Məhkəmə qərarları › İş №2(062)-40/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-40/2024

01.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-40/2024 01.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, bacısı, həmçinin İddiaçı1 və Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, vəkil X12 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh və maraqlı şəxslər Tovuz regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi və DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, daşınmaz əmlaka dair çıxarışın ləğv edilməsi, miras mülkdən payın müəyyən olunması» tələbinə dair mülki işə Tovuz şəhərində 01 fevral 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 məhkəmədə Cavabdeh və maraqlı şəxslər Tovuz regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi və DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq mərhum X7 miras qalmış mülkiyyətə dair cavabdehə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və bunun nəticəsində alınmış daşınmaz əmlaka dair verilmiş hüquqmüəyyənedici sənəd olan çıxarışın ləğv edilməsi və miras əmlakdan paylarının müəyyən olunmasını xahiş etmişdir. İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 məhkəmə iclasında iştirak etməmişlər, onları etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, bacısı, həmçinin İddiaçı1 təmsil etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, bacısı, həmçinin İddiaçı1 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh qardaşı, iddiaçılar isə onun bacı və qardaşlarıdır. X6 21 sentyabr 2000-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra vərəsə kimi atasından miras qalmış mülkü digər iddiaçılarla birgə idarə etmişdir. X5 Tovuz rayonu Abulbəyli kəndində bir mərtəbəli, üç otaqlı, yaşayış sahəsi 87,9 kv. m, köməkçi sahəsi 91,5 kv.m olan fərdi yaşayış evi var. Cavabdeh Müseyibov X19 yaşayır və bu səbəbdən də miras onların nəzarətində olmaqla mirası idarə etmişlər. Cavabdeh onların xəbəri olmadan mirası öz adına sənədləşdirmişdir. Hətta vərəsəlik işində də vərəsələr gizlədilərək yalnız vərəsə Cavabdeh qeyd edilmişdir. Mirasa dair vərəsəlik hüququna şəhadətnamə verilərkən iddiaçılar notariat hərəkətlərində iştirak etməmişlər. Hesab edir ki, mirasa qanun üzrə vərəsəlik şəhadətnaməsi verilərkən notarius vərəsələrin dairəsini müəyyən etməli və cavadehə yalnız ona çatası hissəsinə qanun üzrə vərəsəlik şəhadətnaməsi verməli idi. X2 miras qalmış mülkdən hər birinin qanun üzrə payları olduğundan xx.xx.2003-cü il tarixli vəsiyyətnamə üzrə vərəslik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsinə və miras mülkdən hər birinin bərabər paylarının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, vəkil X21 təmsil etmişdir. Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, vəkil X21 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, mübahisə olunan mülk 28 iyun 1996-cı il tarixli vəsiyyətnamə ilə X14 vəfat edəcəyi günə onunla birgə yaşayan oğlu Cavabdeh vəsiyyət etmişdir. Mirası məhrumun ölümündən sonra Cavabdeh qəbul etmiş, miras açıldıqdan sonra digər vərəsələr pay tələb etməmişdirlər. Aradan xeyli vaxt keçmiş, vərəsələr qanunla nəzərdə tutlan müddəti ötürmüşlər. Bundan başqa 17 iyun 2004-cü il tarixdə, Cavabdeh Tovuz rayonu Abulbəyli kəndində yerləşən bir mərtəbəli, üç otaqlı, fərdi yaşayış evini X4 əldə etdiyi pulun 7000 manat hissəsini qardaşı Raufa vermişdir. Həmin pulun Raufa verilməsini bacısı Svetlana da bilir. Tovuz rayon məhkəməsinin qətnaməsinə əsasən alqı-satqı müqaviləsi etibarsız hesab edildikdə yenidən həmin mülkə görə X10 30.000 dollar pul vermişdir. Qeyd etdiyi faktları vərəsələr bilir. Yuxarıda qeyd etdiklərinə əsasən və mübahisə olunan mülk Tovuz Rayon məhkəməsinin qətnaməsi ilə Cavabdeh adına rəsmiləşdiyindən iddianın təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxslər Tovuz regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi və DƏDRXnin 15 saylı Tovuz Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, maraqlı şəxslərin nümayəndələri sonuncu məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia qanuni və əsaslıdır və aşağıdakı əsaslara əsasən qismən təmin edilməlidir. İşə əlavə olunmuş 28 iyun 1996-cı il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X13 vəfat edəcəyi günə Tovuz rayonu Bozalqanlı kəndində yerləşən daşdan tikilmiş üç otaqlı evini onunla birgə yaşayan oğlu Cavabdeh vəsiyyət etmişdir. İşə əlavə olunmuş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Tovuz rayonu Abulbəyli kəndində yerləşən bir mərtəbəli, üç otaqlı, fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində X9 adına qeydə alınmışdır. İşə əlavə olunmuş 29 avqust 2003-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X9 vərəsəsi Cavabdehdur və mirasnın kütləsinə Tovuz Rayonu Abulbəyli kəndində yerləşən fərdi yaşayış evi daxildir. İşə əlavə olunmuş 17 iyun 2004-cü il tarixli 222426 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh Tovuz rayonu Abulbəyli kəndində yerləşən bir mərtəbəli, üç otaqlı, fərdi yaşayış evini X1. İşə əlavə olunmuş JN-1178A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Tovuz rayon AİK-nin 17 sentyabr 1998-ci il tarixli 24 nömrəli qərarı ilə Tovuz rayonu Abulbəyli kəndində yerləşən 0,15 ha torpaq sahəsi X9, İddiaçı4, X16, X17 və X11 ümumi birgə mülkiyyətinə verilmişdir. İşə əlavə olunmuş 18 may 2007-ci il tarixli 2-215-2007 saylı qətnamənin surətindən görünür ki, Cavabdeh ilə X20 arasında bağlanmış 17 iyun 2004-cü il tarixli 222426 saylı müqavilə etibarsız hesab edilmiş və həmin evin X8 adına qeydə alınmasına dair qeydiyyat vəsiqəsi ləğv edilmiş, 0,20 ha torpaq sahəsi və evin əvvəlki mülkiyyətçi Cavabdeh adına qaytarmaqla dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası DƏDRX-nin Tovuz Rayon Ərazi İdarəsinə tapşırılmışdır. Eyni zamanda qanuni qüvvədə olan həmin qətnamə ilə müəyyən edilmişdir ki, mübahisəli ev vərəsəlik qaydasında Cavabdeh adına keçərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin tələbləri pozulmuş, həmin işdə iddiaçı olan Elmira Müseyibovanın vərəsə kimi bərabər pay hüququnun olması nəzərə alınmamış, onun vərəsəlik zamanı payı müəyyən edilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh qanunsuz olaraq qeyd olunan evi tam olaraq öz adına keçirmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər bacı qardaşdırlar. Mübahisə olunan mülk qeydiyyat vəsiqəsinə əsasən Tovuz rayonu Abulbəyli kəndində (əvvəllər Bozalqanlı kəndinə aid olmuş) yerləşən bir mərtəbəli, üç otaqlı, fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində X9 adına qeydə alınmışdır. X13 21 sentyabr 2000-ci ildə vəfat etmişdir. Miras yuxarıda qeyd olunan tarixdə açıldığından vərəslər arasında mübahisə 01 sentyabr 2000-ci ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Mülk məcəlləsi ilə tənzimlənməlidir. Tərəflərin təqdim etdiyi sənədlərlə müəyyən olunur ki, Cavabdeh, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 mərhumun birinci növbəli vərəsələridir. 28 iyun 1996-cı il tarixli vəsiyyətnamə ilə X13 vəfat edəcəyi günə Tovuz rayonu Bozalqanlı kəndində (həmin hissə hazırda Abulbəyli kəndinə aiddir) yerləşən daşdan tikilmiş üç otaqlı evini onunla birgə yaşayan oğlu Cavabdeh vəsiyyət etmişdir. X3 Tovuz rayonu Abulbəyli kəndində bir mərtəbəli, üç otaqlı, yaşayış sahəsi 87,9 kv. m, köməkçi sahəsi 91,5 kv.m olan fərdi yaşayış evi xx.xx.2003-cü il tarixli vəsiyyətnamə üzrə vərəslik hüququ haqqında şəhadətnamə ilə Cavabdeh adına sənədləşmişdir. 17 iyun 2004-cü il tarixli 222426 saylı müqavilə ilə Cavabdeh Tovuz rayonu Abulbəyli kəndində yerləşən vərəsəlik qaydasında adına sənədləşdirdiyi mübahisə olunan bir mərtəbəli, üç otaqlı, fərdi yaşayış evini X1. İddiaçı X18 məhkəmədə 17 iyun 2004-cü il tarixli 222426 saylı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmış və Tovuz rayon məhkəməsinin 18 may 2007-ci il tarixli 2-215-2007 saylı qətnaməsi ilə Cavabdeh ilə X20 arasında bağlanmış 17 iyun 2004-cü il tarixli 222426 saylı müqavilə etibarsız hesab edilmiş və həmin evin X8 adına qeydə alınmasına dair qeydiyyat vəsiqəsi ləğv edilmiş, 0,20 ha torpaq sahəsi və evin əvvəlki mülkiyyətçi Cavabdeh adına qaytarmaqla dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası DƏDRX-nin Tovuz Rayon ərazi idarəsinə tapşırılmışdır. Həmin qətnamə qanuni qüvvəsindədir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh qanunsuz olaraq mübahisəli evi yeganə vərəsə kimi tam olaraq öz adına keçirtmişdir. Məhkəmə iclasında cavabdeh tərəfin nümayəndəsi mübahisə olunan mülk satıldıqda qardaşına pul verməsi, alqı satqı müqaviləsi etibarsız hesab edildikdən sonra Bədirxana pul verməsi barədə ifadələri iddia tələbinə aid olmadığından pul tələbi ilə bağlı cavabdeh tərəfə iddia hüquqları izah olunmalıdır. Miras mülkə dair mülkiyyətçi sağlığında Cavabdeh adına digər vərəsələrini mirasda məhrum etməklə vəsiyyətnamə verdiyindən miras mülk vəsiyyətnamə üzrə bölünməli, iddiaçılar birinci növbəli vərəsələr olduğundan mirasdan onlara çatası payın yarısı çatmalı, yəni məcburi payları müəyyən olunmalıdır. Eyni zamanda müəyyən edildi ki, cavabdeh mübahisəli mülkü öz adına rəsmiləşdirərkən notariat kontorunda mirasın qəbulu barədə ərizə verərkən yalnış məlumat vermiş, ərizədə ondan başqa miras qoyanın başqa vərəsələrinin olmadığını göstərməklə digər vərəsələrin vərəsəliyə çağırılmaqlarına qəsdən maneçilik törətməklə onların mirasda olan paylarının alınmasına maneçilik törətmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edildi ki, miras qoyan yalnız özünəməxsus evi oğlu Cavabdeh vəsiyyət etmişdir, torpaq sahəsi barədə heç bir sərəncam verməmişdir. Eyni zamanda torpaq sahəsinin yalnız beşdə bir hissəsi miras qoyanın payına aid edilməklə mirasın kütləsinə daxildir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Eyni zamanda iddia ərizəsində çıxarışın ləğv edilməsi xahiş olunmuşdur. Lakin hansı çıxarışın ləğv edilməsi göstərilməmişdir. Buna baxmayaraq, məhkəmə xx.xx.2013cü il tarixli ******* saylı Çıxarışın ləğv edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin həmin halı iddiadan kənara çıxma kimi qiymətləndirmir. Tarix və ya nömrənin yazılmamasını texniki göstərici kimi qiymətləndirir və formal xarakter daşıdığı üçün iddianı həmin hissədə rədd etməyi məqsədə müvafiq hesab etmir. Belə ki cavabdehin vərəsəlik şəhadətnaməsi əsasında aldığı qeydiyyat vəsiqəsi ilə mübahisəli mülk başqa şəxslərə satılmış, sonradan Tovuz Rayon Məhkəməsinin 18 may 2007-ci il tarixli 2-215/2007 saylı qətnaməsi əsasında həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və alıcının adına olan qeydiyyat vəsiqəsi ləğv olunaraq Cavabdeh adına qeydiyyat vəsiqəsi verilməsi Azərbaycan Respublikası DƏDRX-nin Tovuz rayon Ərazi İdarəsinə tapşırılmışdır. Sonradan Cavabdeh adına göstərilən çıxarış verilmişdir. Ona görə də iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanı öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının ( miras aktivi ) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə görə birinci növbədə-ölənin uşaqları,miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununlada mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə mirası vərəsələr arasında bölünməsi hissəsinə gəlincə, hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. İddiaçılar məhkəmə iclasında mirasda paylarının bərabər olduğunu bildirmişlər. Lakin məhkəmə bununla razılaşmır. Belə ki, cavabdehə verilmiş vəsiyyətnamə qüvvədədir və tərəflər bunu mübahisələndirməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, miras mülkdən qeyri-yaşayış evinə aid hissəsində iddiaçıların məcburi payı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Vərəsələr hər biri mirasın qəbulu barədə rəsmi ərizə verməsə də, mirası faktiki olaraq idarə etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsələrin hər biri mirası qəbul etmişlər. Mövcud mübahisə üzrə beş vərəsə olduğu və cavabdehin adına vəsiyyətnamə olduğu halda mirasın evə aid hissəsində iddiaçıların hər birinin payı onda bir (1/10), cavabdehin payı isə onda altı (6/10) olmalıdır. Torpaq sahəsinə gəlincə həmin sahənin beşdə bir hissəsi mirasın kütləsinə aiddir və həmin hissədə vəsiyyətnamə yoxdur. Belə olan halda vərəsələrin hər birinə payları bərabər olmaqla beşdə bir (1/5) hissə müəyyən edilməlidir. Yəni ümumi əmlakın beşdə birinin beşdə biri həddində (yəni ümumi əmlakın iyirmi beşdə bir hissəsi) müəyyən edilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki. Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsini məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirməli olmasını imperativ qaydada müəyyən etmişdir. Miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici sanki vərəsənin mirasdan imtina etdiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin tətbiq edilməsini nəzərdə tutmuşdur. Halbuki, Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsəasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üçün toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmuyuna qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. xx.xx.2003-cü il tarixli 2Vİ-188 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və onun əsasında verilmiş xx.xx.2013-cü il tarixli ******* saylı Çıxarış ləğv edilməli, Tovuz rayonu Abulbəyli kəndində bir mərtəbəli, üç otaqlı, yaşayış sahəsi 87,9 kv. m, köməkçi sahəsi 91,5 kv.m olan fərdi yaşayış evindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 hər birinin onda bir (1/10) hissə payı, Cavabdeh isə onda altı (6/10) hissə payı, JN-1178A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə verilmiş torpaq sahəsinin mirasın kütləsinə daxil olan 1/5 hissədən vərəsələrin hər birinin beşdə bir (1/5) hissə (ümumi əmlakın beşdə birinin beşdə biri həddində, yəni ümumi əmlakın iyirmi beşdə bir hissəsi) payları müəyyən olunmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. xx.xx.2003-cü il tarixli 2Vİ-188 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin və onun əsasında verilmiş xx.xx.2013-cü il tarixli ******* saylı Çıxarış ləğv edilsin. Tovuz rayonu Abulbəyli kəndində bir mərtəbəli, üç otaqlı, yaşayış sahəsi 87,9 kv. m, köməkçi sahəsi 91,5 kv.m olan fərdi yaşayış evindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 hər birinin onda bir (1/10) hissə payı, Cavabdeh isə onda altı (6/10) hissə payı müəyyən olunsun. JN-1178A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə verilmiş torpaq sahəsinin mirasın kütləsinə daxil olan 1/5 hissədən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh hər birinin beşdə bir (1/5) hissə (ümumi əmlakın beşdə birinin beşdə biri həddində, yəni ümumi əmlakın iyirmi beşdə bir hissəsi) payları müəyyən olunsun. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar