Məhkəmə qərarları › İş №2(062)-3134/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-3134/2024

16.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-3134/2024 16.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «sənədin məxsus olma» faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «sənədin məxsus olma» faktının müəyyən edilməsi barədə ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək JN 892 KOD 50306018 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlə Aktında göstərilən X1 yazısının ona, X2 yazısının isə X3 məxsus olması faktınının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında Ərizəçi tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirməmişdir. Məhkəmə onun iştirakı olmadan hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsində qeyd olunmuşdur ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 149.3-cü maddəsində göstərilmişdir ki, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Məhkəmə göstərir ki, ərizəçi ərizəsində bir-biri ilə əlaqədar olmayan tələbləri qeyd etmişdir. Belə ki, şəxs özünün adının səhf olmasını bildirərək sənədin ona məxsus olmasını tələb etməkdə haqlıdır. Lakin digər şəxsə münasibətdə sənədin məxsus olmasının müəyyən edilməsini tələb etməkdə haqlı deyildir. Həmin şəxs ərizəçiyə etibarnamə verməmiş, eyni zamanda özü fəaliyyət qabiliyyətli şəxsdir. Yəni ərizənin onun tərəfindən verilməsi qanuni və əsaslıdır. Bu hal isə Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə müvafiq olaraq ərizənin baxılmamış saxlanılması üçün əsasdır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 3 nömrəli Qərarının 13-cü bəndində göstərilmişdir ki, məhkəmələrə xatırladılır ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində nəzərdə tutulmuş sənədlərin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 260.1-ci maddəsində qeyd olunmuşdur ki, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.12, 260, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «sənədin məxsus olma» faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar