərzində vərəsəlik hüququnun realizəsi üçün notariat ofisinə üzrlü səbəb(lər)dən müraciət edə bilməməsi müəyyən edilmir. Belə olan halda, mirası faktiki və (ya) formal qəbul etməsi müəyyən edilmədiyindən iddiaçının hüquqlarını pozduğu sübuta yetirilməyən şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddia təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh2 məhkəməyə ünvanladığı, iddianı etiraf etməsi barədə ərizə məhkəmə tərəfindən qəbul edilə bilməz. Belə ki, həmin cavabdehin iddianı etirafının qəbulu üçün qanuna zidd olmaması və üçüncü şəxslərin hüquqlarını pozmaması tələb olunur. Lakin həmin etiraf qeyd edilən qanunvericilik normalarına ziddir və ilk öncə aparılmış bütün notarial hərəkətlərini şübhə altına qoyacaqdır. Belə ki, bu şəhadətnaməninb verilməsindən sonra çoxlu sayda notariat hərəkətləri aparılmışır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat kontoruna qarşı “vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2780/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2780/2024
10.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver