Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3363/2024 28.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı atalığın müəyyən olunması və aliment tələbinə dair mülki işə Tovuz şəhərində 28 dekabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq 27 sentyabr 2023-cü ildə anadan olmuş Ümid adlı uşağın atasının Cavabdeh olmasının müəyyən olunması, cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit məbləğdə 235 manat alıment alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Cavabdeh ilə evlənib ailə qurmuşlar. Birgə yaşayışlarından 27 sentyabr 2023-cü ildə Ümid adlı uşaqları anadan olmuşdur. Uşağın atası Cavabdehdur. Cavabdeh atalığın müəyyən olunması üçün qeydiyyat orqanına könüllü ərizə verməkdən imtina etdiyindən uşağın atalığının qeydiyyat orqanında müəyyən olunması mümkün olmamışdır, cavabdehlə ərarvad münasibətləri kəsilib və hal-hazırda uşağı ilə birlikdə atası evində yaşayır. Uşaq anadan olduqdan sonra Cavabdeh ilə ayrılmış, uşağın böyüyüb tərbiyə olunması üçün maddi yardım göstərmir, özü isə uşağa təkbaşına baxmaqda çətinlik çəkir. Odur ki, 27 sentyabr 2023-cü ildə anadan olmuş Ümid adlı uşağın atasının Cavabdeh olmasını müəyyən etməklə, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay sabit məbləğdə 235 manat aliment alınmasının qət edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izahatında göstərdi ki, iddiaçı ilə evlənib ailə qurmuşlar. Birgə yaşayışlarından 27 sentyabr 2023-cü ildə Ümid adlı uşaqları anadan olmuşdur. Hazırda faktiki olaraq ayrılmışlar. Uşaq onun uşağıdır. İddianı tam qəbul edir, 235 manat aliment ödəməyə razıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Surəti işə əlavə olunmuş doğum haqqında şəhadətnamə üzrə arayışdan görünür ki, tərəflərin birgə yaşayışlarından 27 sentyabr 2023-cü ildə Ümid adlı uşaqları anadan olmuşdur. İşə əlavə olunmuş imtina rəyindən görünür ki, Tovuz rayonu Qeydiyyat Şöbəsi İddiaçı müraciətinə cavab olaraq bildirir ki, Cavabdeh Tovuz rayonu Qeydiyyat Şöbəsinə gəlmədiyi üçün uşağın atalığını qeydə almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə görə uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Məhkəmə iclasında tərəflərin izahatı ilə tam sübut olundu ki, 27 sentyabr 2023-cü ildə anadan olmuş Ümid adlı uşağın atası Cavabdehdur, lakin o könüllü olaraq Qeydiyyat şöbəsinə atalığın müəyyən olunması barədə ərizə verməmişdir. Lakin məhkəmə iclasında uşağın atası olmasını etiraf etmişdir. Hal-hazırda tərəflər ayrı yaşayırlar, uşaq iddiaçının yanındadır, cavabdeh uşağın saxlanması üçün könüllü olaraq iddiaçıya maddi kömək göstərmir. Cavabdeh göstərilən miqdarda aliment ödəməyə razıdır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli və 27 sentyabr 2023-cü ildə anadan olmuş Ümid adlı uşağın atasının Cavabdeh olması müəyyən olunmalı, 18 noyabr 2024-cü il tarixdən başlayaraq Cavabdeh sabit pul məbləğində hər ay 235 manat aliment alınıb uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməlidir. «Uşaq hüquqları haqqında» 12 noyabr 1989-cu il tarixli Konversiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər daşıyırlar. Ailə Məcəlləsinin 75.1 maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Konstitutusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Uşaq Hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş minimum dolanacaq məbləğindən az olmayan maddi təminat hüququ vardır və həmin Qanunun 19cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə uşağın diqqətəlayiq mənafeyini və tərəflərin əmlak vəziyyətini və mövqeyini nəzərə alaraq alimentin miqdarının sabit pul məbləğində hər ay 235 manat müəyyən edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqında qətnamələr həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən dərhal icra olunur. Ona görə də iddianın alimentə aid hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göründüyü kimi cavabdehin bir il ərzində ödəməli olduğu alimentin məcmusu 1000 manatdan yuxarı, yəni 2820 manat məbləğ təşkil edir. Ona görə Cavabdeh 48,2 manat alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 213-227, 233.1 və 234 maddələrini rəhbər tutaraq məhkəmə , Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı doğulmuş 27 sentyabr 2023-cü il təvəllüdlü Ümid adlı uşağın atası olması müəyyən edilsin. X2 doğum haqqında yeni şəhadətnamə verilərkən ata qrafasında Cavabdeh qeyd olunsun. 18 noyabr 2024-cü il tarixdən başlayaraq 27 sentyabr 2023-cü il təvəllüdlü Ümid adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay Cavabdeh 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddianın aliment tələbinə dair hissəsi dərhal icra olunsun. Cavabdeh 48,2 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-3363/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3363/2024
28.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver