Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-3133/2024 10.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun oğlunun sədrliyi Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərzəçi Ərizəçi «şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İƏrzəçi Ərizəçi Tovuz Rayon İHB-nın Qəyyumluq və Himayəçilik Orqanını maraqlı şəxs qismində cəlb edərək, xx.xx.1970-ci il tarixdə doğulmuş əri X1 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsiı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası 10 dekabr 2024-cü il tarixə təyin olunmuş və bu barədə tərəflərə rəsmi məhkəmə bildirişi göndərilmiş, ərizəçi məhkəməyə ərizə göndərərək ərizə üzrə işin baxılmamış saxlanılmasını və sənədlərinin geri qaytarılmasını xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddiaçının vəsatəti əsasında iddia ərizəsi iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərzəçi Ərizəçi «şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi» barədə ərizə baxılmamış saxlanılsın, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılsı. Qərardaddan rəsmi təqdim edildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-3133/2024
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-3133/2024
10.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver