Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-4178/2025 02.02.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştiraklarıı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 (maraqlı şəxs: Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat ofisi) qarşı “vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, miras mülkdən pay” tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 (maraqlı şəxs: Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat ofisi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz Rayonu Aşağı Öysülü kəndində yerləşən anası X6 miras qalmış mülkə dair verilmiş xx.xx.2024-cü il tarixli (reyestr nömrəsi 2V-772 olan vərəsəlik hüququna dair şəhadətnamə) və 18 may 2024-cü il tarixli (reyestr nömrəsi 2V-491 saylı vərəsəlik hüququna dair şəhadətnamə) qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsinə və analarından miras qalmış Tovuz Rayonu, Aşağı Öysülü kəndində yerləşən fərdi yaşayış evindən, həyətyanı torpaq sahəsindən və pay torpaq sahəsindən paylarının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X18 ilə anaları X10 birgə nikahlarından o, Zahid, Məmməd, Gözəl, Fatma, Göyçək və Cəmilə anadan olmuşdur. X3 1986-ci il tarixdə, anası isə 16 mart 2019-cu il tarixdə vəfat etmişdir. ünvan 1ində daşınmaz əmlakın dövlət reyestrində anası Bəsdi Mehdiyevanın adına 0,2404 ha həyətyanı torpaq sahəsi, fərdi yaşayış evi və 0.2491 ha pay torpaq sahəsi qeydə alınmışdır. Analarının ölümündən sonra onlar və digər vərəsələr mirası qəbul etmişdirlər. Anasının sağlığında heç kimin adına vəsiyyətnamə verməmişdir. Vəsiyyətnamə olmadığından anasından qalan miras mülk vərəsələr arasında qanuna uyğun bərabər bölünməlidir. O, miras mülkə dair vərəsəlik hüququna dair şəhadətnamə almaq məqsədi ilə Cavabdeh1 notariat ofisinə 2025-ci ilin noyabr ayında müraciət etdikdə ona məlum olmuşdur ki, onun xəbəri olmadan miras mülkə dair Cavabdeh2 adına vərəsəlik hüququna dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamənin surətini vəkil sorğusu əsasında 25 noyabr 2025-ci il tarixdə rəsmi qaydada ala bilmişdir. 01 avqust 2024-cü il tarixli və 18 may 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə anasından miras qalmış mülk Cavabdeh2 adına sənədləşmişdir. Mirasın kütləsinə daxil olan fərdi yaşayış evindən, həyətyanı torpaq sahəsindən və pay torpaq sahəsindən hər bir vərəsənin payları müəyyən olunmalı idi. Mirasa vərəsəlik hüququna dair şəhadətnamə verərkən mərhumun vərəsələrinin dairəsi notarius tərəfindən müəyyən olunmalıdr. Onlar mirasdan imtina etməmişlər və onları mirasdan mərhum edən heç bir əsas yoxdur. Onlar birinci növbəli vərəsədir. Notarius qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verərkən onun qanun üzrə payını da verməli idi. Mübahisə predmeti olan şəhadətnaməni notarius cavabdehlərin adına verməklə qanunla qorunan hüquqlarımı pozmuşdur. Qeyd etdiyi kimi o 2025-ci ilin noyabr ayında bilmişdir ki, atasından qalan mirası cavabdehlər adına sənədləşdirmişdir. Bu səbəbdəndə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 hər biri ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirdilər ki, onların hər biri ayrı-ayrı evlərdə yaşayırlar. Miras açıldıqdan sonra həmin evdə yaşamamışlar. Heç onların qardaşı Şakir belə həmin evdə yaşamamışdır. Aralarında mübahisə olmayacağına inanaraq notariusa ərizə verərək mirası qəbul etməmişlər. Sonda onlar iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçıları dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli AZ-T 295891 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1957-ci ildə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində doğulmuşdur. X1 ilə X13r. İş materiallarında olan xx.xx.2025-ci il tarixli AZ-T 295887 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 xx.xx.1968-ci ildə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində doğulmuşdur. X1 ilə X13r. İş materiallarında olan Tovuz regional “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli nikah haqqında şəhadətnamənin arayışından görünür ki, İddiaçı1 ilə X22 arasında xx.xx.1956-cı ildə nikah bağlanmışdır. Nikahdan sonra arvada Mehtiyeva soyadı verilmişdir. İş materiallarında olan Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat ofisinin xx.xx.2025-ci il tarixli, 4528 nömrəli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh1 notariat ofisinə xx.xx.2019-cu il tarixdə vəfat etmiş ananız X8 miras qalmış emlaka dair Sizə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciətinizə baxılmışdır. Sənədlərlə tanışlıq zamanı məlum olmuşdur ki, mərhum ananız X6 miras qalmış əmlaka dair mərhumun digər vərəsəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və mərhumun vərəsəsi qismində tanınmışdır. Bu səbəbindən də Sizin müraciətinizi rəsmiləşdirmək mümkün deyildir. Odur ki, yuxarıda qeyd edilən səbəbin araşdırılması üçün məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. İş materiallarında olan Tovuz rayonu İHB-nın Aşağı Öysüzlü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 630 nömrəli arayışından görünür ki, verilir xx.xx.1968-ci il təvəllüdlü İddiaçı1 ona görə ki, o həqiqətən Tovuz rayon Aşağı Öysüzlü kəndində yaşayır və qeydiyyatdadır. Qeyd: Vətəndaş İddiaçı1 həqiqətən mərhumə X10 oğludur. (№671 Verildiyi tarix xx.xx.2024) İş materiallarında olan Tovuz rayonu İHB-nın Aşağı Öysüzlü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 637 nömrəli arayışından görünür ki, verilir xx.xx.1957-ci il təvəllüdlü İddiaçı2 ona görə ki, o həqiqətən Tovuz rayon Aşağı Öysüzlü kəndində yaşayır və qeydiyyatdadır. Qeyd: Vətəndaş İddiaçı2 həqiqətən mərhumə X10 qızıdır. (№671 Verildiyi tarix xx.xx.2024) İş materiallarında olan Tovuz rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin arayışının surətindən görünür ki, X19 xx.xx.2019-cu ildə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarıxli, 2V-772 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu ildə vəfat etmiş X11 vərəsəsi oğlu Cavabdeh2dur və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: DTXK-Tovuz rayon şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixdə X14 verilmiş seriya nömrəsi JN 567, KOD: 50306018 olan dövlət aktına əsasən Tovuz rayonu, Aşağı Öysüzlü kəndində ümumi sahəsi 0.2491 ha olan torpaq sahəsinin məhruma məxsus olan hissəsindən ibarətdir. DƏDRX-dən əldə edilmiş xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi ********** olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Tovuz rayonu Aşağı Öysüzlü ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarıxli, 2V-491 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu ildə vəfat etmiş X11 vərəsəsi oğlu Cavabdeh2dur və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK yanında DƏDRX-nin Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə X14 verilmiş **********68-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən ünvan 1i ünvanında mülkiyyətdə olan 0.2404 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 59.6 kv/m olan fərdi yaşayış evindən və həmin torpaq sahəsinin məhruma məxsus hissəsindən ibarətdir. İş materiallarında olan Cavabdeh2 Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat şöbəsinə verdiyi xx.xx.2024-cü il tarixli, **********686 nömrəli ərizənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə onun ünvan 1i ünvanında yaşayan anası X19 ölmüşdür. Ondan başqa varisi yoxdur. Mirasın tərkibinə daxilinə olan əmlakın mənə çatası hissəsinə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş edirəm. İş materiallarında olan Tovuz rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin arayışının surətindən görünür ki, Cavabdeh2 xx.xx.1970-ci ildə doğulmuşdur. X2 ilə X15r. İş materiallarında olan Cavabdeh2 Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat şöbəsinə verdiyi xx.xx.2022-ci il tarixli, **********073 nömrəli vərəsəliyin qəbulu barədə ərizənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə onun ünvan 1i ünvanında yaşayan anası X19 ölmüşdür. Ondan başqa varisi yoxdur. Mirasın tərkibinə daxilinə olan əmlakın ona çatası hissəsinə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan Tovuz rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin arayışının surətindən görünür ki, X17 xx.xx.1986-cı ildə ölmüşdür. İş materiallarında olan Tovuz rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2019-cu ildə vəfat etmiş X19 "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə əsasən xx.xx.1956-cı ildə X16 ilə nikaha girmişdir. B.Mehdiyevanın övladları xx.xx.1961-ci ildə Mehdiyev Zahid Qələndər oğlu, xx.xx.1965-ci ildə X9, xx.xx.1968-ci ildə Mehdiyev Zakir Qələndər oğlu, xx.xx.1970-ci ildə Cavabdeh2, xx.xx.1957-ci ildə X7, doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 Saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, mərhum X12 adına reyestr nömrəsi **********68-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışdan və JN-567 nömrəli dövlət aktından başqa digər əmlakların olub-olmaması ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Brazi İdarəsində baxılmışdır. Bildiririk ki, X12 adına reyestr nömrəsi **********68-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışdan və JN-567 nömrəli dövlət aktından başqa, 15 saylı Tovuz Ərazi İdarəsində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcələnin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə qanun üzrə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlərdir. (övladlığa götürənlər). Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 oktyabr 2022-ci il Qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Həmin qərarda əks olunmuş hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, subyektiv hüquq kimi vərəsə olmaq hüququ mirasın qəbul edilməsi üsulu ilə şərtləndirilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçılar hər hansı üsulla mirası qəbul etmədiklərindən vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək üçün müvafiq subyektiv hüquqa malik deyillər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 (maraqlı şəxs: Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat ofisi) qarşı “vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, mirasdan pay” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-4178/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-4178/2025
02.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver