Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-46/2024 19.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ X17 Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızıının katibliyi ilə, İddiaçıların vəkili və nümayəndəsi X1, Cavabdeh3nnın və onun vəkili və nümayəndəsi X6, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsinin nümayəndəsi X8 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2,İddiaçı3 cavabdehlər Cavabdeh3, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsinə və X19 xidmət mərkəzinin Notarit ofisinə qarşı «qanun üzrə vərəsəlik şəhadətnamənin ləğv edilməsi miras mülklərdən payların vərəsələr arasında bərabər bölünməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2,İddiaçı3 cavabdehlər Cavabdeh3, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsinə və X19 xidmət mərkəzinin Notarit ofisinə qarşı «qanun üzrə vərəsəlik şəhadətnamənin ləğv edilməsi, miras mülklərdən payların vərəsələr arasında bərabər bölünməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik huququ haqqında şəhadətnaməsinin ləğv edilməsi, mərhum Fazil Məmmədova məxsus olan Land Rover minik markalı, 90EL414 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində aparılan alqı-satqı müqaviləsinin etibarsız sayılması və həmin daşınar əmlakdan, "xxxx" MMC-nın adına **********1 qeydiyyat nömrəli xx.xx.2011-ci il tarixli Tovuz rayonu Abulbəyli kəndində qeyri-yaşayış binasından və Cavabdeh3yla ümumi birgə adına qeydə alınmış ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixli Tovuz rayonu Yuxarı Üysüzlü kəndində 0,1086 ha həyatyanı torpaq sahəsindən, **********40 reyestr nömrəli xx.xx.2018-ci il tarixli 0,65 kənd təsərüfatı təyinatlı torpaq sahəsindən miras mülklərdən payın müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddiasını onunla əsaslandırmışdıla ki, onlar mərhum X3 övladlarıdırlar. 1ci dərəcəli qanun üzrə vərəsələridirlər. Ataları vəfat etdikdən sonra mərhum atalarının ikinci arvadı Cavabdeh3 ilə 2006-cı ildə nikaha girmişdir. Ataları vəfat etdikdən sonra onların xəbəri olmadan Cavabdeh3 vərəsəlik üçün natariusa müraciət etmiş, atalarından qalan Land Rover minik markalı, 90EL414 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini miras əmlakı kimi üz adına rəsmiləşdirmişlər və hazırda özgənikləşdir. Ataları ölən günə qədər sözügedən avtomaşın mərhumun stifadəsində olmuşdur. Odur ki, həmin avtomaşın alqı-satqı müqaviləsidə ləğv edilməli, həmin avtomaşın ilkin vəziiyətə qaytarılmalı və vərəsələr arasında paylar müəyyən edilməlidir. Belə ki, Cavabdeh3atalarına məxsus əmlaklardan paylarının müəyyən olunmasına manəçilik yaradır. Hətda önlarınn böyüyüb başa çatdıqları atasına məxsus evə buraxmır. Əmlaklarını mənimsəyibdir. Mülkiyyət hüquqlarını pozur. Daşınmaz Əmlakdan vəkil sorğusuna cavab olaraq bildirmiş ki, "xxxx" MMC-nın adına **********1 qeydiyyat nömrəli xx.xx.2011-ci il tarixində Tovuz rayonu Abulbəyli kəndində qeyri yaşayış binası qeydiyyata alınmışdır. "xxxx" MMC-nın direktoru ataları olmuşdur. Bundan savayı ataları Cavabdeh3yla umumi birgə əmlak ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində 0,1086 ha həyətyani torpaq sahəsi qeydiyyatda almışdır. Digər ümumi birgə əmlak **********40 reyestr nömrəsi ilə xx.xx.2018-ci il tarixində 0,65 ha kənd təsərüfatı torpaq sahəsi verilmişdir. Sözügedən əmlaklarla bağlı qanuna əsasən hesab edlər ki, 1-ci dərəcəli vərəsəlik atalarına çatası paydan onların payı mövcüddür. Ona görə də, xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik huququ haqqında şəhadətnaməsinin ləğv edilməsi, mərhum Fazil Məmmədova məxsus olan Land Rover minik markalı, 90EL414 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində aparılan alqı-satqı müqaviləsi etibarsız sayılması və həmin daşınar əmlakdan, "xxxx" MMC-nın adına **********1 qeydiyyat nömrəli xx.xx.2011-ci il tarixli Tovuz rayonu Abulbəyli kəndində qeyri yaşayış binasından və Cavabdeh3yla ümumi birgə adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixində Tovuz rayonu Yuxarı Üysüzlü kəndində 0,1086 ha həyatyani torpaq sahəsindən, **********40 reyestr nömrəsi ilə xx.xx.2018-ci il tarixində 0,65 kənd təsərüfatıtəyinatlı torpaq sahəsindən miras mülklərdən payın müəyyən olunması müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili və nümayəndəsi X4 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında işrirak edən Cavabdeh3 nümayəndəsi X11 göstərdi ki, iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, iş materiallarında olan daşnmaz əmlakın dövlət reyestr xidəməti tərəfindən verilmiş hüquqi sənədlər alınmışdır. Qeyd olunan 10 sot torpaq sahəsi ümumiyətlə vərəsəlik münaibətləri ilə heç bir əlaqəsi yoxdur. Belə ki, həmin torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə Laçın xanımın bir başa adına işlənilmiş və iki uşağının adına qeyd edilmişdir. Digər 0,65 kənd təsərüfatı təyinatlı torpaq sahəsi isə pay olaraq verilmiş və mirasın kütləsinə aidiyyəti ilə bağlı heç bir əsaslar mövcüd deyildir. "xxxx" MMC isə hüquqi şəxsin əmlakı kimi qeydə alınması ilə bağlı iş materiallarında heç bir sübut mövcüd deyil və bu da onu göstərir ki, qeyri-yaşayış sahəsidir və mirasın kutləsinə aidiyyəti ilə bağlı heç bir subut yoxdur. Land Rover minik markalı, 90EL414 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə qəbul edilə bilməz. Belə ki, alqı-satqı müqaviləsi iş materiallarında mövcüd deyildir. Avtomobilin bir başa vərəsəliyin kutləsinə daxil olmaqla Laçın xanım tərəfindən miras qəbul edilmişdir və mirasın qəbulu ilə bağlı tərəflərin müəyyən edilmiş müddət ərzində hər hansı bir hərəkətləri mövcüd olmamışdır. Eyni zamanda alqı-satqı müqaviləsinə münasibətdə kəsici iddia müddəti tətbiq edilməlidir ki, MM-nin 337-ci maddəsinə münasibətdə etibarsızlıqla bağlı bir illik müddət vardır. Lakin alqı-satqı müqaviləsi mübahisləndirilməmiş və iddia ərizəsində qeyd edilməmiş, hansı əsasla müqavilə etibarsız hesab edilə bilər. Ona görə də iddia tələbinin əsassız olduğundan rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh X19 xidmət mərkəzinin Notariat ofisinə və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 ilə X9 arasında olan nikah 21 iyun 2006-cı il tarixdə bağlanılmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2019-cu il tarixdə vəfat etmişlər. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X9 oğlunun vərəsəsi Cavabdeh3 olmuşdur. İş materiallarında olan DƏDRX-nin 15 saylı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-37/2-4293/2023 saylı məktubundan görünür ki, X3 adına 15 saylı Tovuz Ərazi idarəsində qeydiyyata alınmış əmlak aşkar edilməmişdir. "xxxx" MMC-nin adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-ci il tarixdə Tovuz rayonu Abulbəyli kəndində qeyri yaşayış-binası qeydiyyata alınmışdır. Cavabdeh3 ümumi birgə adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixində Tovuz rayonu Yuxarı Öysüzlü kəndində 0.1086 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. Ümumi birgə adına **********40 reyestr nömrəsi ilə xx.xx.2018-ci il tarixində 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə məhdudlaşdırılmaya dair arayış verilmişdir. İş materiallarında olan RX1414974 saylı çıxarışdan görünür ki, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində 0,1086 ha torpaq sahəsi Cavabdeh3, X5 və X2 xüsusi mülkiyyətlərindədir. İş materiallarında olan DƏDRX-nin 15 saylı ərazi idarəsinin torpaq sahəsinin planı və ölçüsü sənədlərindən görünür ki, Cavabdeh3 Tovuz rayonu Yuxarı Öysüzlü kəndibdə X16 Komissiyası tərəfindən 1997-ci il tarixli 14 nömrəli qərarı ilə 1086,31 kv m. həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən əmlak hüquq (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi şəxsi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir. Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən əmlak hüquq (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi şəxsi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir. MM-nin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-nin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Göründüyü kimi, Cavabdeh3 qızının adına X16 Komissiyası tərəfindən 1997-ci il tricli 14 nömrəli qərarı ilə 1086,31 kv m. həyətyanı torpaq sahəsi qeydə alınmış, həmin torpaq sahəsi nikahdan əvvəl Cavabdeh3 adına qeydə alınmışdır.Ona görə də həmin əmlak mirasın kütləsinə daxil edilə bilməz. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Məhkəmə iddia tələbinin 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payın müəyyən edilməsinə dair hissəsi ilə bağlı onu qeyd edir ki, işdə olan sənədlərlə müyyən edilir ki, Cavabdeh3 X10 və X7 ilə ümumi birgə adına qeydə alınmışdır. Göründüyü kimi mərhum Fazil Məmmədovun həmin torpaqdan payı mövcud deyildir. Məhkəmə iddianın avtomibllə bağlı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş 20 dekabr 2019-cu il tartixli vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvinə dair hissəsi ilə bağlı onu qeyd edir ki, əvvəla iddiaçı avtomobilin alqı-satqısına dair müqaviləni məhkəməyə təqdim etməmişdir. Belə bir müqavilə təqdim etmiş olsalar da onlar əqdin mübahisələndirilməsi üçün nəzərdə tutulmuş müddətləri ötürmüş, bu müddətlərin üzürlü səbəblərdən ötürülməsinə dair hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də alqı-satqı müqaviləsinin etibarsızlığına dair iddia təmin edilmədiyindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvinə dair iddia da təmin edilə bilməz. Məhkəmə iddianın "xxxx"MMC-nin adına qeydə alınmış qeyri-yaşayış binasından miras əmlakdan payın müəyyən edilməsinə dair hissədə onu qeyd edir ki, həmin hissədə də iddia təmin edilə bilməz. Belə ki, məhdud məsuliyyətli cəmiyyətin əmlakın deyil, həmin cəmiyyətdə iştirakçı olmuş mərhum Fazil Məmmədovun cəmiyyətin nizamnamə kapitalındakı payı vərəsəlik münasibətlərinin predmeti ola bilər. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-46/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-46/2024
19.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver