Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-533/2024 22.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək oğlu 3 noyabr 1999-cu il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Tovuz rayonu Qovlar şəhərində yaşayır. X1 xx.xx.1999-ci ildə anadan olmuş. O, anadangəlmə əlildir. Xəstəliyin ilə əlaqədar dəfələrlə həkim müayinələrində olmuşdur. Həkim nevrepatoloq X4 epilepsiya cəngolma tutmaları və qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozu qoymuşdur. Məhkəməyə verdiyi sənədlər arasında xəstəliyin təsdiqinə dair arayış da vardır. Onun qulluğunda o durur, qayğısına o qalır. Hazırda oğlunun qəyyumu kimi onun tanınmasına zərurət vardır. Ona görə də, oğlu 3 noyabr 1999-cu il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini xahiş etmişdir. Mülki iş üzrə maraqlı şəxs Tovuz rayon İcra hakimiyyəti Başçısı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Orqanına məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1999-cu ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuşdur. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 1551 saylı ekspertiza rəyindən görünür ki, X5 epilepsiya xəstəliyi nəticəsində yaranmış ifadəli şəxsiyyət pozuntusu ilə əlaqədar o, öz hərəkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarında deyildir. Buna görə də, X5 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, X5 xx.xx.1999-cu ildə anadan olmuşdur. X5 ərizəçinin oğludur. Ərizəçinin ərizəsindən və işdə olan sənədlərdən görünür ki, X5 epilepsiya xəstəliyi nəticəsində yaranmış ifadəli şəxsiyyət pozuntusu ilə əlaqədar o, öz hərəkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarında deyildir. xx.xx.2024-cü il tarixli, 1551 saylı ekspertiza rəyindən də göründüyü kimi, X3 epilepsiya xəstəliyi nəticəsində yaranmış ifadəli şəxsiyyət pozuntusu ilə əlaqədar o, öz hərəkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarında deyil. X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Ərizə təmin olunmalı və X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220 və 234 maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1999-cu ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə xx.xx.1999-cu il təvəllüdlü X2 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-533/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-533/2024
22.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver