Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-297/2024 22.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2, X4, Cavabdeh4 və Cavabdeh6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, X7, Cavabdeh4, Cavabdeh6, X2 və Tovuz regional Asan Xidmət Mərkəzinin notariat ofisinə qarşı “miras əmlaklardan payların müəyyən olunması” tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, X4, Cavabdeh4, Cavabdeh6 qızı və X2 qarşı “11 yanvar 2022-ci il tarixli reyestrdə 2v-30 sayla qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras mülkdən vəsiyyətnamə üzrə pay” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tovuz ASAN xidmət mərkəzinin notariat ofisi tərəfindən Cavabdeh2 adına verilmiş 11 yanvar 2022-ci il tarixli reyestrdə 2v-30 sayla qeydəb alınmış qanun üzrə vərəsəlik hüququ haqqıbnda şəhadətnamənin etibarsız hesab edilməsinə və məhrum atası X9 ilə X3 miras qalmış Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi ev 42, mənzil 55-də ümumi sahəsi 43,5 kv. mənzildən, Tovuz rayonu Cəlilli kəndində yerləşən fərdi yaşayış evindən həyətyanı və torpaq sahəsindən payının müəyyən olunması qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki,X9 ilə X8 ilə birgə nikahlarından anadan olmuşdur. X1 adına Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi ev 42, mənzil 55-də ümumi sahəsi 43,5 kv. mənzil vardır. Bundan başqa Tovuz rayonu Cəlilli kəndində atasının adına dövlət reyestrində fərdi yaşayış evi, həyətyanı və pay torpaq sahəsi qeydə alınmışdır. Atası sağlığında bütün mülkünü 21 yanvar 2013-cü ildə digər vərəsələrini miras paydan məhrum etməklə bütün mülkünü ona vəsiyyət etmişdir. Vəsiyyətnamə Tovuz rayon notariat kontorunu təsdiq olunmuşdur. Atası və anasının birgə nikahlarından altıv uşağı olmuşdur. Atası xx.xx.2005-ci ildə vəfat etmişdir. Atası ölümündən sonra o ailə üzvləri ilə birlikdə atasına məxsus fərdi yaşayış evində yaşamaqla miras qəbul etmiş və hal-hazırda atasından miras qalmış mülkdənyaşayır. Digər vərəsələr isə özlərinə məxsus evdə yaşayıllar. O, mirasa dair vərəsəlik şəhadətnaməsi almaq məqsədi ilə Tovuz rayonu regional ASAN xidmət məkəzinin notariat ofisinə müraciət etdikdə ona məlum olmuşdur ki, mirasa dair bacısı Cavabdeh2 öz adına vərəsəliy hüququna dair şəhadətnamə almışdır. Bu səbəbdən də ona vrəsəlik şəhadətnaməsi imtina edilmişdir. Halbuki o vəsiyyətnamə üzrə vərəsədir. Vəsiyyətnamə ləğv edilməyib, qanuni quvvəsindədir. Bundan başqa o mirası faktiki olaraq qəbul etmişdir. Cavabdeh Tovuz regional Asan xidmət mərkəzinin notariat ofisi vərəsəlik hüququna dair şəhadətnamə verərkən bütün vərəsələrin dairəsini müəyyən etməlidir. Bundan başqa vəsiyyətnamə notariat ofisinə verilmişdir, vəsiyyatnamənin notarusda rəsmi reyestrdə qeydiyyatdadır və vəsiyyətnamənin gizlədilməsi qeyri mümkündür. Qanunverçiliyin tələblərinə əsasən miras mülk ona vəsiyyət edildiyindən mirasdan vəsiyyətnamə üzrə payı vardır. Mirasın kütləsinə Bakı şəhəri Niami rayonu Nəsimi küçəsi ev 42, mənzil 55-də ümumi sahəsi 43,5 kv. mənzil, Tovuz rayonu Cəlilli kəndində yerləşən fərdi yaşayış evi, həyətyanı və pay torpaq sahəsi daxildirvə mirasdan məhrum atası və anasının bərabər payları vardır. Mirasın əsas kütləsinə əsasən Tovuz rayonu Cəlilli kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsi daxildir. Cavabdehlərin mirasdan yalnız məcburi payı vardır. Məmm\ədova Lətifə İsaxan qızı mirasa dair vərəsəlik şəhadətnaməsi əlarkən digər ərəsələr barəsində notariusa məlumat verməmişdir. Belə ki, onun məqsədi miras məqsədli şəkildə tam ələ keçirmək olmuşdur. Ona görə də, Tovuz ASAN xidmət mərkəzinin notariat ofisi tərəfindən Cavabdeh2 adına verilmiş 11 yanvar 2022-ci il tarixli reyestrdə 2v-30 sayla qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqıbnda şəhadətnamənin etibarsız hesab edilməsinə və məhrum atası X9 ilə X3 miras qalmış Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi ev 42, mənzil 55-də ümumi sahəsi 43,5 kv. mənzildən, Tovuz rayonu Cəlilli kəndində yerləşən fərdi yaşayış evindən həyətyanı və torpaq sahəsindən payının müəyyən olunması qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli qətnaməsi ilə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamən etibarsız hesab edilmişdirt. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, atasına məxsus olan və Bakı şəhərində yerləşən evi atası öz vəsaiti hesabına almışdır. Həmin ev atasından miras qalmışdır. Eyni zamanda atası tərəfindən ona vəsiyyətnamə verilmişdir. Əgər həmin ev bacısı Lətifənin vəsaiti hesabına alınsa idi atası ona vəsiyyətnamə verməzdi. Odur ki, 11 yanvar 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, Bakı şəhərində yerləşən yaşayış evini öz vəsaiti hesabına almışdır. Belə ki, o Qazaxıstanda yaşamış və ərindən ayrılandan sonra 2004-cü ildə Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi ev 42 nömrəli evin 55 nömrəli mənzilini almışdır. Atasının qardaşına vəsiyyətnamə verdiyindən xəbəri olmuşdur. Buna baxmayaraq atası ona deyirdi ki, İsmixan ona təsir və təzyiq edərək vəsiyyətnamə yazdırmışdır. Ona görə də iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 bildirdi ki, Bakı şəhərində yerləşən ev həqiqətən də bacısı Cavabdeh2 vəsaiti hesabına alınmışdır. Belə ki, bacısı dul olduğundan həmin evi atası öz adına qeyd etmişdir. Atasının vəsiyyətnaməni təzyiq altında verib-vermədiyindən xəbəri yoxdur. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbini qəbul etməyərk bildirdi ki, Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsində yerləşən mübahisəli mənzili bacısı Cavabdeh2 öz vəsaiti hesabına almışdır. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 iddia tələbini qəbul etməyərək bildirdi ki, Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsində yerləşən mübahisəli mənzili bacısı Cavabdeh2 öz vəsaiti hesabına almışdır. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş etdi. Cavabdehlər Tovuz regional Asan Xidmət Mərkəzinin notariat ofisinin nümayəndəsi və Cavabdeh6 məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdəki sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı atasından miras qalmış əmlaklar üzərində payının müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 26 dekabr 2023-cü il tarixli Qərarında “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndindən irəli gələrək vurğulamışdır ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Qeyd olunan normaların məzmunundan görünür ki, ərizəçi miras qalmış əmlakı rəsmi qaydada qəbul etmək üçün notariat orqanına müraciət etsə də, notarius tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmasının müqəyyən edilməsi mümkün deyildir. Mülki Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər.(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarı) Beləliklə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən belə qərara gəlirəm ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya notariat əməliyyatlarını aparan orqana müraciət etmək hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İş üzrə icraata xitam verilsin. İddiaçıya hazırki tələblə bağlı notariusa müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-297/2024
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-297/2024
22.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver