Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-53/2025 16.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs başçısının Qəyyumluq və Himayəçilik Orqanı) “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək (Maraqlı şəxs başçısının Qəyyumluq və Himayəçilik Orqanı) xx.xx.1994-cü il tarixdə anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun 01 yanvar 1994-cü ildə doğulmuş qızı X1 uşaq serebral iflicin qalıq əlamətləri, tetraplelik forma, psixofiziki inkişafın geri qalması, mikrosefaliyagiya xəstəliyi var, 1-ci dərəcəli əlildir. Qızı sərbəst olaraq öz hərəkətlərini idarə edə bilmədiyinə görə ona baxıb qulluq edir. Ona görə də, qızı X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi zəruriyyəti yaranmışdır. Bu səbəbdən də, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi, ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 2817 saylı rəyindən görünür ki, xx.xx.1994cü il təvəllüdlü X3 öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də X3 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, Ərizəçi xx.xx.1994-cü il tarixdə anadan olmuş X3 onun qızı olmaqla ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. İş üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, X2 hazırda Uşaq serebral iflicinin qalıq əlamətləri, əqli gerilik ilə formasında psixi xəstəlikdən əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar ona müddətsiz 1 qrup əlillik təyin edilmişdir. Göstərilənləri nəzərə alaraq xx.xx.1994cü il təvəllüdlü X3 yuxarıda göstərilən diaqnozlu xəstəliklə əlaqədar öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də xx.xx.1994-cü il tarixdə anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 233.1, 317-322, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. xx.xx.1994-cü il tarixdə anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-53/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-53/2025
16.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver