Məhkəmə qərarları › İş №2(062)-2987/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2987/2024

20.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2987/2024 20.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı, Cavabdeh, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 iştiraklaı ilə, İddiaçı Cavabdeh qarşı «həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evindən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə Tovuz rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış binasından çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu Qovlar şəhərində yerləşən **********28 saylı çıxarışda göstərilən 0,0677 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən evdən Cavabdeh əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə oğlu X11 xx.xx.2011-ci ildə rəsmi qaydada evlənib ailə qurmuşlar. Cavabdeh oğlu ilə evlənən gündən Tovuz Rayonu Qovlar şəhəri S.Vurğun küçəsi ev 5-də yerləşən evə gəlin köçmüşdür. Həmin evdə o, əri Məhərrəm Quliyev və uşaqları yaşayır. Oğlu ilə Təranənin birgə nikahlarından xx.xx.2022-ci ildə Ləman, xx.xx.2012-ci ildə Leyla adlı uşaqları onların yaşadıqları evdə anadan olmuş və oğlu ayrıldıqları günə kimi həmin evdə onlarla birgə təsərrüfatda yaşamışlar. Cavabdeh evlənən gündən köçdüyü fərdi yaşayış evi qaynatası X4 məxsus olmuşdur.Yuxarıda qeyd etdiyi ev hazırki iddianın predmeti olmasa da iddiaçının evlənən gündən həmin evə gəlin köçdüyünü bildirmək istəyir.Mübahisə predmeti isə aşağıda qeyd etdiyi daşınmaz əmlakdır: Tovuz rayonu Qovlar şəhəri M.Ə.Rəsulzadə küçəsində 0,0677 ha torpaq sahəsi xx.xx.2024- cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun və ailə üzvlərinin adına qeydə alınmış və həmin torpaq sahəsinə dair adına çıxarış verilmişdir. 0,0677 ha torpaq sahəsi paylı mülkiyyət olmaqla reyestrdə əri X2, oğlu X7, X5 və o, yəni İddiaçı adına qeydiyyata alınmışdır. 0,0677 ha torpaq sahəsi paylı mülkiyyət olsa da, həmin torpaq sahəsində ümumi sahəsi 126 kv.m sahəsi olan fərdi yaşayış evini o və əri birgə nikah dövründə inşa etdirmişlər. Mübahisə olunan fərdi yaşayış binası əri ilə onun birgə vəsaiti hesabına inşa olunub. Məhkəmə prosesində işin bu halının təsdiq oluması ilə bağlı ustaları və şahidləri məhkəmə iclasına dəvət edəcəklər. Oğlu və cavadeh həmin evə heç bir xərc çəkməmişlər. Cavabdeh ilə oğlu X11 arasında narazılqlar yaranmış və cavabdeh atası evinə çıxıb getmiş, onların nikahı Tovuz Rayon Məhkəməsinin 31 07. 2023- cü il tarixli qətnaməsi ilə pozulmuşdur. 6 ay bundan qabaq Cavabdeh gecə vaxtı Tovuz rayonu Qovlar şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən 0,0677 ha torpaq sahəsini tutmuş və həmin torpaq sahəsində yerləşən evin qapısının qıfılını sındırmış və onların icazəsi olmadan qanunsuz olaraq evə daxil olmuşdur. O onun evə daxil olmasına mane olmaq istəsə də, o ona fiziki xəsarət yetirərək evə daxil olmuş, onu isə zorla öz evindən çıxarmışdır.Cavabdeh mübahisə olunan evdə bir gündə olsun belə yaşamamış, zorla evə köçdüyü gündən sonra yaşamağa başlamışdır. Mübahisə olunan torpaq sahəsində və fərdi yaşayış evində cavadehin istifadə etməsi ilə bağlı nə onun, nə də ailə üzvlərinin razılığı olmamışdır. İddia ərizəmə əlavə etdiyi sənədlərlə də müəyyən olnur ki, Təranənin həmin torpaq sahəsindən və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evindən nə istifadə, nə də sahiblik hüququ var. Belə ki, onunla və ya digər mülkiyyətçilərlə cavabdeh arasında nə torpaq sahəsindən nə də fərdi yaşayış evindən istifadə və ya kirayə müqaviləsi bağlanmamışdır. Yaranmış hüquq münasibətləri 2011-ci ildən yarandığından mübahisələri Mənzil məcəlləsinin 30-cu maddəsi ilə tənzimlənməlidir.Həmin normanın tələbinə əsasən onunla oğlu arasında ailə münasibətlərinə xitam verildikdən sonra Təranənin mübahisə olunan evdə istifadə hüququ yaranmır və bundan başqa nə sadə,nə də yazılı formada onların aralarında müqavilə bağlanmayıb və daşınmaz əmlakın dövlət reyestrində belə bir müqavilə qeydiyyata alınmayıb. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehin qanusuz olaraq daxil olduğu ev onun sahibliyindədir. Həmçinin torpaq sahəsi onların ailə üzvlərinin paylı mülkiyyətidir. Ona görə də iddianın təmin olunmasını və cavabdehin həmin evdən və torpaq sahəsindən çıxarılmasını barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X9 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh izahatında göstərdi ki, mübahisə predmeti olan evi o tikdirmiş, evin damını isə atası təmir etdirmişdir. Onun bu evdən başqa yerdə yaşamağa imkanı yoxdur. Ona görə də iddinın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işə əlavə olunmuş daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsi tərəfindən verimiş çıxarışdan görünür ki, Tovuz rayonu Qovlar şəhəri M.Ə.Rəsulzadə küçəsində 0,0677 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və əmlakın X10, İddiaçı, X13 və X3 ibarət payl mülkiyyətçiləri vardır. Tovuz Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli Qətnaməsindən görünür ki, Cavabdeh ilə X12 arasındakı nikah 15 mart 2011-ci ildə Tovuz rayon Qeydiyyat Şöbəsindəı 197 nömrə ilə qeydə alınmışdır.Onların nikahlarından Ləman və Leyla adlı uşaqları doğulmuşdur. Məhkəmənin həmin qətnaməsi ilə tərəflər arasında bağlanılmış nikah pozulmuşdur. Məhkəmə qeyd edir ki, Cavabdeh hansı evə gəlin köçməsinin iş üçün əhəmiyyəti yoxdur. Belə ki, Cavabdeh hazırda X10, İddiaçı, X13 və X6 paylı mülkiyyətin də olan evdə yaşayır. Həmin mülkiyyətçilərdən biri də Cavabdeh əri X8r. X12 arvadı Cavabdeh hansı vaxtdan onun mülkiyyətində olan evdə yaşamasını mübahisələndirməmiş və onun razılığı olmadan Təranəni evə köçürülməsi də ona münasibətdə mübahisə predmeti deyildir. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinəəsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi X12 mübahisə mənzilin mülkiyyətçisidir və o mülkiyyətçi kimi öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdir. Arvadının isə həmin evdən istifadə hüququnun olub-olmaması keçmiş ər tərəfindən mübahisələndirilməmişdir. Yaşayış sahəsinə istifadə hüququna yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri: əri (arvadı); valideynləri və övladları; bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəsilinin müvafiq müddəalarına uyğun olaraq, yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər (nənə(baba)-nəvə; bacı-qardaş və s.) malikdirlər. Görünüdüyü kimi Cavabdeh mülkiyyətçi Elmar Quluyevə münasibətdə yuxarıda təsbit edilmiş ailə üzvləri sırasından çıxsa da, yəni onlar arasındakı nikah pozulsa da mülkiyyətçi bu halı mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evindən çıxarılma» tələbinə dair iddia təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evindən çıxarılma» tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar