Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2951/2025 30.10.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Həsənov Tural Leysan oğlunun katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X5 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ İddia tələbi İddiаçı X7 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən yazılmış 918 manat cərimənin silinməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz Rayonu Dondar Quşçu kəndində fərdi yaşayış evləri mövcuddur. Fərdi yaşayış evinə abunə kodu **********00355 saylı sayğac quraşdırılmışdır. 2024-cü il 13 mart tarixdə cavabdeh təşkilatın nümayəndələri tərəfindən akt tərtib olunmuşdur. Aktda qeyd edilmişdir ki, baxış zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinə məxsus elektrik sayğacının giriş və çıxış faza xətləri eyni fazada birləşdirilmişdir. Sayğac cavabdeh təşkilatın nümayəndələri tərəfindən ağac dirəyə quraşdırılmışdır. Sayğaca yolda hərəkət edən maşınlar toxunmuş, nəticədə sayğac yararsız vəziyyətə düşmüşdür. Halbuki, sayğac fərdi yaşayış evinin bayır hissəsindən hasara quraşdırılmalı idi. Sayğacı ağac dirəyə cavabdeh təşkilatın nümayəndələri tərəfindən quraşdırılmışdır. Onun sayğacın sınıb, yararsız vəziyyətə düşməsində təqsiri yoxdur. Belə halda ona cərimə təyin olunmuşdur. Bundan başqa sayğac anası X1 adınadır. Anası vəfat etmişdir və hal-hazırda həmin evdə o, yaşayır. İddia tələbinə etirazın əsaslandırıldığı hallar İddia tələbinə etiraz onunla əsaslandırılmışdır ki, 2024-cü il 13 mart tarixdə "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən Tovuz rayonu ərazisində, o cümlədən rayonun Dondar Quşçu kəndi ərazisində yaşayan abonentlərin fərdi yaşayış evləri üçün quraşdırılmış sayğac uçot dəstlərinə baxış keçirmişlər. Həmin vaxt sözügedən kənddə abunə kodu **********00355 olan mərhum Səkinə Əhmədovanın da yaşamış olduğu ev üçün quraşdırılmış sayğac uçot dəstinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki,"fərdi yaşayış evinə məxsus elektrik sayğacının giriş və çıxış, faza və sıfır xətləri eyni yuvada birləşdirilmişdir. Ölçmə zamanı xətdən axan yük Prakt 2kvt, Psayğac=0 Qoyulmuş güc sayğacın nominalına əsasən Pooyulmuş güc = 13,2 kvt təşkil edir". Aşkar edilmiş enerji pozuntusuna dair əməkdaşlar tərəfindən mərhum Səkinə Əhmədovanın barəsində **"X2 Qaydaları"**nın (bundan sonra "EEİQ") tələbinə uyğun olaraq Akt NİM № 000130 nömrəli, 2024-cü il 13 mart tarixli akt tərtib edilmişdir. Tərtib olunmuş sözügedən aktın nəticə hissəsində "uçot "EEİQ"-na uyğun bərpa edilsin" tələbi qoyulmuşdur. Təcrübəyə əsasən, avtomaşın sayğaca dəyən zaman istərsə də yararsız vəziyyətə salarsa, abonent dərhal bu barədə rayon polis şöbəsinə, enerjitəchizat müəssisəsinə yazılı məlumat verməlidir. Belə olan halda, həmin avtomaşının sürücüsü "EEİQ"-nın tələbinə uyğun tərtib olunacaq akt əsasında hesablanacaq məbləği və sayğacın dəyərini enerjitəchizat müəssisəsinə ödəyir. Hazırkı işdə isə belə hal olmamışdır. Sənədlərlə təsdiq olunur ki, iddiaçı tərəfindən sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən qanunsuz istifadə etməsi nəticəsində enerjitəchizat müəssisəsinə ziyan dəymişdir. Tərəflərin izahatları İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi izahat verərək iddia tələbinə etirazda göstərilənləri bir daha təsdiq etmiş və iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar 03 mart 2024-cü il tarixdə "Azərişıq ASC-nin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən Tovuz rayonu ərazisində, o cümlədən rayonun Dondar Quşçu kəndi ərazisində yaşayan abonentlərin fərdi yaşayış evləri üçün quraşdırılmış sayğac uçot dəstlərinə baxış keçirmişlər. Həmin vaxt sözügedən kənddə abunə kodu **********00355 olan mərhum Səkinə Əhmədovanın da yaşamış olduğu ev üçün quraşdırılmış sayğac uçot dəstinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki,"fərdi yaşayış evinə məxsus elektrik sayğacının giriş və çıxış, faza və sıfır xətləri eyni yuvada birləşdirilmişdir. Ölçmə zamanı xətdən axan yük Prakt 2kvt, Psayğac=0 Qoyulmuş güc sayğacın nominalına əsasən Pooyulmuş güc = 13,2 kvt təşkil edir". Aşkar edilmiş enerji pozuntusuna dair əməkdaşlarımız tərəfindən mərhum Səkinə Əhmədovanın barəsində "X2 Qaydaları"nın (bundan sonra "EEİQ tələbinə uyğun olaraq Akt NİM № 000130 nömrəli, 13 mart 2024-cü il tarixli akt tərtib edilmişdir. Tərtib olunmuş sözügedən aktın nəticə hissəsində "uçot "EEİQ"-na uyğun bərpa edilsin" tələbi qoyulmuşdur. Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli protokolun surətindən görünür ki, "EEİQ"nın pozulmasına dair tərtib olunmuş 313141 nömrəli akta əsasən zavod nömrəsi **********27, tipi MP-106, olan qüsurlu sayğac laboratoriya şəraitində yoxlanılması məqsədi ilə çıxarılaraq onun əvəzina tipi MP-1055, zavod nömrəsi **********6, göstəricisi "0" olan yeni sayğac quraşdırılmışdır. Həmin sənədin aşağı hissəsində Sayğacların Qəbul bildirişinə dair hissədə olan laboratoriya rəyindən görünür ki, sayğac Komissiya tərəfindən laboratoriya şəraitində yoxlanılmışdır Sayğac yoxlanılan zaman məlum oldu ki, "kanar zərbənin təsirindən sayğас sınaraq sıradan çıxıb tam yararsızdır." “EEİQ”-nın pozulmasına dair tərtib olunmuş akta əsasən "xxxx"ASC-nin nəzdində fəaliyyət göstərən Aktlar üzrə Komissiya tərəfindən mərhum Səkinə Əhmədova haqqında 240 gün üçün hesabat dövrü verilmiş sərfiyyat (622 kvts) nəzərə alınmaqla dəyəri 886,56 (səkkiz yüz səksən altı manat alli altı qəpik) manat təşkil edən 7442 kvt.s miqdarında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılmışdır. Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında xx.xx.2024-cü il tarixdi, ******* 10. nömrəli protokolun surətindən görünür ki, "Həmin sənədin aşağı hissəsində Sayğacların Qəbul bildirişinə dair hissədə olan laboratoriya rəyindən görünür ki, sayğac Komissiya tərəfindən laboratoriya şəraitində yoxlanılmışdır. Sayğac yoxlanılan zaman məlum oldu ki, "kənar zərbənin təsirindən sayğac sınaraq sıradan çıxıb tam yararsızdır." İddiaçı tərəfindən sözügedən sayğaca baxışın video görüntülərinin əks olunduğu 01 ədəd disk məhkəməyə təqdim edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 405.1 Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2 Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları” 4.2. İstehlakçılar, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş elektrik enerjisi istehlakçının göstəricilərinə və məhdudiyyət rejimlərinə əməl etməsi, elektrik enerjisinden səmərəsiz istifade olurimasına, israfçılığa və təsərüfatsızlığa yol verməməlidir. 7.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 7.2. Dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. 7.9. Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə uyğun olaraq aktiv istehlakçının dəstəklənməsi mexanizmindən istifadə edən istehlakçılar öz vəsaitləri hesabına elektrik şəbəkəsinə ötürülən və şəbəkədən alınan elektrik enerjisinin hesablanmasına imkan verən sayğac quraşdırmalıdırlar. 7.10. Yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci ve 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyən sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum carayan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemden kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydalanın 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt eneņi təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto ve ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmek, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblənni göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 9.1. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X3 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10 İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar; Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini, tərəflərin izahatlarını, işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Mülki iş materiallarından da müəyyən olunduğu kimi iddiaçının elektrik enerjisinə görə olan borcu iddiaçının sayğaca qanunsuz müdaxiləsi nəticəsində yaranmışdır. Belə ki, mərhum S.Əhmədovanın əvvəllər yaşadığı, hazırda isə hazırkı iş üzrə İddiaçı yaşadığı ev üçün quraşdırılmış sayğacın elektrik enerjisinin göstərişini qəsdən təhrif etmək üçün fərdi yaşayış evinə maxsus elektrik sayğacının giriş və çıxış, faza ve sıfır xətləri eyni yuvada birləşdirilmiş va kənardan əlavə xətt götürülmüşdür. Məhz bu səbəbdən də iddiaçı barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın tələbinə uyğun olaraq sözügedən akt tərtib olunmuşdur. Tərtib olunmuş həmin akta əsasən enerji tachizatı müəssisəsi tərəfindən iddiaçı barəsində maddi hüquq normasının tələbinə görə yenidən hesablaşma aparılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №2(062)-2951/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2951/2025
30.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver