Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-47/2023 14.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı “Tural” firmasının nümayəndəsi İddiaçı cavabdehlər DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə və Cavabdeh2 qarşı «icarə müqaviləsinin qismən etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Tovuz rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə və Cavabdeh2 qarşı «icarə müqaviləsinin qismən etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin adından Cavabdeh2 ilə bağlanması göstərilən 30 iyun 2021-ci il tarixli 566 saylı icarə müqaviləsinin qismən ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək icarə müqaviləsinin qismən etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hüquqların dövlət qediyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qediyyat nömrəli çıxarışa əsasən, Cavabdeh2 adına Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində dövlət mülkiyyətində olan 0.0384 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 559 kv.m olan 2 mərtəbəli tikili 13 aprel 2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Tovuz rayon İcra Hakimiyyəti başçısının 19 iyul 1996-cı il tarixli 482 saylı sərəncamına əsasən, Tovuz rayonu Qovlar bazarı adlı yerdə yerləşən 0.75 ha torpaq sahəsinin Qovlar bazarının daimi istifadəsinə verilməsinə sərancam verilmişdir. 26 noyabr 1997-ci il tarixli təsis müqaviləsi əsasında Tovuz rayonu Qovlar mərkəzi bazarının bazasında “Tural” firması yaradılmış və o, həmin firmanın nizamnamə fondunun 77.5 faizinə sahib olmaqla müəssisəsinin direktoru olmuşdur. Hazırda isə müəssisənin nizamnamə kapitalının 100 faizi ona məxsusdur. Hazırda iddiaçının mülkiyyətində olan tikili Tural firması tərəfindən və firmanın hesabına inşa edilmiş, sonradan Sakit Hüseynova satılmışdır. Sakit Hüseynova məxsus tikilinin yerləşdiyi torpaq sahəsi isə Tovuz rayon İcra Hakimiyyəti başçısının 19 iyul 1996-cı il tarixli 482 saylı sərancamına əsasən, Tovuz rayonu Qovlar bazarının daimi istifadəsinə verilmiş 0,75 ha torpaq sahəsinin hüdudları daxilindədir. Cavabdeh2 məxsus 2 mərtəbəli tikilinin 0.0384 ha torpaq sahəsində yerləşməsi göstərilmiş, lakin həmin torpaq sahəsinin bir hissəsi tikilinin texniki pasportunda da göstərildiyi kimi bazara giriş-cıxış yolu kimi istifadə olunması üçün nəzərdə tutulmuşdur. Yəni, tikilinin ikinci mərəbəsinin bir hissəsi bazara giriş-çıxış yolunun üzərində inşa edilmiş, tikilinin texniki pasportunda həmin qaydada öz əksini tapmışdır. Hazırda ona məlum olmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəlləri Dövlət Xidmətinin adından Cavabdeh2 ilə 30 iyun 2021-ci il tarixli 566 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin icra müqaviləsinin həmin təşkilatın adından bağlanması olduqca şübhə doğurur. Belə ki, yuxarıda qeyd etdiyi kimi Qovlar bazarının (Tural firmasının) daimi istifadəsinə verilmiş torpaq sahəsinin elə həmin təşkilat tərəfindən tərtib və təsdiq olunmuş texniki pasportda öz əksini tapmış, bazara giriş-çıxış yolu kimi nəzərdə tutulmuş torpaq sahəsinin hüquqi vəziyyətinin və yerində mövcud vəziyyətinin araşdırılmadan Cavabdeh2 icarəyə verilməsi inandırıcı göstərilmir. İddiaçının vəkili X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 və DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəməyə ərizə göndərərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə əlavə olunmuş 30 iyun 2021-ci il tarixli 566 saylı icarə müqaviləsinin surətindən görünur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəlləri Dövlət Xidmətinin adından Cavabdeh2 ilə 30 iyun 2021-ci il tarixli 566 saylı icarə müqaviləsi bağlanmışdır. İşə əlavə olunmuş çıxarışdan görünür ki, Cavabdeh2 Tovuz rayonu Qovlar qəsəbəsi Vağzal küçəsində xüsusi mülkiyyətdə olan 0.0384 ha torpaq sahəsi və üzərində 2 mərtəbəli ümumi sahəsi 559 kv.m olan qeyri-yaşayış binası qeydiyyata alınmışdır. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Tural firmasının faktiki fəaliyyət göstərdiyi ərazi 00211839 registr nömrəli çıxarışla qeydiyyata alınmış torpaq sahəsinin hüdudları daxilindədir. Cavabdeh2 məxsus 2 mərtəbəli tikilinin texniki göstəriciləri texniki pasportdakı göstəricilərə uyğundur. Qovlar bazarına giriş-çıxış üçün nəzərdə tutulmuş yol faktiki olaraq Cavabdeh2 məxsus tikilinin alt hissəsindən keçməsinə baxmayaraq Dövlət mülkiyyətində olan 00211839 registr nömrəli çıxarışla qeydiyyata alınmış Tural firmasının icarəsinə verilmiş torpaq sahəsindən keçir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin adından Cavabdeh2 ilə 30 iyun 2021-ci il tarixli 566 saylı icarə müqaviləsi bağlanmışdır. Tural firmasının faktiki fəaliyyət göstərdiyi ərazi 00211839 registr nömrəli çıxarışla qeydiyyata alınmış torpaq sahəsinin hüdudları daxilindədir. Cavabdeh2 məxsus 2 mərtəbəli tikilinin texniki göstəriciləri texniki pasportdakı göstəricilərə uyğundur. Qovlar bazarına giriş-çıxış üçün nəzərdə tutulmuş yol faktiki olaraq Cavabdeh2 məxsus tikilinin alt hissəsindən keçməsinə baxmayaraq Dövlət mülkiyyətində olan 00211839 registr nömrəli çıxarışla qeydiyyata alınmış Tural firmasının icarəsinə verilmiş torpaq sahəsindən keçir. Məhkəmə hesab edir ki, belə olduğu halda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Tural firmasının icarəsinə verilmiş torpaq sahəsindən keçən hissədə Cavabdeh2lə müqavilə bağlamaqda haqlı olmamışdır. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, həmin iş üzrə rəy onun tərəfindən verilmişdir. Tural firmasının icarəsinə verilmiş həmin yer giriş-çıxış üçün nəzərdə tutulmuşdur. Qovlar bazarına giriş-çıxış üçün nəzərdə tutulmuş yol faktiki olaraq Cavabdeh2 məxsus tikilinin alt hissəsindən keçməsinə baxmayaraq Dövlət mülkiyyətində olan 00211839 registr nömrəli çıxarışla qeydiyyata alınmış Tural firmasının icarəsinə verilmiş torpaq sahəsindən keçir. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İşın hallarından göründüyü kimi mübahisə predmeti olan 30 iyun 2021-ci il tarixli 566 saylı icarə müqaviləsi Mülki Məcəllənin tələblərini pozmaqla bağlanmaqla mübahisə edilən əqddir. Həmin məcəllənin 337.2- ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, Qovlar bazarına giriş-çıxış üçün nəzərdə tutulmuş yol faktiki olaraq Cavabdeh2 məxsus tikilinin alt hissəsindən keçməsinə baxmayaraq Dövlət mülkiyyətində olan 00211839 registr nömrəli çıxarışla qeydiyyata alınmış Tural firmasının icarəsinə verilmiş torpaq sahəsindən keçdiyindən, həmin sahə də Cavabdeh2 icarəyə verildiyindən və bu hal Tural firmasının hüquqlarını pozduğundan icarə müqaviləsi həmin hissədə etibarsız hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin adından Cavabdeh2 ilə bağlanılmış 30 iyun 2021-ci il tarixli 566 saylı icarə müqaviləsi qismən, “Tural”firmasına giriş-çıxış üçün nəzərdə tutulmuş hissədə etibarsız hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-47/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-47/2023
14.07.2023 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver