Məhkəmə qərarları › İş №2(062)-3703/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3703/2025

16.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3703/2025 16.02.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və cavabdeh X9 iştirakları ilə, İddiаçı İddiaçı cavabdeh X10 qarşı “miras əmlakdan payın müəyyən olunması” tələbinə dаir mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi: İddia tələbi İddiaçı cavabdeh X10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən JN-447, KOD 50300118 saylı dövlət aktında göstərilən 1.39 ha torpaq sahəsindən mərhum əri X4 payının müəyyən edilməsi və həmin paydan onun və qızı Mələyin qanun üzrə birinci vərəsə kimi paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X7 ilə 2016-cı ildə evlənmişdir. Nikahlarını xx.xx.2019-cu ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2017-ci il taixdə Mələk adlı uşaqları anadan olmuşdur. X19 xx.xx.2020-ci ildə şəhid olmuşdur. JN-447, KOD 50300118 saylı, xx.xx.2000-ci il tarixli dövlət aktına əsasən Tovuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 30 saylı qərarı ilə mərhum əri X4 adına ailə üzvləri ilə birlikdə ümumi mülkiyyət hüququ ilə Tovuz rayonu, Dönük Qırıqlı kəndində 1.39 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə mülkiyyət hüququ ilə notariat orqanına müraciət etsə də, mübahisə olduğundan ona vərəsəlik hüququna dair vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmişdir. O və qızı mərhumun birinci növbə vərəsələridir və onların miras əmlakdan bərabər pay almaq hüquqları vardır. Odur ki, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmənin iclasında iştirak edən iddiaçı İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən cavabdeh X14 iddia tələbinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli torpaq sahəsinin 40 sotu avtomobil yolunun tikintisi sahəsinə düşmüş, buna görə onlara kompensasiya verilmişdir. Qalan hissədən də iddiaçıya pay verilməsinə razı deyildir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Torpağa mülkiyyət hüququna dair JN-447, KOD 50300118 nömrəli dövlət aktına əsasən Tovuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 30 saylı qərarı əsasında X4 adına ailə üzvləri ilə birlildə ümumi mülkiyyət hüququ ilə Tovuz rayonu, Dönük Qırıqlı kəndində 1.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, Azərbaycan Respublikası regionların 2009-2013-cü illərdə Sosial-X12 çərçivəsində Gəncə-Qazax-Gürcüstan Respublkası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi ilə əlaqədar JN-447, KOD 50300118 nömrəli dövlət aktına əsasən X5 və ailə üzvlərinə verilmiş 1.39 ha torpaq sahəsinin 40.05 sotundan kompensasiya verilməklə "xxxx" ASC-nin xeyrinə imtina edilmişdir. AZ-İİ 350580 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə İddiaçı nikahları xx.xx.2019-cu il tarixdə, 556 sayla qeydə alınmışdır. AZ-İV 274335 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2017-ci il tarixdə anadan olmuşdur. X1, anası İddiaçıdır. AZ-İİ 090337 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Tovuz regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2469 saylı məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə almaq üçün müraciətə baxılmış, mübahisə olduğu üçün müraciəti rəsmiləşdirmək mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-37/2-6517/2025 saylı məktubdan görünür ki, Tovuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 30 saylı qərarı əsasında X4 adına ailə üzvləri ilə birlildə ümumi mülkiyyət hüququ ilə Tovuz rayonu, Dönük Qırıqlı kəndində 1.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Tovuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 30 saylı qərarı əsasında X4 adına ailə üzvləri ilə birlildə ümumi mülkiyyət hüququ ilə Tovuz rayonu, Dönük Qırıqlı kəndində 0.13 ha həyətyanı təyinatlı torpaq sahəsi ayrılmışdır. Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinə dair X4 adına xx.xx.2019-cu il tarixdə, ********** qeydiyyat nömrəsi ilə çıxarış verilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-2393/2025 saylı qətnaməsi ilə xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda göstərilmiş Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0.08 ha torpaq sahəsinin ¼ hissəsində İddiaçı, ¼ hissəsində X8, ¼ hissəsində X9 və ¼ hissəsində X3 payının müəyyən edilməsi qət edilmişdir. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Konstitusiyası:

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

29. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1269. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət eməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2022-ci il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını, iddia ərizəsini, işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. İddia ərizəsindən göründüyü kimi, İddiaçı mərhum X2 miras qalmış Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 1.39 ha torpaq sahəsindən ona və qızına çatası payın müəyyən olunmasını xahiş edir. İş materialları ilə müəyyən edilir ki, miras qoyan X7 07 iyul 2020-ci il tarixdə vəfat etmiş, onun tərəfindən vəsiyyətnamə tərtib edilməmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-2393/2025 saylı qətnaməsi ilə müəyyən edilir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 miras qalmış Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0.08 ha torpaq sahəsindən ona və qızına çatası payın müəyyən olunmasını xahiş etmiş və məhkəmənin sözügedən qətnaməsi ilə xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda göstərilmiş Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0.08 ha torpaq sahəsinin ¼ hissəsində İddiaçı, ¼ hissəsində X8, ¼ hissəsində X9 və ¼ hissəsində X3 payının müəyyən edilməsi qət edilmişdir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı, X11, X14 və X6 mərhum X4 vərəsələri kimi tanınmış və miras əmlakdan ¼ hissədə payları müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Müki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Miras kütləsinə daxil olan əmlak “Torpağa mülkiyyət hüququna dair” JN-447, KOD 50300118 nömrəli dövlət aktına əsasən, Tovuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 30 saylı qərarı əsasında verilmiş 1.39 ha torpaq sahəsinin X5 məxsus 1/6 hissəsidir. xx.xx.2016-cı il tarixli, 3M-196 reyestr nömrəsi ilə qeydə alınmış müqavilədən görünür ki, Azərbaycan Respublikası regionların 2009-2013-cü illərdə Sosial- X12 çərçivəsində Gəncə-Qazax-Gürcüstan Respublkası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi ilə əlaqədar JN-447, KOD 50300118 nömrəli dövlət aktına əsasən X5 və ailə üzvlərinə verilmiş 1.39 ha torpaq sahəsinin 40.05 sotundan kompensasiya verilməklə "xxxx" ASC-nin xeyrinə imtina edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası regionların 2009-2013-cü illərdə Sosial-X12 çərçivəsində Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi ilə əlaqədar kompensasiya edilmiş 40.05 sot hissəsi nəzərə alınmaqla “Torpağa mülkiyyət hüququna dair” JN-447, KOD 50300118 nömrəli dövlət aktına əsasən, Tovuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 30 saylı qərarı əsasında verilmiş torpaq sahəsinin X5 məxsus 1/6 hissəsindən birinci növbə vərəsələr arasında payları müəyyən edilməlidir.

Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad edilirlər.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia tələbi təmin edilməli, “Torpağa mülkiyyət hüququna dair” JN-447, KOD 50300118 nömrəli dövlət aktına əsasən, Tovuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 30 saylı qərarı əsasında verilmiş torpaq sahəsinin X5 məxsus 1/6 hissəsindən İddiaçı ¼ hissədə, X8 ¼ hissədə, Cavabdeh ¼ hissədə və X3 ¼ hissədə payları müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. “Torpağa mülkiyyət hüququna dair” JN-447, KOD 50300118 nömrəli dövlət aktına əsasən, Tovuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 30 saylı qərarı əsasında verilmiş torpaq sahəsinin X5 məxsus 1/6 hissəsindən İddiaçı ¼ hissədə, X8 ¼ hissədə, Cavabdeh ¼ hissədə və X3 ¼ hissədə payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verdiliyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Pərvanə İsaqlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar