Məhkəmə qərarları › İş №2(062)-478/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-478/2025

13.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-478/2025 13.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 iştirakları ilə Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair mülki işə Tovuz şəhərində 13 fevral 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 məhkəməyə ərizə ilə müraciət edərək JN 892 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən X6 qeydinin Ərizəçi2 və X5 qeydinin Ərizəçi1 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi2 ərizəni müdafiə edərək məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 24 mart 2000-ci il tarixli 03 nömrəli qərarı ilə ona və ailə üzvlərinə Tovuz rayonu Aşağı Öysüzlü kəndində 0,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN 892 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə qeydə alınmışdır. Onun adı Ərizəçi2 olsa da texniki səhv olaraq JN 892 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında onun adı X4, digər ərizəçinin adı Ərizəçi1 olsa da X3 qeyd edilmişdir. Qalan digər sənədlərdə adları “Ərizəçi2”, və “Ərizəçi1” kimi qeyd olunur. Maraqlı şəxsə müraciət etsələr də, şəhadətnamədə düzəliş edilməmiş və yeni sənədlər verməkdən imtina etmişdir. Odur ki, JN 892 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən X6 qeydinin Ərizəçi2 və X5 qeydinin Ərizəçi1 məxsus olması faktının müəyyən olunmasını xahiş edir. Digər Ərizəçi1 Ərizəçi2 ilə eyni xüsusatda izahat verdi. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxs DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçilərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə qanuni və əsaslıdır ona görə də təmin edilməlidir. Surəti işə əlavə olunmuş seriya AA ******* olan Ərizəçi2 məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1993-cü ildə anadan olmuş və adı Ərizəçi2dur. Surəti işə əlavə olunmuş seriya AA ******* olan Ərizəçi1 məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1965-ci ildə anadan olmuş və adı Ərizəçi1dır. İşə əlavə olunmuş JN 892 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Tovuz rayon AİK-nin 24 mart 2000-ci il tarixli 03 nömrəli qərarı ilə Ərizəçi2 və ailə üzvlərinə 0,46 ha torpaq sahəsi verilmişdir. İşə əlavə olunmuş Tovuz rayonu Aşağı Öysüzlü kənd İƏD üzrə nümayəndəliyinin 18 noyabr 2024-cü il tarixli 749 və 750 saylı arayışlarına əsasən, ərizəçilərin adları texniki səhv olaraq X6 və X3 qeyd edilmişdir. Tovuz rayonu Aşağı Öysüzlü kəndində X5 və X6 adlı şəxslər yaşamır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Tovuz rayon AİK-nin 24 mart 2000ci il tarixli 03 nömrəli qərarı ilə Ərizəçi2 və ailə üzvlərinə 0,46 ha pay torpaq sahəsi verilmişdir. JN 892 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmişdir. Həmin torpaq sahəsinin sənədində ərizəçi X4 qeyd edilmişdir. Dövlət Aktında digər ərizəçinin adı Ərizəçi1 olsa da X3 qeyd edilmişdir. Ərizəçilərin izahatı və şəxsiyyət vəsiqələrinin surəti ilə müəyyən olunur ki, JN 892 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında ərizəçinin adı Ərizəçi2 kimi qeyd olunmalı idi. Yenidən JN 892 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının şəxsiyyət vəsiqəsinə uyğun olaraq hazırlanması mümkün olmamışdır. Ona görə də sənədin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır və JN 892 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət X1 və X5 adlı şəxslərə məxsus qeydlərin ərizəçilərə məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olma faktı məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə , Q Ə T E T D İ: Ərizə təmin edilsin. JN 892 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət X2 qeydinin Ərizəçi2 və X5 qeydinin Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar