Məhkəmə qərarları › İş №2(062)-3674/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-3674/2025

02.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-3674/2025 02.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vərəsəlik üzrə payların müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vərəsəlik üzrə payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Tovuz rayon Düz Qırıqlı kəndində yerləşən qeydiyyat nömrəsi ********** olan, 28 oktyabr 2024-cü il tarixli çıxarışda qeyd edilmiş daşınmaz əmlak olan torpaq sahəsindən və onun üzərində yerləşən atası X4 məxsus fərdi yaşayış evindən onun paylarını müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan mülki iş xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və 2(062)- 3674/2025 nömrə ilə qeydə alınmışdır. Həmçinin, iddiaçı Cavabdeh İddiaçı qarşı “miras mülkdən payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Tovuz rayon Düz Qırıqlı kəndində yerləşən mərhum atası X2 və mərhum anası X1 miras qalmış fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan mülki iş xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və e-2(062)- 3921/2025 nömrə ilə qeydə alınmışdır. Məhkəmə iclasında proses iştirakçıları 2(062)-3674/2025 nömrəli mülki işin məhkəmənin icraatında olan e-2(062)-3921/2025 nömrəli mülki işə birləşdirilməsinə etiraz etməmişlər. Məhkəmə, tərəfləri dinləyib, hər iki işin materiallarını nəzərdən keçirərək, hesab edir ki, qeyd edilən mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir; 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər; 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Beləliklə, 2(062)-3674/2025 nömrəli mülki iş, icraatımda olan e-2(062)-3921/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilməli, mülki işlərin bir icraatda birləşdirilərək baxılmalı olduğu nəzərə alınaraq, birləşdirilmiş icraatda e-2(062)-3921/2025 nömrəsi saxlanılmaqla 2(062)-3674/2025 nömrəli mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 43-45, 169, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “vərəsəlik üzrə payların müəyyən edilməsi” tələbinə dair 2(062)-3674/2025 nömrəli mülki iş, icraatımda olan iddiaçı Cavabdeh İddiaçı qarşı “miras mülkdən payların müəyyən edilməsi” tələbinə dair e-2(062)-3921/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilsin. Mülki işlərin bir icraatda birləşdirilərək baxılmalı olduğu nəzərə alınaraq, birləşdirilmiş icraatda e-2(062)-3921/2025 nömrəsi saxlanılmaqla 2(062)-3674/2025 nömrəli mülki işin icraatına xitam verilsin. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar