Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2858/2025 04.11.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun oğlunun sədrliyi Məsimov Fərid Eldar oğlunun katibliyi, İddiaşı İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaşı İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, X1 qarşı «miras əmlakdan olan torpaq sahəsinin yerində bölünüb ölçülərin müəyyən olunması, ata mülkündə öz vəsaiti hesabına tikdirdiyi fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaşı İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, X1 qarşı «miras əmlakdan olan torpaq sahəsinin yerində bölünüb ölçülərin müəyyən olunması, ata mülkündə öz vəsaiti hesabına tikdirdiyi fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras əmlakdan olan torpaq sahəsinin yerində bölünüb ölçülərin müəyyən olunmasını, həmçinin Cavabdeh1 ata mülkündə öz vəsaiti hesabına tikdirdiyi fərdi yaşayış evindən və onun payına düşən torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaşı İddiaçı məhkəməyə ərizə verərək bildirmişdir ki, hazırkı işin baxılmasını istəmir. Ona görə də, iddia ərizəsinin baxılmamış saxlanılmas barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasında iştirak etdi və işə mahiyyəti üzrə baxılmasını tələb etmədilər. Cavabdehlər X4 və X2 məhkəmə iclasında iştirak etməmişlər və işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaşı İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, X1 qarşı «miras əmlakdan olan torpaq sahəsinin yerində bölünüb ölçülərin müəyyən olunması, ata mülkündə öz vəsaiti hesabına tikdirdiyi fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılsın. .Qərardaddan rəsmi təqdim edildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2858/2025
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2858/2025
04.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver