Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-305/2024 08.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı Səhrət oğlunun iştirakı ilə, İddiaçı Səhrət oğlunun cavabdeh Tovuz rayonu “Asan Xidməti” mərkəzinin Notariat ofisinə və Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 15 saylı Tovuz ərazi idarəsinə qarşı "mirasın faktiki qəbul olunması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Səhrət oğlu xx.xx.2023-cü il tarixdə məhkəməyə muraciət edərək, mərhum anası X1 miras qalmış Daşınmaz Əmlakın Dovlət Reyestr Xidmətindən verilmiş ********** qeydiyyat nömrəli reyestr nömrəsi **********57-10301 olan çıxarışda göstərilən 0,12 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən ibarət miras ımlakın onun tərəfindən qəbul olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Səhrət oğlu məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının vəsatəti əsasında ərizə geri qaytarılmalıdır. Eyni zamanda, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı Səhrət oğlu tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Tovuz filialı vasitəsilə ********** saylı qəbz nömrəsi və büdcə səviyyə kodu 142213 olan 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş üzrə ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla geri qaytarıldığından İddiaçı Səhrət oğlu tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Tovuz filialı vasitəsilə ********** saylı qəbz nömrəsi və büdcə səviyyə kodu 142213 olan 100 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 170, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Səhrət oğlunun cavabdeh Tovuz rayonu “Asan Xidməti” mərkəzinin Notariat ofisinə və Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 15 saylı Tovuz ərazi idarəsinə qarşı "mirasın faktiki qəbul olunması" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Səhrət oğlu tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023cü il tarixdə "xxxx" ASC-nin Tovuz filialı vasitəsilə ********** saylı qəbz nömrəsi və büdcə səviyyə kodu 142213 olan 100 manat məbləğində dövlət rüsumu İddiaçı Səhrət oğluna qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Tovuz rayonu üzrə Maliyyə şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-305/2024
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-305/2024
08.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver