Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-54/2023 05.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, İddiaçılar X2 və X3 cavabdehlər Cavabdeh və Tovuz regional Asan xidmət mərkəzinin Notariat ofisinə qarşı "miras mülkdən payların müəyyən olunması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İddiaçılar X4 və X5 xx.xx.2022-ci il tarixdə məhkəməyə muraciət edərək, Tovuz rayonu Koxa kəndində mərhum X1 miras qalmış həyətyanı rorpaq sahəsindən payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 məhkəməyə ərizə göndərək edərək, zərurətlə əlaqədar iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı mülki iş üzrə iddianın geri qaytarılması barədə ərizə təqdim etdiyindən ərizə geri qaytarılmalıdır. Məhkəmə cavabdehlərin və digər iddiaçının məhkəmə iclasına gəlməməsini onların hazırkı işin mahiyyəti üzrə baxılmasını tələb etməmələri kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh (maraqlı şəxs) işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 119.1-ci, 259-260-cı, 263- 264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçılar X2 və X3 cavabdehlər Cavabdeh və Tovuz regional Asan xidmət mərkəzinin Notariat ofisinə qarşı "miras mülkdən payların müəyyən olunması" tələbinə dair ərizə baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-54/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-54/2023
05.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver