Məhkəmə qərarları › İş №2(062)-462/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-462/2023

13.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-462/2023 13.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, iddiaçı X6 (eyni zamanda İddiaçı etibarnamə üzrə nümayəndəsi) və Cavabdeh2 iştirakı ilə, İddiaçılar X6 və qeyrisinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «vərəsəlik qaydasında miras əmlakdan payın müəyyən olunması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçılar X10 və İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs X16 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı «vərəsəlik qaydasında miras əmlakdan payın müəyyən olunması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********09-05101-093012 reyestr nömrəli çıxarışa əsasən mərhum X1 adına dövlət qeydiyyatına alınmış ünvan 1 ünvanında yerləşən mənzildən ibarət miras əmlakdan İddiaçı payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzildə ailəlikcə yaşayırlar. Gülavatın Tağıyevanın yeganə övladı X11 olmuş və X13, Vüsal və Samirə adlı üç nəfər övladı olmuşdur. X5 xx.xx.2013-cü il tarixdə, X11 isə xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Onların vəfatından sonra yuxarıda qeyd olunan miras əmlak yeganə olaraq vərəsələrdən İddiaçı tərəfindən faktiki olaraq qəbul edilmiş və hazırda da onun sahiblik və istifadəsindədir. Həmin miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün X16 Xidmət mərkəzi Notariat Ofisinə müraciət etdikdə isə müddətin ötməsi səbəbindən şəhadətnamə verilməsindən imtina olunmuşdur. Ona görə də hazırki tələblə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında iddiaçı X10 (eyni zamanda İddiaçı etibarnamə üzrə nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, mərhum qaynanasının yeganə övladı onun mərhum əri Faiq Həmzəyev olmuşdur. Onların isə birgə nikahlarından Samir, Vüsal və Samirə adlı uşaqları doğulmuşdur. Qızı Samirə ailə quraraq daimi yaşamaq üçün ər evinə getmiş, digər oğlu isə işi ilə əlaqədar Rusiya Federasiyasında yaşayır. Qaynanası xx.xx.2013-cü il tarixdə, əri Faiq isə xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Qaynanasının ölümündən sonra evdə o, əri Faiq və oğlu Samir yaşamışlar. Ərinin ölümündən sonra isə oğlu Samir miras mülkdə qalmış, miras onun tərəfindən qəbul edilmiş və hazırda ailəsi də həmin ünvanda yaşayır. Özü belə ona düşən paydan oğlu Samirin xeyrinə imtina edir. Qızı Samirə və oğlu Vüsal da mirasın Samirin adına rəsmiləşdirilməsinə razıdır. Onların heç biri heç mirası belə qəbul etməmişlər. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etdi və izahatında göstərdi ki, miras əmlakda daimi olaraq qardaşı Samir yaşamış və hazırda da onun ailəsi orada yaşamaqda davam edir. Özü ailə qurararq daimi yaşamaq üçün ər evinə köçmüşdür. Miras əmlakla bağlı aralarında hər hansı mübahisə yoxdur. İddiaçı başqa miras əmlakı nə o, nə də ki qardaşı qəbul etməmişdir. Əgər payı olsa belə miras əmlakdan bunu qardaşına bagışlayır və onun xeyrinə payından imtina edir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. İş üzrə İddiaçı, Cavabdeh1 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********09-05101-093012 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 3 xüsusi mülkiyyət hüququ əsasında X2 məxsusdur. Ölüm haqqında AZ –İ 949352 saylı şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Tovuz regional “Asan Xidmət” Mərkəzi qeydiyyat şöbəsinin verdiyi xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X11 xx.xx.1947-ci ildə doğulmuşdur. X4, anası isə X3r. Ölüm haqqında AZ İİ 306818 saylı şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Nikahın bağlanması haqqında İİ ЖГ 420495 saylı şəhadətnamənin surətindən görünür ki, X11 ilə X12 nikahlarını xx.xx.1981-ci ildə qeyd etdirməklə ailə qurmuşlar. Nikahdan sonra arvada “Həmzəyeva” soyadı verilmişdir. Doğum haqqında Xİ ЖГ 269116 saylı, İX ЖГ 371026 saylı və Vİİİ ЖГ 385212 saylı şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Vüsal, xx.xx.1983-cü il təvəllüdlü Samir və xx.xx.1982-ci il təvəllüdlü Samirə adlı uşaqların atası X11, anası isə X7r. Tovuz regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisi tərəfindən verilmiş İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş vaxt ərzində müraciət edilmədiyi və miras əmlaka faktik sahiblik və istifadə barəsində sübutlar təqdim edilmədiyindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üzrə müraciətin rəsmiləşdirilməsi mümkün olmamışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). İş materialları ilə müəyyən edilmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********09-05101- 093012 reyestr nömrəli çıxarış əsasında ünvan 3 xüsusi mülkiyyət hüququ əsasında X2 məxsusdur. Gülavatın Tağıyeva xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra miras mülkdə yeganə oğlu Faiq Həmzəyev ailəsi ilə birlikdə yaşamağa davam etmişdir. Yəni miras əmlakda Faiq Həmzəyev tərəfindən faktik olaraq qəbul edilmişdir. Faiq Həmzəyev xx.xx.2018-ci il tarixdə ölmüşdür. Onun vəfatından sonra isə miras əmlak oğlu Samir və arvadı Asya Həmzəyeva tərəfindən faktik olaraq qəbul edilmişdir. Digər vərəsələr İddiaçıa və Cavabdeh1 tərəfindən miras əmlak nə faktik, nə də qanunla müəyyən edilmiş qaydada qəbul edilməmişdir. Hazırda da miras mülkdə İddiaçı ailəsi ilə birlikdə yaşayır. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyan xx.xx.2018-ci il tarixdə vəfat etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Həmçinin vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Çünki istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. İşin bu anında məhkəmə diqqətin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli Qərarında göstərmişdir ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən, iddiaçılar tərəfindən miras əmlak faktik olaraq qəbul edilmişdir. Lakin cavabdehlər tərəfindən iş materialları ilə mirasın qəbulu müəyyən edilmir. Hətta özləri belə iştirak etdikləri məhkəmə iclaslarında miras əmlakı qəbul etmədiklərini bildirmişlər. İlk növbədə məhkəmə qeyd edir ki, cavabdehlər mirasın qəbulu ilə bağlı notariat kontoruna ərizə verməmişdir. İddiaçı isə ərizə vermiş, lakin müddətin ötməsi əsası ilə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinən imtin edilmişdir. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Eyni zamanda cavabdehlər miras əmlakı faktik olaraq da qəbul etməmişdir. Çünki iş materiallarında cavabdehlərin mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd, mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd, mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd, habelə miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər mövcud deyildir. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən həmçinin nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən 18 iyul 2014-cü il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə qeyd edir ki, iddiaçılar tərəfindən mirasın qəbul edilməsi nəticəsinə gəlindiyi üçün mirasın kütləsi müəyyən edilməlidir. Bu hissədə işin halları araşdırılan zaman müəyyən edilir ki, mirasın kütləsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********09-05101-093012 reyestr nömrəli çıxarış əsasında ünvan 3 xüsusi mülkiyyət hüququ əsasında mərhum X2 məxsus olan evdir. Ona görə də həmin əmlak üzrə İddiaçı payı tam müəyyən edilməlidir. Çünki digər iddiaçı miras əmlakı faktik qəbul etsə də, onun xeyrinə miras əmlakdan imtina etmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********09-05101-093012 reyestr nömrəli çıxarış əsasında mərhum X1 adına dövlət qeydiyyatına alınmış ünvan 3-dən ibarət miras əmlakdan İddiaçı tam payı müəyyən edilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********09-05101-093012 reyestr nömrəli çıxarış əsasında mərhum X1 adına dövlət qeydiyyatına alınmış ünvan 3 ünvanında yerləşən mənzildən ibarət miras əmlakdan İddiaçı tam payı müəyyən edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılar X10 və İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar