Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-444/2023 30.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Tovuz rayon İHBA yanında Qəyyumluq və Himayəçilik Komissiyasına və X3 qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə” dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Tovuz rayon İHBA yanında Qəyyumluq və Himayəçilik Komissiyasına və X3 qarşı məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1993-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasına” dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, X1 ilə birgə nikahlarından xx.xx.1993-cü il tarixdə Etibar adlı uşaqları anadan olmuşdur. Etibar əqli qüsurlu olmuş, düşünmə, sərbəst və məntiqli hərəkət etmək qabiliyyəti yoxdur. Hazırda birinci dərəcəli əlildir. Etibar bu səbəbdən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə psixiatrik X4 X7 Məhkəmə Pisixatrik Ekspertizası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2178 saylı rəydən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü X5 “dərin əqli gerilik, (idiotiya dərəcəsində oliqofreniya) qeyd olunur, xx.xx.1993-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən Ərizəçi eynilə ərizədə qeyd olunanlara uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, oğlu Etibar hazırda tam fəaliyyət qabiliyyətsizdir, daim başqasının qulluğuna ehtiyacı vardır. Etibar hazırda onun himayəsində yaşayır. Ona görə də ərizəsinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Tovuz rayon İHBA yanında Qəyyumluq və Himayəçilik Komissiyasına və X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi və X5 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxslər Tovuz rayon İHBA yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin və və X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinə görə hakim işi baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək və şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, xx.xx.1993-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2178 saylı rəydən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü X5 “dərin əqli gerilik, (idiotiya dərəcəsində oliqofreniya) qeyd olunur, xx.xx.1993cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Mülki prosesdə şəxsin fəaliyyət qabiliyyətli olması prezumpsiyası qüvvədədir. Yəni fəaliyyət qabiliyyəti olmayan hesab edilmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi yoxdursa, şəxs fəaliyyət qabiliyyətli sayılır. Buna görə də ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini təsdiq edən halları sübut etmək vəzifəsi daşıyır. Məhkəmə bu kateqoriyadan olan işlərə səhhəti buna imkan verərsə, şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. İşə baxılarkən səhhəti ilə bağlı şəxsin özünün iştirakı təmin edilməmişdir.Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üzrə işlərdə sübutetmə predmetini, yəni müəyyənləşdirilməli olan faktiki halların dairəsini aşağıdakılar təşkil edir: psixi qüsurun mövcudluğu; şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən faktlar; psixi qüsurla şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsi və ya öz hərəkətlərini idarə edə bilməməsi arasında səbəbli əlaqə;digər hallar. Məsələn, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxsin ərizəçinin yaxın qohumu (uşaq, valideyn, qardaş-bacı və s.) olması faktı. Zəruri sübut kimi isə məhkəmə-psixiatriya ekspertizasının rəyi çıxış edir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305-306, 317-322, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1993-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Tovuz rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-444/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-444/2023
30.01.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver