Məhkəmə qərarları › İş №2(062)-3999/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3999/2025

12.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3999/2025 12.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz Rayonu Aşağı Mülkülü kəndində yerləşən xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində reyestr nömrəsi **********02- 10301 çıxarışla qeydə alınmış atası X8 miras qalmış fərdi yaşayış evindən və ümumi sahəsi 0,1523 ha torpaq sahəsindən paylarının müəyyən edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, atası X18 ila anası X7 ilə 2001-ci il tarixdə evlənib ailə qurmuş və nikahlan qeydə alınmayıb. Onların birgə yaşayışlarından xx.xx.2003-cü il tarixdə Leyla, xx.xx.2007-ci il tarixdə o anadan olmuşdur. Tovuz Rayonu Aşağı Mülkülü kəndində xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində reyestr nömrəsi **********02-10301 çıxarışla fərdi yaşayış evi və ümumi sahəsi 0.1523 ha torpaq sahəsi atası X10 adına qeydə alınmış və bu barədə çıxarış verilmişdir. X6 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Onun adına olan miras mülkü vərəsəlik qaydasında Tovuz Regional ASAN Xidmət Mərkəzinin Notariat ofisinə müraciət edərək sənədləşdirmək istəmişdir. Bacisı Leyla mirasla bağlı mübahisə yaratmış və atasından qalan evi və torpaq sahəsini tam olaraq öz adına sənədləşməsini ondan tələb etmişdir. Halbu ki, o, mirası qəbul etməmiş faktiki olaraq Bakı şəhərində yaşayır. Cavabdeh vərəsəlik hüququna dair şəhadətnamə almaq üçün ərizə vermədiyindən aralarında mübahisə yaranmışdır. Bu səbəbdən də onlara vərəsəlik hüquqna dair şəhadətnamə verilməsindən imtina olunmuşdur. Bu səbəbdən də, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, iddia tələbini müdafiə edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, mirası yoldaşı ilə hər ikisi qazanıb tikmişlər. Hazırda yarım tikilidir, 2023-cü ildə sənəd almışlar. Qaynatası ilə qaynanası mirasdan imtina etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 4322 nömrəli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə Tovuz regional ASAN xidmət mərkəzinin notariat ofisinə İddiaçı mərhum atası X8 miras qalmış əmlaka dair X14 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciətə baxılmışdır. Sənədlərlə tanışlıq zamanı məlum olmuşdur ki, vərəsələr arasında mübahisə vardır. Vərəsələr arasında mübahisənin olduğu səbəbindən vərəsəlik işini rəsmiləşdirmək mümkün deyildir. Yuxarıda göstərilənləri nəzərə alaraq, mübahisənin həlli üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, Tovuz Rayonu Aşağı Mülkülü kəndində yerləşən ümumi sahəsi 0,1523 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi X10 adınadır. İş materiallarında olan Tovuz rayonu Vahidli kənd İcra nümayəndəliyinin xx.xx.2009cu il tarixli, AZ-İİ 302249 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2003-cü ildə Tovuz rayonunun Vahidli kəndində anadan olmuşdur. X1 ilə X5r. İş materiallarında olan Tovuz rayonu Vahidli kənd İcra nümayəndəliyinin xx.xx.2009cu il tarixli, AZ-İİ 302250 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2007-ci ildə Tovuz rayonunun Vahidli kəndində anadan olmuşdur. X1 ilə X5r. İş materiallarında olan Tovuz regional “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, AZ-İİ 523692 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2025-ci il tarixdə ölmüşdür. İş materiallarında olan X11 1 saylı Gəncə regional “Asan xidmət” mərkəzinin Notariat ofisinə verdiyi xx.xx.2025-ci il tarixli, **********141 nömrəli ərizəsinin surətindən görünür ki, X20 xx.xx.2025-ci ildə ölmüş oğlu X8 irs qalmış bütün miras əmlakın ona çatası hissəsindən imtina edir. İş materiallarında olan X9 1 saylı Gəncə regional “Asan xidmət” mərkəzinin Notariat ofisinə verdiyi xx.xx.2025-ci il tarixli, **********143 nömrəli ərizəsinin surətindən görünür ki, X15 xx.xx.2025-ci ildə ölmüş oğlu X8 irs qalmış bütün miras əmlakın ona çatası hissəsindən imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İşdən göründüyü kimi X2 və X15 oğlu X8 qalmış mirasdan imtina etmişdir. MM-nin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. X2 və X3 Nazim Soltan oğlundan qalmış mirasdan imtina etdiklərindən, lakin kimin xeyrinə imtina etdiklərini bildirmədiklərindən onların arasında paylarına mütənasib surətdə bölüşdürülməlidir. Odur ki, məhkəmə hesab edir ki, miras əmlak üzərində tərəflərin hər birinin ½ hissədə payları müəyyən edilməlidir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin olunmalı, iddiaçının xx.xx.2025-ci il tarixdə vəfat etmiş mərhum atası X8 miras qalmış, Tovuz Rayonu Aşağı Mülkülü kəndində yerləşən ümumi sahəsi 0,1523 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində hər birinin ½ hissədə payı müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixdə vəfat etmiş X8 miras qalmış, Tovuz Rayonu Aşağı Mülkülü kəndində yerləşən ümumi sahəsi 0,1523 ha torpaq sahəsi və 64 kv.m daşınmaz əmlakın ümumi sahəsi üzərində İddiaçı və Cavabdeh ½ hissədə payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar