Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-549/2025 27.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Samir Zöhrab oğlunun katibliyi, maraqlı şəxs Azərbaycan Respublikası Su X4 Su Meliorasiya Xidməti Tovuz Su X1 İdarəsinin nümayəndəsi Əliyev Etibar Cəbrayıl oğlunun iştirakı ilə Ərizəçi Su X4 Su Meliorasiya Xidməti Tovuz Su X1 İdarəsi maraqlı şəxs qismində göstərilməklə “daşınar əşyanın sahibsiz hesab edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi Ərizəçi “daşınar əşyanın sahibsiz hesab edilməsi”nə dair ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən saxlanılması üçün Azərbaycan Respublikası Su X2 Su Meliorasiya Xidməti Publik hüquqi şəxsin Tovuz Su X1 İdarəsinə təhvil verilmiş 15 ədəd, 200 mm diametrli, hər biri 4 metr uzunluğunda, istismara yararlı çuğun materiallı, 34 ədəd, 500 mm diametrli, hər biri 4 metr uzunluğunda, istismara yararlı azbes materiallı və 4 ədəd, 600 mm diametrli, hər biri 11 metr uzunluğunda metal boruların sahibsiz hesab edilməsi, üzərində dövlət mülkiyyəti hüququnun tanınması və Azərbaycan Respublikası Su X2 Su Meliorasiya Xidməti Publik hüquqi şəxsin Tovuz Su X1 İdarəsinin mülkiyyətinə verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Tovuz rayon polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə xidmət zamanı “Kamaz” markalı yük avtomobilinin yük yerindən 15 ədəd çuğun materiallı, istismara yararlı borular aşkar edilmiş və müvafiq raport əsasında Tovuz rayon polis şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, aşkar olunmuş 15 ədəd çuğun materiallı, 200 mm diametrli, hər biri 4 metr uzunluğunda istismara yararlı borular X8 məxsus Tovuz rayonu Xatınlı kəndində yerləşən sahəsinin ətrafında olmuş, həmçinin sahibsiz olmaqla H.Sadıqova məxsus olmamış, sonuncunun qohumu X15 tərəfindən H.Sadıqovun razılığı ilə satmaq məqsədi ilə götürülərək avtomobilə yüklənmiş və yolda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyindən Tovuz rayon polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X16 tərəfindən cinayət işinin başlanmasının rədd olunması haqqında 27 noyabr 2024-cü il tarixli qərar qəbul edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Strateji X6 Agentliyinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Tovuz rayon polis şöbəsinə Tovuz rayonu Əlimərdanlı kəndində “Bakı-Supsa” ixrac neft kəmərinin mühafizə ərazisinin yaxınlığında olan azbes boruların bir neçə şəxs tərəfindən çıxarılması barədə məlumat verilmişdir. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Tovuz rayonu Əlimərdanlı kəndində “Bakı-Supsa” ixrac neft kəmərinin mühafizə ərazisinin yaxınlığında 34 ədəd azbes materiallı, 500 mm diametrli, hər biri 4 metr uzunluğunda istismara yararlı borular X10 və qeyriləri tərəfindən götürülərək avtomobilə yükləndikdən sonra Azərbaycan Respublikası Strateji X6 Agentliyinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saxlanılmışdır. Araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyindən Tovuz rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X11 tərəfindən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 aprel 2023-cü il tarixli qərar qəbul edilmişdir. Bundan başqa Tovuz rayon polis şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə araşdırma zamanı 4 ədəd, 600 mm diametrli, hər biri 11 metr uzunluğunda sahibsiz metal borular Tovuz rayonu ərazisindən aparılarkən Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisində X3 idarə etdiyi yük avtomobilində aşkar edilərək saxlanılmış və müvəqqəti saxlanılması üçün Tovuz Su X1 İdarəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Su X2 Su Meliorasiya Xidməti Publik hüquqi şəxsin Tovuz Su X1 İdarəsi 25 dekabr 2024-cü il tarixli məktubla Ərizəçina müraciət edərək yuxarıda qeyd olunan 15 ədəd çuğun materiallı, 200 mm diametrli, hər biri 4 metr uzunluğunda istismara yararlı, 34 ədəd azbes materiallı, 500 mm diametrli, hər biri 4 metr uzunluğunda istismara yararlı və 4 ədəd, 600 mm diametrli, hər biri 11 metr uzunluğunda metal boruların sahibsiz hesab edilməsi və idarənin mülkiyyətinə verilməsi üçün məhkəməyə müraciət olunması xahiş olunmuşdur. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ərizəçi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Su X4 Su Meliorasiya Xidməti Tovuz Su X1 İdarəsinin nümayəndəsi X9 ərizədə qeyd edilənləri təsdiq edərək ərizənin təmin edilməsini xahiş etmişdir. İş materialları Tovuz rayon polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X16 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd olunması haqqında 27 noyabr 2024-cü il tarixli, Tovuz rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X11 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 aprel 2023-cü il tarixli qərarların surəti ərizəyə əlavə edilmişdir. Azərbaycan Respublikası Su X2 Su Meliorasiya Xidməti Publik hüquqi şəxsin Tovuz Su X1 İdarəsi 25 dekabr 2024-cü il tarixli məktubla Ərizəçina müraciət edərək yuxarıda qeyd olunan 15 ədəd çuğun materiallı, 200 mm diametrli, hər biri 4 metr uzunluğunda istismara yararlı, 34 ədəd azbes materiallı, 500 mm diametrli, hər biri 4 metr uzunluğunda istismara yararlı və 4 ədəd, 600 mm diametrli, hər biri 11 metr uzunluğunda metal boruların sahibsiz hesab edilməsi və idarənin mülkiyyətinə verilməsi üçün məhkəməyə müraciət olunması xahiş olunmuşdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 184. Sahibsiz daşınar əşyaya mülkiyyətin əldə edilməsi 184.1. Əgər sahibsiz daşınar əşyanın mənimsənilməsi bu Məcəllə ilə qadağan edilməmişsə və ya onu mənimsəmək hüququna malik olmuş başqa şəxsin hüquqlarını pozmursa, şəxs həmin əşyanı sahibliyə qəbul etdikdə ona mülkiyyət hüququ əldə edir. 184.2. Əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır. Maddə 185. Mülkiyyətçinin imtina etdiyi daşınar əşya 185.3. Atılmış başqa əmlak ona sahibliyə başlamış şəxsin mülkiyyətinə o zaman daxil olur ki, bu əmlak həmin şəxsin ərizəsi ilə məhkəmə tərəfindən sahibsiz hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 306. Xüsusi icraat işlərinə baxılması qaydası 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 306.3. Dövlət idarə və təşkilatlarının və ya təsisçiləri dövlət və ya dövlət idarələri, yaxud təşkilatları olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu halda dövlət mənafeyinin müdafiəsi üçün prokuror aşağıdakı işlər üzrə ərizə verə bilər: 306.3.1. mülkiyyət hüququ üzrə əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək haqqında işlər üzrə; 306.3.2. daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlər üzrə. Maddə 326. Məhkəmənin ərizə üzrə qətnaməsi 326.1. Məhkəmə hesab etsə ki, daşınar əşyanın mülkiyyətçisi yoxdur, yaxud mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, müraciətdə göstərilən daşınar əşyaların mülkiyyətçisi məlum olmadığından sahibsiz sayılmalıdır. Həmin predmetlərin mənimsənilməsi Mülki Məcəllə ilə qadağan edilməmişdir və onu mənimsəmək hüququna malik olmuş başqa şəxsin hüquqlarını pozmur. Ona görə də həmin predmetləri sahibliyə qəbul edən Su X4 Su Meliorasiya Xidməti Publik hüquqi şəxsin Tovuz Su X1 İdarəsi ona mülkiyyət hüququ əldə etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 306, 326, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Tovuz rayon polis şöbəsində aparılmış müvafiq araşdırmalar zamanı saxlanılması üçün Azərbaycan Respublikası Su X2 Su Meliorasiya Xidməti Publik hüquqi şəxsin Tovuz Su X1 İdarəsinə təhvil verilmiş 15 ədəd, 200 mm diametrli, hər biri 4 metr uzunluğunda, istismara yararlı çuğun materiallı, 34 ədəd, 500 mm diametrli, hər biri 4 metr uzunluğunda, istismara yararlı azbes materiallı və 4 ədəd, 600 mm diametrli, hər biri 11 metr uzunluğunda metal borular sahibsiz hesab edilsin və Azərbaycan Respublikası Su X2 Su Meliorasiya Xidməti Publik hüquqi şəxsin Tovuz Su X1 İdarəsinin mülkiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №2(062)-549/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-549/2025
27.02.2025 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver