Məhkəmə qərarları › İş №2(062)-435/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-435/2025

10.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-435/2025 10.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hacıyev Süleyman Aslan oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi ilkin iddia tələbi üzrə iddiaçı, həmçinin ilkin iddia üzrə digər iddiaçıların nümayəndəsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi vəkil X12 iştirakı ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı miras əmlakdan pay tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı miras əmlakdan pay tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı miras əmlakdan pay tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 adına olan, **-DJ-*** dövlət nömrə nişanlı "Mercedes-Benz E220 CDİ" markalı minik avtomobilinin onda altı hissəsinin İddiaçı1, onda bir hissəsinin İddiaçı2, onda bir hissəsinin İddiaçı4 və onda bir hissəsinin İddiaçı3 vərəsəlik payı kimi müəyyən edilməsinə; X3ndan miras qalan Tovuz rayonu, Cilovdarlı kəndində yerləşən, JN312F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,29 ha həyətyanı torpaq sahəsinin 0,414 ha hissəsindən, ********** saylı çıxarışda qeyd edilən 0,8861 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,1265 ha hissəsindən, ********** saylı çıxarışda qeyd edilən 0,78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,11 ha hissəsindən və ********** saylı çıxarışda qeyd edilən 0,3613 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,516 ha hissəsindən ibarət miras əmlakların beşdə bir hissəsinin İddiaçı1, beşdə bir hissəsinin İddiaçı2, beşdə bir hissəsinin İddiaçı4, beşdə bir hissəsinin isə İddiaçı3 vərəsəlik payı kimi müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi Cavabdeh İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı miras əmlakdan pay tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və digər iddiaçıların ilkin tələbləri qeyri-dəqiq olduğundan təmin edilməməsini, onun qarşılıqlı iddia ərizəsinin isə təmin olunmasını, X13 ilə birgə nikahda olmuş İddiaçı1 hal-hazırda cavabdehlərlə yaşadığı yaşayış evinin 2/5 hissəsinin X3na düşən hissəsindən 1/5 hissəsi üzərində vərəsəliyinin tanınması ilə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İlkin iddia ərizəsində göstərilmişdir ki, İddiaçı1 və X13 1998-ci ildə ailə qurmuş və nikah xx.xx.2001-ci il tarixində rəsmi qeydiyyata alınmışdır. Birgə nikahdan xx.xx.1999-cu il təvəllüdlü Günel, xx.xx.2002-ci il təvəllüdlü Duman və xx.xx.2007-ci il təvəllüdlü Rəvan adlı üç övladı dünyaya gəlmişdir. Həyat yoldaşı X13 23 aprel 2024-cü ildə vəfat etmişdir. Mərhum həyat yoldaşı X13 ilə nikah dövründə xx.xx.2018-ci il tarixində Mercedes-Benz E220 CDİ markalı, 99DJ896 dövlət qeydiyyat nişanlı avtomobil almışlar və həmin avtomobil mərhum ərinin adına qeydə alınmışdır. Bundan əlavə, Tovuz rayonu, Cilovdarlı kəndində yerləşən JN 312 F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,29 ha həyətyanı torpaq sahəsinin 0,414 ha hissəsi, ********** saylı çıxarışda qeyd edilən 1,988 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,1265 ha hissəsi, ********** saylı çıxarışda qeyd edilən 0,78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,11 ha hissəsi və ********** saylı çıxarışda qeyd edilən 3,613 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,516 ha hissəsi X1 mülkiyyətindədir. X1 vəfatından sonra qanuni varis olaraq ondan qalan mirasın qəbulunda iştirak etmişlər. Hazırda miras əmlaklarla bağlı digər varis Cavabdeh ilə aralarında mübahisə mövcuddur. Miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Tovuz regional "Asan xidmət" mərkəzinin Notariat ofisinə müraciət etmişlər, lakin notariat ofisi xx.xx.2024-cü il tarixli məktubla miras əmlakla bağlı varislər arasında mübahisənin olması səbəbindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. X1 adına xx.xx.2018-ci ildə qeydə alınan Mercedes-Benz E220 CDİ markalı, 99DJ896 dövlət qeydiyyat nişanlı avtomobil birgə nikah dövründə əldə edildiyinə görə həmin avtomobilin yarısı onun, İddiaçı1 mülkiyyəti hesab olunur. Miras əmlakı olan həmin avtomobilin digər yarısından isə hər birinin vərəsəlik payı müəyyən edilməlidir. Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar Qarşılıqlı iddia ərizəsində göstərilmişdir ki, ilkin iddia tələbi üzrə iddiaçıların tələbi qeyri-dəqiqdir və aydın deyildir. X2 miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış evindən mərhumun birinci dərəcəli vərəsəsi kimi payını tələb edir. Həmin əmlakda onun 1/10 payı müəyyən edilməlidir. Tərəflərin izahatları Məhkəmə iclasında ilkin iddia tələbi üzrə iddiaçı, həmçinin ilkin iddia üzrə digər iddiaçıların nümayəndəsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 izahatında iddia tələbini müdafiə etmiş, həmçinin bildirmişdir ki, qarşılıqlı iddia ərizəsində göstərilən Bakı şəhəri Balaxanı qəsəbəsində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi vəkil X19 ilkin iddia tələbinin qeyri-dəqiq olmasını, əsassız olduğu üçün rədd edilməli olduğunu bildirmiş, qarşılqılı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, ilkin iddia ərizəsində göstərilmiş Mercedes-Benz E220 CDİ markalı, 99DJ896 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən əsaslı təmir olunmuş, təmirinə təxminən 4000 manat vəsait xərclənmişdir. Bundan başqa mərhumun yas mərasimi xərcləri də tamamilə Cavabdeh tərəfindən çəkilmişdir. İş materiallarına əlavə edilmiş sənədlər Tovuz rayon qeydiyyat şöbəsindən verilmiş 20 iyul 2024-cü il tarixli 1576 nömrəli arayışa əsasən X14 və X6 nikahı haqqında xx.xx.1973-cü il tarixdə 41 nömrəli akt qeydi tərtib edilmişdir. xx.xx.1973-cü il tarixli 316537 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1972-ci il tarixdə Tovuz rayonunda anadan olmuşdur. X4, anası Cavabdeh göstərilmişdir. Tovuz rayon qeydiyyat şöbəsindən verilmiş 26 oktyabr 2024-cü il tarixli 2558 nömrəli arayışa əsasən, İddiaçı3 xx.xx.1999-cu ildə Tovuz rayonunda anadan olmuşdur. Tovuz rayon qeydiyyat şöbəsindən verilmiş 26 oktyabr 2024-cü il tarixli 2558 nömrəli arayışa əsasən, İddiaçı4 xx.xx.2002-ci il tarixdə Tovuz rayonunda anadan olmuşdur. Tovuz rayon qeydiyyat şöbəsindən verilmiş 26 oktyabr 2024-cü il tarixli 2560 nömrəli arayışa əsasən, İddiaçı2 xx.xx.2008-ci il tarixdə Tovuz rayonunda anadan olmuşdur. Tovuz rayon qeydiyyat şöbəsindən verilmiş 26 oktyabr 2024-cü il tarixli 2561 nömrəli arayışa əsasən, X13 və X10 nikahı haqqında xx.xx.2001-ci il tarixdə 72 nömrəli akt qeydi tərtib edilmişdir. Tovuz regional “ASAN xidmət” mərkəzi notariat ofisindən İddiaçı1 ünvanlanmış 26 oktyabr 2024-cü il tarixli 5180 nömrəli məktubdan görünür ki, X7 vərəsələri arasında mübahisə olduğu üçün miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün edilən müraciəti rəsmiləşdirmək mümkün olmamışdır. Tovuz regional “ASAN xidmət” mərkəzi notariat ofisindən verilmi 17 iyul 2024-cü il tarixli 3024 nömrəli arayışa əsasən X5 qalmış miras əmlaka dair Tovuz regional “ASAN xidmət” mərkəzi notariat ofisinə mərhumun arvadı İddiaçı1 müraciəti ilə 8V-575 (2024) nömrəli vərəsəlik işi açılmışdır. xx.xx.2024-cü il tarixli arayışa əsasən, Mercedes-Benz E220 CDİ markalı, 99DJ896 dövlət qeydiyyat nişanlı Mercedes-Benz E220 CDİ markalı avtomobilin sahibi X13, şəhadətnamə nömrəsi AD179998, şəhadətnamənin verilmə tarixi xx.xx.2018-ci il göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-37/2-5173/2024 nömrəli məktubdan müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindəki arxiv məlumatlarına əsasən, X7 (digər şəxslər: Cavabdeh, X16, X17, X11, X20, X18) ailə üzvləri ilə birlikdə ümumi mülkiyyət hüququ ilə adına Tovuz rayonunun Cilovdarlı kəndində yerləşən 0.3613 ha sahəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Həmçinin, X7 (digər şəxslər: Cavabdeh, X16, X17, X11, X20, X18) ailə üzvləri ilə birlikdə ümumi mülkiyyət hüququ ilə adına Tovuz rayonunun Cilovdarlı kəndində yerləşən 0.78 ha sahəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Bundan əlavə, X7 (digər şəxslər: Cavabdeh, X16, X17, X11, X20, X18) ailə üzvləri ilə birlikdə ümumi mülkiyyət hüququ ilə adına Tovuz rayonunun Cilovdarlı kəndində yerləşən 0.8861 ha sahəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarına əsasən isə, X9 (digər şəxslər: Cavabdeh, X18, X11) ailə üzvləri ilə birlikdə ümumi mülkiyyət hüququ ilə Tovuz rayonunun Qədirli kəndində 0.29 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "Torpağın mülkiyyətə verilməsinə dair" JN : 312F nömrəli şəhadətnamə tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş reyestrdən çıxarış sənədləri və "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamənin surətinə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-37/2-5173/2024 nömrəli məktubda qeyd edilən hallar bir daha təsdiq olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat.

Məhkəmənin mövqeyi Vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Məhkəmə müəyyən etmişdir ki, - miras qoyan X13 23 aprel 2025-ci il tarixdə ölmüşdür; - X13 tərəfindən vəsiyyətnamə tərtib edilməmişdir; - X7 ölümündən sonra onun birinci növbəli vərəsələri arvadı İddiaçı1, övladları İddiaçı2, İddiaçı4, İddiaçı3 və valideyni (anası) Cavabdehdır; - X3 vəfat etdikdən sonra xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışda göstərilmiş ümumi birgə mülkiyyətdə olan Tovuz rayonunun Cilovdarlı kəndində yerləşən 0.3613 ha sahəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışda göstərilmiş ümumi birgə mülkiyyətdə olan Tovuz rayonunun Cilovdarlı kəndində yerləşən 0.78 ha sahəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışda göstərilmiş ümumi birgə mülkiyyətdə olan Tovuz rayonunun Cilovdarlı kəndində yerləşən 0.8861 ha sahəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər birinin 1/7 hissəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "Torpağın mülkiyyətə verilməsinə dair" JN : 312F nömrəli şəhadətnamədə göstərilmiş ümumi birgə mülkiyyətdə olan Tovuz rayonunun Qədirli kəndində 0.29 ha həyətyanı torpaq sahəsinin 1/4 hissəsi, o cümlədən X13 və İddiaçı1 birgə nikahı dövründə alındığından ər-arvadın birgə mülkiyyətini təşkil edən Mercedes-Benz E220 CDİ markalı, 99DJ896 dövlət qeydiyyat nişanlı Mercedes-Benz E220 CDİ markalı avtomobilin 1/2 hissəsi X3ndan miras qalmışdır; - ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Beləliklə, 5 nəfər şəxs - miras qoyan X7 arvadı İddiaçı1, övladları İddiaçı2, İddiaçı4, İddiaçı3 və valideyni (anası) Cavabdeh birinci növbəli vərəsə kimi miras qalmış əmlakda bərabər pay hüququna malikdirlər. Bu baxımdan miras əmlak - xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışda göstərilmiş ümumi birgə mülkiyyətdə olan Tovuz rayonunun Cilovdarlı kəndində yerləşən 0.3613 ha sahəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, xx.xx.2022ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışda göstərilmiş Tovuz rayonunun Cilovdarlı kəndində yerləşən 0.78 ha sahəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışda göstərilmiş Tovuz rayonunun Cilovdarlı kəndində yerləşən 0.8861 ha sahəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər birinin 1/7 hissəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "Torpağın mülkiyyətə verilməsinə dair" JN : 312F nömrəli şəhadətnaməsində göstərilmiş əsasən Tovuz rayonunun Qədirli kəndində 0.29 ha həyətyanı torpaq sahəsinin 1/4 hissəsi, Mercedes-Benz E220 CDİ markalı, 99DJ896 dövlət qeydiyyat nişanlı Mercedes-Benz E220 CDİ markalı avtomobilin 1/2 hissəsi qanun üzrə birinci növbəli vərəsələr arasında bərabər bölünməlidir. Paylar müəyyən edilərkən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan Tovuz rayonunun Cilovdarlı kəndində yerləşən 0.3613 ha sahəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, xx.xx.2022ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan Tovuz rayonunun Cilovdarlı kəndində yerləşən 0.78 ha sahəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan Tovuz rayonunun Cilovdarlı kəndində yerləşən 0.8861 ha sahəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər birinin mirasa daxil olmayan 1/7 hissəsində, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "Torpağın mülkiyyətə verilməsinə dair" JN : 312F nömrəli şəhadətnaməsinə əsasən ümumi birgə mülkiyyətdə olan Tovuz rayonunun Qədirli kəndində 0.29 ha həyətyanı torpaq sahəsinin mirasa daxil olmayan 4/1 hissəsində Cavabdeh payının olması, həmçinin Mercedes-Benz E220 CDİ markalı, 99DJ896 dövlət qeydiyyat nişanlı avtomobilin mirasa daxil olmayan 1/2 hissəsində İddiaçı1 payının olması nəzərə alınmalıdır. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından həmin əmlakdan payların müəyyən edilməsi mümkün deyildir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi məhkəmənin səlahiyyətinə aid deyildir.

Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh tutularaq İddiaçı1 xeyrinə tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İlkin iddia təmin edilsin. xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışda göstərilmiş ümumi birgə mülkiyyətdə olan Tovuz rayonunun Cilovdarlı kəndində yerləşən 0.3613 ha sahəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışda göstərilmiş ümumi birgə mülkiyyətdə olan Tovuz rayonunun Cilovdarlı kəndində yerləşən 0.78 ha sahəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışda göstərilmiş ümumi birgə mülkiyyətdə olan Tovuz rayonunun Cilovdarlı kəndində yerləşən 0.8861 ha sahəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər birinin mirasa daxil olan hissəsinin 1/5 hissəsində (ümumi əmlakın 1/35 hissəsində) İddiaçı1, 1/5 hissəsində (ümumi əmlakın 1/35 hissəsində) İddiaçı2, 1/5 hissəsində (ümumi əmlakın 1/35 hissəsində) İddiaçı4, 1/5 hissəsində (ümumi əmlakın 1/35 hissəsində) İddiaçı3 və 1/5 hissəsində (ümumi əmlakın 6/35 hissəsində) Cavabdeh payı müəyyən edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "Torpağın mülkiyyətə verilməsinə dair" JN : 312F nömrəli şəhadətnamədə göstərilmiş ümumi birgə mülkiyyətdə olan Tovuz rayonunun Qədirli kəndində 0.29 ha həyətyanı torpaq sahəsinin mirasa daxil olan hissəsinin 1/5 hissəsində (ümumi əmlakın 1/20 hissəsində) İddiaçı1, 1/5 hissəsində (ümumi əmlakın 1/20 hissəsində) İddiaçı2, 1/5 hissəsində (ümumi əmlakın 1/20 hissəsində) İddiaçı4, 1/5 hissəsində (ümumi əmlakın 1/20 hissəsində) İddiaçı3 və 1/5 hissəsində (ümumi əmlakın 6/20 hissəsində) Cavabdeh payı müəyyən edilsin. Mercedes-Benz E220 CDİ markalı, 99DJ896 dövlət qeydiyyat nişanlı avtomobilin mirasa daxil olan hissəsinin 1/5 hissəsində (ümumi əmlakın 6/10 hissəsində) İddiaçı1, 1/5 hissəsində (ümumi əmlakın 1/10 hissəsində) İddiaçı2, 1/5 hissəsində (ümumi əmlakın 1/10 hissəsində) İddiaçı4, 1/5 hissəsində (ümumi əmlakın 1/10 hissəsində) İddiaçı3 və 1/5 hissəsində (ümumi əmlakın 1/10 hissəsində) Cavabdeh payı müəyyən edilsin. Qarşılıqlı iddia rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı1 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar