Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3694/2025 15.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, 3-cü şəxslər X8 və X10 iştirakı ilə, İddiaçı Cavabdeh (3-cü şəxslər X11, X13 və X9) qarşı “mirasa vərəsəlik hüququnun tanınması” tələbi dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh (3-cü şəxslər X11, X13 və X9) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhrum atası X20 və anası X3 adına olan ünvan 1 ünvanda yerləşən 0.10 ha torpaq sahəsinin atasına və anamsına məxsus olan hissəsinin o və 3-cü şəxs X14 qəbul edib idarə etdikləri üçün miras əmlakın üzərində onların qanun üzrə vərəsə kimi hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda mərhum ata və anasının adına JN- 2235A saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə 0.10 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq şəhadətnaməsində X15, X3, İddiaçı, X6 adları qeyd olunmuşdur. Digər övladların hərəsinin adına ayrıca həyətyanı torpaq sahəsi olduğu üçün onların adı həmin şəhadətnamədə qeyd edilməyib. Həmin torpaq sahəsinin üzərində yaşayış evi vardır. Hal hazırda həmin evdə qardaşı X14 ailəsi ilə birlikdə yaşayır. Ata, analarının sağlığında onların hesabına qardaşı Mehman evləndikdən sonra ev alaraq öz evinə köçmüşdür. 2-ci qardaşı X16 da evlənib və öz evinə köçmüşdür. Bacısı Ələkbərova (Rzayeva) Gülşad İmran qızı evlənib və həyat yoldaşının evinə köçmüşdür. Ata yurdunda qardaşı Elbrus və o qalmışlar. Ata anası sağ ikən 2000-ci ildə həmin 0.10 ha həyətyanı torpaq sahəsini iki hissəyə bölǝrǝk 0.05 ha torpaq sahəsini ayıraraq ona vermişdir. O, həmin torpaq sahəsini həmin vaxtdan hasara almış, həmin torpaq sahəsində ev tikmiş, ayrıca çıxışı var. Hal-hazırda ata evində qardaşı Eldəniz ailəsi ilə birlikdə yaşayır. O isə ayrıca olaraq öz evində ailəsi ilə birlikdə yaşayır. X5 xx.xx.2019-cu ildə, anaları X7 xx.xx.2022-ci ildə rəhmətə getmişlər. Ata və anası rəhmətə getdikdən sonra onların adlarına olan miras əmlakı qəbul edib idarə etmişlər. Cavabdeh ata və anası rəhmətə getdikdən sonra mirası qəbul etməmişdir. O, mirasın qəbulu üçün nə notariat kontoruna ərizə vermiş nə də mirası faktiki qəbul edib idarə etmişdir. O, mirası adına keçirmək istəyərkən cavabdeh buna imkan vermir. Ona görə də, bu mübahisəyə son qoyulması üçün miras əmlakı qəbul etmiş şəxs kimi onun və iş üzrə 3-cü şəxs X14 faktiki qəbul edib idarə etdiyi üçün miras əmlak kimi torpaq sahəsi üzərində qanun üzrə vərəsə kimi onların mülkiyyət hüquqları tanınmalıdır. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi (vəkili) hər biri ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxslər X16, X19 bildirdilər ki, mərhum atasından miras qalmış torpaq sahəsini qardaşları Eldəniz və Elbrus qəbul etmişlər. Onların həmin torpaq sahəsinə dair hər hansı iddiaları yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Tovuz regional “Asan xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2025-ci il tarixli 4240 nömrəli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixində Tovuz regional "ASAN Xidmət" mərkəzindəki notariat ofisinǝ xx.xx.2019-cu il tarixdə vəfat etmiş X12 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün etdiyiniz müraciətə baxılmışdır. Sənədlərlə tanışlıq zamanı məlum olmuşdur ki, mərhumun vərəsələri arasında mübahisə vardır və bu səbəbdən müraciətinizi rəsmiləşdirmək mümkün deyildir. Bu səbəbdən də məhkəməyə müraciət etməyi tövsiyyə olunur. İş materiallarında olan Qovlar şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 1673 nömrəli arayışından görünür ki, arayış verilmişdir Qovlar şəhər sakini X9 ondan ötəri ki, o həqiqətən Qovlar şəhər Vağzal küçəsi 43 saylı ünvanda yaşayır. İş materiallarında olan Qovlar şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 1672 nömrəli arayışından görünür ki, arayış verilmişdir Qovlar şəhər sakini İddiaçı ondan ötəri ki, o həqiqətən Qovlar şəhər Vağzal küçəsi 43 saylı ünvanda yaşayır. İş materiallarına əlavə edilən Tovuz RİHB-nın Qovlar şəhər İƏD üzrə nümayəndəsinin 250112 saylı, xx.xx.2022-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilən Tovuz rayon Qeydiyyat şöbəsinin 1246 saylı, xx.xx.2021-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin arayışının surətindən görünür ki, X20 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilən JN-2235A saylı, Kod:50300016 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, 0.10 ha həyətyanı torpaq sahəsi X15, X3, İddiaçı, X6 adınadır. Məhkəmə ilk növbədə miras əmlakın statusu ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 8.0.3-cü və 8.0.8-ci maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.1-ci və 1.2-ci bəndlərində yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri və yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Qeyd olunan normalara əsasən məhkəmə hesab edir ki, ünvan 1 ünvanda yerləşən 0.10 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasına baxmayaraq mülkiyyət hüququna bərabər tutulan hüquqla mərhum X4 X17 məxsus olduğu üçün miras əmlak hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər (Mülki Məcəllənin 1243.3 və 1245-ci maddələri). Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Həmçinin vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Çünki istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. İşin bu anında məhkəmə diqqətin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli Qərarında göstərmişdir ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən müəyyən edilir ki, X20 və X7 vəfat etdikdən sonra onlardan qalmış mirası vərəsələrindən X14 və İddiaçı qəbul etmişlər. Miras kütləsi X20, X7, X14 və İddiaçı birgə mülkiyyətində olan 0,10 hektar torpaq sahəsinin ½ hissəsindən, yəni ümumi torpaq sahəsinin X20 və X4 aid hissələrindən ibarətdir. Ona görə də X14 və İddiaçı hər birinin 0,10 hektar torpaq sahəsinin ½ hissəsinin ½ hissəsində payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X1 və X12 miras qalmış, ünvan 1 ünvanda yerləşən 0.10 ha torpaq sahəsinin X7 və X17 aid hissələrində X14 və İddiaçı hər birinin ½ hissədə payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-3694/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3694/2025
15.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver