Məhkəmə qərarları › İş №2(062)-514/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-514/2024

15.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-514/2024 15.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı X12 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, anası, həmçinin İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1 və X12 cavabdehlər Cavabdeh1 İsaq qızına, X13 və Cavabdeh3 İsaq qızına «miras mülkdən pay tələbinə» dair mülki işə Tovuz şəhərində 15 fevral 2024cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X24 məhkəmədə cavabdehlər Cavabdeh1 İsaq qızına, X13 və Cavabdeh3 İsaq qızına qarşı iddia qaldıraraq Tovuz rayonu Əyyublu kəndində yerləşən məhrum X7 miras qalmış fərdi yaşayış binasından, həyətyanı və pay torpaq sahəsindən, mərhum X15 miras qalmış həyətyanı torpaq sahəsindən paylarının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş icraatda olan zaman İddiaçı1 iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə verərək, Tovuz rayonu Əyyublu kəndində yerləşən məhrum X7 miras qalmış fərdi yaşayış binasından, həyətyanı və pay torpaq sahəsindən onların paylarının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X24 məhkəmə iclasında iştirak etməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, anası İddiaçı1 təmsil etmişdir. Məhkəmə iclasında iddiaçı X12 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, anası, həmçinin İddiaçı1 iddianı müdafiə edərək izahatında göstərdi ki, X16 ilə 1970-ci ilin yanvar ayında rəsmi qaydada evlənib ailə qurmuş, birgə nikahlarından beş uşaqları olmuşdur. X8 13 yanvar 2022-ci ildə vəfat etmişdir. İddia ərizəsi üzrə tərəflər birinci növbəli vərəsələrdir. Tovuz rayonu Əyyublu kəndində birgə nikah dövründə əri ilə birgə fərdi yaşayış evi tikdirmişlər və mübahisə olunan yaşayış sahəsi 28 sentyabr 1988-ci ildə daşınmaz əmlakın dövlət reyestrində X9 adına qeydiyyata alınmışdır. Torpaq islahatı zamanı ona və ailə üzvlərinə pay və həyətyanı torpaq sahəsi verilmişdir və pay torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində JN-2189 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, həyətyanı torpaq sahəsi isə JN-2548A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə qeydiyyata alınmışdır. Tovuz regional ASAN xidmət mərkəzinin notariat ofisində miras mülkə dair vərəsəlik hüququna dair şəhadətnamə almaq istədikdə vərəsələr arasında mübahisə olduğundan mirasa vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Mərhumun həmin mülklərindən vərəsələrinin payı var. Ona görə də Tovuz rayonu Əyyublu kəndində yerləşən X4ndan miras qalmış fərdi yaşayış binasından, həyətyanı və pay torpaq sahəsindən paylarının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 İsaq qızına, X13 və Cavabdeh3 İsaq qızına məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, onlar, məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının, eyni zamanda digər iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara əsasən qismən təmin edilməlidir. İşə əlavə olunmuş texniki paspotrun surətindən görünür ki, Tovuz rayonu Əyyublu kəndində yerləşən fərdi yaşayış evi 28 sentyabr 1988-ci il tarixdə 71 sayla X9 adına dövlət reyestrində qeydiyyata alınmışdır və qeydiyyat vəsiqəsi vardır. İşə əlavə olunmuş JN-2546A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 13 saylı qərarı ilə X10 0,23 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə olunmuş JN-2189 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci ll tarixli qərarı ilə X10, İddiaçı1, Cavabdeh3, X25 0,67 ha pay torpaq sahəsi verilmişdir. İşə əlavə olunmuş Tovuz regional ASAN xidmət mərkəzinin notariat ofisinin 03 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, vərəsələr arasında mübahisə olduğundan İddiaçı1 vərəsəlik hüququna dair şəhadətnamə verilməsindən imtina olunmuşdur. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2022-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə İddiaçı1 nikahları 23 aprel 1996-cı ildə pozulmuşdur. İşə əlavə olunmuş doğum haqqında arayışdan görünür ki, xx.xx.1971-ci ildə Cavabdeh1 X17 ilə İddiaçı1 birgə nikahlarından anadan olmuşdur. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1972-ci ildə X3 İsax Şəmistan oğlu ilə İddiaçı1 birgə nikahlarından anadan olmuşdur. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1975-ci ildə X5 İsax Şəmistan oğlu ilə İddiaçı1 birgə nikahlarından anadan olmuşdur. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1977-ci ildə Cavabdeh3 X17 ilə İddiaçı1 birgə nikahlarından anadan olmuşdur. İşə əəlavə olunmuş ölüm haqqında arayışdan görünür ki, X26 xx.xx.2010-cu ildə vəfat etmişdir. Məhkəmə araşdırılmaları zamanı müəyyən olundu ki, İddiaçı1 ilə X16 ilə 1970-ci ilin yanvar ayında rəsmi qaydada evlənib ailə qurmuş, birgə nikahlarından beş uşaqları olmuşdur. Onların birgə nikahlarından xx.xx.1971-ci ildə Cavabdeh1, xx.xx.1972-ci ildə X19, xx.xx.1975-ci ildə X24, xx.xx.1977-ci ildə Cavabdeh3 anadan olmuşdur. X16 13 yanvar 2022-ci ildə vəfat etmişdir. İddiaçı1 ilə X6 rayonu Əyyublu kəndində birgə nikah dövründə fərdi yaşayış evi tikdirmişlər və mübahisə olunan yaşayış sahəsi 28 sentyabr 1988-ci ildə daşınmaz əmlakın dövlət reyestrində X9 adına qeydiyyata alınmışdır. Həmin yaşayış sahəsini birgə nikah dövründə əldə olduğundan yaşayış sahəsinin ½ hissəsi mirasın kütləsinə daxildir, qalan ½ hissəsi isə iddiaçıya məxsusdur. Ona görə fərdi yaşayış evinin ½ hisəsəsindən məhrumun vərəsələrinin payı müəyyən olunmalıdır. JN-2546A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,23 ha həyətyanı torpaq sahəsi Tovuz rayon Aqrar İslahat Komissiyasının 13 saylı qərarı ilə X10 verilmiş və həmin torpaq sahəsindən də vərəsələrin bərabər payları var. JN-2189 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X10, İddiaçı1, Cavabdeh3, X25 Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli qərarı ilə 0,67 ha pay torpaq sahəsi verilmişdir. 0,67 ha pay torpaq sahəsinin ¼ hissəsi mirasın kütləsinə daxildir və həmin torpaq sahəsinin mirasın kütləsinə daxil olan hissəsi vərəsələr arasında bərabər pay hüququ ilə bölünməlidir. Bundan başqa nikahın pozulması haqqında şəhadətnamə ilə müəyyən olunur ki, X17 ilə İddiaçı1 nikahları 23 aprel 1996-cı ildə pozulmuşdur. Azərbaycan Respublikası Mülki 1163-ci maddəsində qeyd edilmişdir ki, nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Yuxarıda qeyd olunan norma imperativ olmaqla məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı1 mərhum X17 ilə nikahları pozulduğundan məhrumun mirasından vərəsə payı müəyyən olunmamalı və iddianın həmin hissəsi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mərhum X1 vəsiyyətnamə vermədiyindən mübahisə olunan miras mülk qanun üzrə vərəsələrə keçməlidir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanı öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. X2 vərəsələri, X24, Cavabdeh1 İsaq qızı, X20 və Cavabdeh3 İsaq qızıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının ( miras aktivi ) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, miras qoyanın vərəsələrinin dördü də mirasın faktiki idarə olunmasında iştirak etmişlər. Mirasın kütləsinə Tovuz rayonu Əyyublu kəndində yerləşən X4na məxsus fərdi yaşayış evi, həyətyanı və torpaq sahəsi daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki. Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsini məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirməli olmasını imperativ qaydada müəyyən etmişdir. Miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici sanki vərəsənin mirasdan imtina etdiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin tətbiq edilməsini nəzərdə tutmuşdur. Halbuki, Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Göründüyü kimi iddiaçı mirası faktiki olaraq qəbul etməsini iddia etsə də, cavabdehlərin mübahisə olunan mirasdan bərabər vərəsə payı var. Belə olan halda 2546A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsindən vərəsələrin hər birinin payı ¼ hissə olmaqla bərabərdir. 2189 saylı Dövlət Aktında göstərilən torpaq sahəsindən miras qoyanın payı ¼ hissə olduğundan vərəsələrin hər birinin payı ¼ hissə olmaqla, bərabərdir və ümumi əmlakda ¼ hissənin ¼ hissəsi, yəni ümumi əmlakın 1/16 hissəsi qədərdir. Həmçinin cavabdehlər rəsmi müraciət etmədiklərindən onların payları açıq saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsəasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üçün toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmuyuna qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Tovuz rayonu Əyyublu kəndində yerləşən X4ndan miras qalmış fərdi yaşayış binasından, JN-2548 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,23 ha həyətyanı torpaq sahəsindən X12 ¼ hissədə, JN-2189 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 0,67 ha pay torpaq sahəsindən ¼ hissənin ¼ hissəsi, yəni ümumi əmlakın 1/16 (ümumi əmlakın on altıda bir) hissəsində payı müəyyən edilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. Tovuz rayonu Əyyublu kəndində yerləşən X4ndan miras qalmış fərdi yaşayış binasından, JN-2548 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,23 ha həyətyanı torpaq sahəsindən X12 1/4 hissədə, JN-2189 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 0,67 ha pay torpaq sahəsindən ¼ hissənin ¼ hissəsi, yəni ümumi əmlakın 1/16 (ümumi əmlakın on altıda bir) hissəsində payı müəyyən edilsin. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar