Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-3209/2025 09.10.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Həsənov Tural Leysan oğlunun katibliyi ilə, Ərizəçi1 və Ərizəçi2, maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi idarəsinin nümayəndəsi X6 iştirakı ilə Ərizəçi1 və Ərizəçi2 sənədin məxsus olması faktının təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Əsədov X5 Mülkiyyət Hüququna X8 göstərilən "X1" qeydinin Ərizəçi1 və "X2" qeydinin isə Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Tovuz Rayon İcra Hakimiyyətinin 1988-ci il 4 mart tarixli 08 nömrəli ailə üzvləri ilə birlikdə Tovuz rayonu Qədirli kəndində 1.93 ha təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi JN-105 nömrəli Torpağa Mülkiyyət Hüququna dair X7 Sazişi alınmışdır. Lakin JN-105 nömrəli Torpağa Mülkiyyət Hüququna X8 texniki təhlükəsizliklərə yol verilmişdir. Belə ki, Ərizəçi1 "X1" və Ərizəçi2 ilə "X2" kimi yazılmışdır. Dövlət Aktında texniki yanlışlığa yol verildiyinə görə hazırda 1.93 ha torpaq sahəsinə sərəncam verə bilmirlər. Məhkəmə iclasında ərizəçilər ərizənin təmin edilmsini xahiş etmişlər. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi ərizədə qeyd edilən məsələnin həlli üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi idarəsinə müraciət edilərək zəruri sənədlər təqdim ediləcəyi təqdirdə göstərilən yanlı.lığın düzəldilə biləcəyinin mümkün olduğunu bildirmişdir. Bunun üçün müvafiq akt tərtib edilir və düzəliş hüququna toxunulan şəxslərin razılığı aparılır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən ərizəçilər göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala biləcəklərindən ərizə baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Ərizəçi1 və Ərizəçi2 sənədin məxsus olması faktının təsdiq edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli, **********59 nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən Ərizəçi1 qaytarılsın. Ərizəçiyə ərizəninbaxılmamış saxlanılmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №2(062)-3209/2025
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-3209/2025
09.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver