Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-447/2025 21.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və X3 cavabdehlər X5 və Cavabdeh2 İsaq qızına qarşı “miras mülkdən payların müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1 və X7 cavabdehlər X5 və Cavabdeh2 İsaq qızına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu Əyyublu kəndində yerləşən mərhum X1 miras qalmış fərdi yaşayış evindən, həyətyanı və pay torpaq sahəsindən paylarının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 ilə cavabdeh X2 birgə nikahlarından o, İddiaçı1, X7, X8, Cavabdeh2 İsaq qızı anadan olmuşdur. X13 13 yanvar 2022-ci ildə vəfat etmişdir. Tovuz rayonu Əyyublu kəndində atasının fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi və pay torpaq sahəsi vardır. Miras olan mülk dövlət reyestrində qeydə alınmışdır. Həyətyanı torpaq sahəsi atasının adına olmaqla JN-2546A saylı şəhadətnamə ilə rəsmiləşdirilmişdir. JN-2189 saylı Torpağa mülkiyyət hüququna dair dövlət Aktı ilə atasına və ailə üzvlərinə 0.67 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin ¼ hissəsi mirasın kütləsinə daxildir. Vərəsələr arasında mirasın bölünməsi ilə əlaqədar mübahisə yaranmışdır. Bununla bağlı Tovuz Regional ASAN xidmət Mərkəzinin notariat ofisində vərəsəlik hüququna dair şəhadətnamə ala bilmirlər. Ona görə də, mülkün məhkəmə qaydasında bölünmsi zərurəti yaranmışdır. Tovuz Rayon məhkəməsinin qətnaməsinə əsasən mirasdan qardaşı Müşfiq Nağıyevin payı müəyyən olunmuşdur. Aralarında mübahisə davam etdiyindən payları məhkəmə qaydasında bölümməlidir. Mirasi faktiki olaraq vərəsələr bərabər qəbul etmişlər. Onlar məhrumun birinci növbəli vərəsəsidir, payları bərabər qaydada da bölünməlidir. Mərhumdan miras qalmış mülk məhkəmə qətnaməsi ilə yalnız Müşfiq Nağıyevin payı müəyyən olunmusdur. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Tovuz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-514/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin olunaraq Tovuz rayonu Əyyublu kəndində yerləşən mərhum X1 miras qalmış fərdi yaşayış binasından, JN-2546 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,23 ha həyətyanı torpaq sahəsindən X4 ¼ hissədə, JN-2189 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 0,67 ha pay torpaq sahəsindən ¼ hissənin ¼ hissəsi, yəni ümumi əmlakın 1/16 (ümumi əmlakın on altıda bir) hissəsində payının müəyyən edilməsi qət edilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçılar İddiaçı1 və X7 cavabdehlər X5 və Cavabdeh2 İsaq qızına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu Əyyublu kəndində yerləşən məhrum X1 miras qalmış fərdi yaşayış evindən, həyətyanı və pay torpaq sahəsindən paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edirlər. Belə ki, əvvəlki məhkəmə mübahisəsi üzrə iddia tələbi olmuş fərdi yaşayış evinin, həyətyanı və pay torpaq sahəsindən payların müəyyən olunması hazırkı məhkəmə mübahisəsi üzrə iddia tələbini nəzərə alaraq, məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, hazırkı iş üzrə mübahisəyə yenidən baxıla bilməz və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262 və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı1 və X3 cavabdehlər X5 və Cavabdeh2 İsaq qızına qarşı “miras mülkdən payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-447/2025
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-447/2025
21.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver