Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-433/2023 24.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə Ərizəçi İddiaçı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair iddia qaldıraraq bacılarının fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Surəti işə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 23 noyabr 2015-ci il tarixli 2(062)- 3346/2015 saylı qətnaməsinə əsasən 29 sentyabr 1964-cü il təvəllüdlü Kifayət və Mətanət adlı şəxslərin fəaliyyət qabiliyyəti olmayan şəxslər olması barədə qətnamə çıxarılmışdır. Halhazırda həmin qətnamə qüvvədədir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi eyni predmet barəsində, eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Azərbaycan Respublikası MPM-nin 261.0.2.-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Ona görə də hazırki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.4, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi İddiaçı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-433/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-433/2023
24.01.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver