Məhkəmə qərarları › İş №2(062)-2907/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2907/2024

23.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2907/2024 23.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı və cavabdehlər Cavabdeh5 və Cavabdeh4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 qarşı «qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin və onun əsasında verilmiş reyestr çıxarışının etibarsız hesab edilməsi və miras mülkdən payların müəyyən edilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə Tovuz şəhərində 23 dekabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 05 sentyabr 2024-cü il tarixdə reyestrdə 2V-949 və 05 sentyabr 2024-cü il tarixdə reyestrdə 2V-950 sayla Tovuz regional Asan Xidmət Mərkəzinin Notariat Ofisində qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsi və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli reyestr nömrəsi **********92-10301 saylı çıxarışın etibarsız hesab edilməsinə və X1 və X4 miras qalmış mülkdən payların müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, mərhum X2 ilə mərhum anası X6 birgə nikahlarından beş uşaqları anadan olmuşdur. X2 xx.xx.2014-cü ildə, anası X8 xx.xx.2019-cu ildə vəfat etmişdir. Onların ölümündən sonra mərhumlardan qalmış miras əmlakı özü faktiki olaraq idarə etmiş, mərhumları da elə onlar dəfn etmişlər. Mirasın kütləsinə Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi və pay torpaq sahəsi daxildir. Mirasla bağlı Tovuz regional Asan Xidmət Mərkəzinin Notariat Ofisinə müraciət edən zaman ona, rəsmi olaraq bildirilmişdir ki, artıq qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə alınmışdır. Lakin həmin sənədlərdə mərhumların yalnız iki vərəsəsinin olmasını, yəni Cavabdeh2 və Cavabdeh3 olması qeyd edilmişdir. Özü etibarnamə əsasında Cavabdeh3 nümayəndəsi kimi notariat ofisində iştirak etsə də, ona pay müəyyən edilmədiyini bildirmişdir. Odur ki, hesab edir ki, 05 sentyabr 2024-cü il tarixdə reyestrdə 2V-949 və 05 sentyabr 2024-cü il tarixdə reyestrdə 2V-950 sayla Tovuz regional Asan Xidmət Mərkəzinin Notariat Ofisində qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsi və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli reyestr nömrəsi **********92-10301 saylı çıxarış etibarsız hesab edilməlidir. Bununla da, tərəflər arasında miras mülkdən payların bölünməsini xahiş edir. Cavabdeh5 məhkəmə iclasında iddianı qəbul edərək izahatında göstərdi ki, Tovuz rayonu Aşağı Quşşu kəndində yerləşən fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi və pay torpaq sahəsi mərhum X5, mərhum X6 və onların ümumi birgə mülkiyyəti kimi qeydə alınmışdır. X2 xx.xx.2014-cü ildə, anası X8 xx.xx.2019-cu ildə vəfat etmişdir. Onların ölümündən sonra miras qalmış əmlakı faktiki olaraq İddiaçı idarə etmişdir. İddianı qəbul edir, özü də mirasın faktiki qəbulunda iştirak etmişdir və mirasdan pay istəyir. Ədalətli qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh4 məhkəmə iclasında iddianı qəbul edərək izahatında göstərdi ki, Tovuz rayonu Aşağı Quşşu kəndində yerləşən fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi və pay torpaq sahəsi mərhum X5, mərhum X6 və onların ümumi birgə mülkiyyəti kimi qeydə alınmışdır. X2 xx.xx.2014-cü ildə, anası X8 xx.xx.2019-cu ildə vəfat etmişdir. Onların ölümündən sonra miras qalmış əmlakı faktiki olaraq İddiaçı idarə etmişdir. İddianı qəbul edir, özü də mirasın faktiki qəbulunda iştirak etmişdir və mirasdan payından qardaşı, iş üzrə İddiaçı xeyrinə imtina edir. Ədalətli qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara əsasən təmin edilməlidir. İşə əlavə olunmuş reyestrdə 2V-949 sayla qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X5 vərəsələri kimi Cavabdeh2 və Cavabdeh3 DƏDRX-dən xx.xx.2024-cü il tarixdə X5 adına verilmiş **********92-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,1186 ha torpaq sahəsi üzərində olan 107.90 kv metr fərdi yaşayış evindən Cavabdeh2 və Cavabdeh3 hər birinə ½ hissə pay müəyyən edilmişdir. İşə əlavə olunmuş reyestrdə 2V-950 sayla qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X6 vərəsələri kimi Cavabdeh2 və Cavabdeh3 DƏDRX-dən xx.xx.2024-cü il tarixdə X5 adına verilmiş **********92-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,1186 ha torpaq sahəsi üzərində olan 107.90 kv metr fərdi yaşayış evindən Cavabdeh2 və Cavabdeh3 hər birinə ½ hissə pay müəyyən edilmişdir. İşə əlavə olunmuş reyestr nömrəsi **********92-10301 saylı çıxarışdan görünür ki, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,1186 ha torpaq sahəsi üzərində olan 107.90 kv metr fərdi yaşayış evi Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyəti kimi xx.xx.2024-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İşə əlavə olunmuş arayışdan görünür ki, X7 20 aprel 2014-cü ildə, X8 xx.xx.2019-cu ildə vəfat etmişdir. Məhkəmənin sorğusu əsasında Tovuz regional Asan Xidmət Mərkəzinin Notariat Ofisi tərəfindən göndərilmiş vərəsəlik işi və onun açılmasına səbəb olmuş sənədlərdən görünür ki, Cavabdeh2 ərizə verərək X5 və X6 vərəsəsi kimi qəbul olunmasını xahiş etmişdir. Həmin sənədlərdən məlum olur ki, İddiaçı bacısı Cavabdeh3 əvəzinə çıxış edərək X5 və X6 vərəsəsi kimi qəbul olunmasını xahiş etmişdir. Hər iki şəxsin vərəsəlik hüququna dair şəhadətnamənin verilməsinə dair ərizəsindən görünür ki, miras qoyanların başqa vərəsələrinin olması barədə məlumat verilməmişdir. Hətta Cavabdeh3 nümayəndəsi kimi hazırki işdə iddiaçı olan İddiaçı çıxış etsə də, onun adı belə şəhadətnamədə göstərilməmişdir. Vərəsəlik işinə əlavə olunmuş reyestr nömrəsi **********4 olan çıxarışa əsasən, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,73 ha torpaq sahəsi Cavabdeh3, X7, X8 və Cavabdeh2 ümumi birgə mülkiyyəti kimi xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş JN 1508 saylı dövlət aktından görünür ki, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,77 ha torpaq sahəsi Cavabdeh3, X7, X8 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmişdir. Məhkəmə araşdırılmaları zamanı müəyyən olundu ki, mərhum X7 ilə mərhum X6 birgə nikahlarından İddiaçı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 adında beş uşaqları anadan olmuşdur. X7 xx.xx.2014-cü ildə, X8 xx.xx.2019-cu ildə vəfat etmişdir. Onların ölümündən sonra mərhumlardan qalmış miras əmlakı iddiaçı faktiki olaraq idarə etmiş, mərhumları da elə o dəfn etmişdir. Eyni zamanda digər vərəsələr də mirasın faktiki idarə olunmasında iştirak etmişlər. Reyestrdə 2V-949 sayla qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X5 vərəsələri kimi Cavabdeh2 və Cavabdeh3 DƏDRX-dən xx.xx.2024-cü il tarixdə X5 adına verilmiş **********92-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,1186 ha torpaq sahəsi üzərində olan 107.90 kv metr fərdi yaşayış evindən ½ hissə pay müəyyən edilmişdir. Reyestrdə 2V-950 sayla qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X6 vərəsələri kimi Cavabdeh2 və Cavabdeh3 DƏDRX-dən xx.xx.2024-cü il tarixdə X5 adına verilmiş **********92-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,1186 ha torpaq sahəsi üzərində olan 107.90 kv metr fərdi yaşayış evindən ½ hissə pay müəyyən edilmişdir. Reyestr nömrəsi **********92-10301 saylı çıxarışdan görünür ki, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,1186 ha torpaq sahəsi üzərində olan 107.90 kv metr fərdi yaşayış evi Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyəti kimi xx.xx.2024-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Tovuz regional Asan Xidmət Mərkəzinin Notariat Ofisi tərəfindən göndərilmiş vərəsəlik işi və onun açılmasına səbəb olmuş sənədlərdən görünür ki, Cavabdeh2 ərizə verərək X5 və X6 vərəsəsi kimi qəbul olunmasını xahiş etmişdir. Həmin sənədlərdən məlum olur ki, İddiaçı bacısı Cavabdeh3 əvəzinə çıxış edərək X5 və X6 vərəsəsi kimi qəbul olunmasını xahiş etmişdir. Vərəsəlik işinə əlavə olunmuş reyestr nömrəsi **********4 olan çıxarışa əsasən, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,7300 ha torpaq sahəsi Cavabdeh3, X7, X8 və Cavabdeh2 ümumi birgə mülkiyyəti kimi xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. JN 1508 saylı dövlət aktından görünür ki, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,77 ha torpaq sahəsi Cavabdeh3, X7, X8 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmişdir. Göründüyü kimi vərəsəlik hüququna dair şəhadətnamə verilərkən digər vərəsələrin adları notariusa verilmiş ərizədə göstərilməmiş və beləliklə, digər vərəsələrin vərəsəlik payı almaları hüququ məhdudlaşdırılmışdır. Hətta Cavabdeh3 nümayəndəsi kimi hazırki iddiaçı çıxış etsə də, ona nə pay müəyyən edilməmiş, nə də vərəsəlik payından imtina etməsi barədə ərizəsi alınaraq vərəsəlik işinə əlavə edilməmişdir. Belə olan halda digər vərəsələrin mirasdan pay alması hüququ məhdudlaşmışdır. Odur ki, məhkəmə hesab edir ki, 05 sentyabr 2024-cü il tarixdə reyestrdə 2V-949 və 05 sentyabr 2024-cü il tarixdə reyestrdə 2V-950 sayla Tovuz regional Asan Xidmət Mərkəzinin Notariat Ofisində qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnamələri və onların əsasında verilmiş xx.xx.2024-cü il tarixli reyestr nömrəsi **********92-10301 saylı çıxarış etibarsız hesab edilməlidir. Həmçinin tərəflərin həmin mirasın kütləsinə daxil olan əmlaklardan payları bərabər olaraq müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanı öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə görə birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər(övladlığa götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1273-cü maddəsinə görə, mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsəasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üçün toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən, 05 sentyabr 2024-cü il tarixdə reyestrdə 2V-949 və 05 sentyabr 2024-cü il tarixdə reyestrdə 2V-950 sayla Tovuz regional Asan Xidmət Mərkəzinin Notariat Ofisində qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsi və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli reyestr nömrəsi **********92-10301 saylı çıxarış etibarsız hesab edilməli, X1 və X4 miras qalmış Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən ümumi sahəsi 107,9 kv metr olan fərdi yaşayış evinə, JN 1508 saylı dövlət aktıyla verilmiş 0,77 ha torpaq sahəsindən onların payına düşən hissəsinin, JN 364 A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,12 ha torpaq sahəsinin onlara düşən hissəsinin tərəflərin hər birinin beşdə bir hissədə miras payı müəyyən edilməlidir. Cavabdeh4 öz payından qardaşı İddiaçı xeyrinə imtina etməsini bildirsə də, məhkəmə hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinin tələblərinə əsasən, onun imtinası qəbul edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. 05 sentyabr 2024-cü il tarixdə reyestrdə 2V-949 sayla Tovuz regional Asan Xidmət Mərkəzinin Notariat Ofisində qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilsin. 05 sentyabr 2024-cü il tarixdə reyestrdə 2V-950 sayla Tovuz regional Asan Xidmət Mərkəzinin Notariat Ofisində qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilsin. Qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında verilmiş xx.xx.2024-cü il tarixli reyestr nömrəsi **********92-10301 saylı çıxarış etibarsız hesab edilsin. X1 və X4 miras qalmış Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən ümumi sahəsi 107,9 kv metr olan fərdi yaşayış evinə, JN 1508 saylı dövlət aktıyla verilmiş 0,77 ha torpaq sahəsindən onların payına düşən hissəsinin, JN 364 A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,12 ha torpaq sahəsinin onlara düşən hissəsinin tərəflərin hər birinin beşdə bir hissədə miras payı müəyyən edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edənQafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar