Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-3500/2024 28.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin öhdədə olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin öhdədə olma faktının müəyyən edilməsi barədə ərizə verərək uşağının öhdədə olma faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi Ərizəçi mülki mühakimə qaydasında versə də ərizə faktiki olaraq məhkəmə qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Odur ki, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli orqana müraciət etdikdən sonra aidiyyatı məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə hesab edir ki, Ərizəçi ərizəsini icraata qəbul edilməkdən imtina edilməlidir və onun hazırda müvafiq olaraq Maraqlı şəxsnə müraciət etməsi izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə Maraqlı şəxsnə müraciət etməsi izah edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-3500/2024
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-3500/2024
28.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver