Məhkəmə qərarları › İş №2(062)-28/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-28/2025

11.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-28/2025 11.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçi1 (maraqlı şəxs Tovuz rayon İcra Hakimiyyəti başçısının Qəyyumluq və Himayəçilik Orqanı) şəxsin fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək (maraqlı şəxs Tovuz rayon İcra Hakimiyyəti başçısının Qəyyumluq və Himayəçilik Orqanı) xx.xx.1979-cu il tarixdə anadan olmuş anası X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası X6 gızı xx.xx.1979-cu il tarixdə anadan olmuş və hazırda 45 yaşı vardır. Anası dəfələrlə psixoloji yardım almış və ruhi əsəb xəstəlikləri mərkəzlərində müalicə almışdır.Bir neçə dəfə canına qəsd etmişdir. Hazırda ümumi mülkiyyətlərinin idarə olunması və anasının səhhətti ilə bağlı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Bu fakt ona həmin məsələlər üzrə gərəklidir. Bu səbəbdən də, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi, ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhədətnamənin surətindən görünür ki, xx.xx.2004-cü ildə doğulmuş Ərizəçi1 anası X5, atası X4r. İş materiallarında olan X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 861 nömrəli məktubdan görünür ki, Tovuz rayonu, Əyyublu kənd sakini xx.xx.1979-cu il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə X3na daxil olmuş və hal-hazırda müalicəsini davam etdirir. D-Z: Bipolyar-affektiv pozğunluğu, növbəti psixotik simptomlarla gedən ağır dərəcəli depressiv epizod, özünəqəsd cəhdləri ilə. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 200 saylı rəyindən görünür ki, X2 hazırda “Bipolyar affektiv pozuntu, psixotik simptomlarla gedən depressiya epizodu” müəyyən edilir. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin, mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X5 onda müəyyən edilən Bipolyaraffektiv pozuntu, psixotik simptomlarla gedən depressiya epizodu ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, Ərizəçi1 xx.xx.1979-cu il təvəllüdlü X1 oğlu olmaqla ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. İş üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, X2 hazırda “Bipolyar affektiv pozuntu, psixotik simptomlarla gedən depressiya epizodu” müəyyən edilir. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin, mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 onda müəyyən edilən Bipolyar-affektiv pozuntu, psixotik simptomlarla gedən depressiya epizodu ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol verməmişdir. Buna görə də xx.xx.1979-cu il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 233.1, 317-322, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. xx.xx.1979-cu il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar