Məhkəmə qərarları › İş №2(062)-556/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-556/2025

21.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-556/2025 21.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə İddiaçı cavadehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 qarşı «miras mülkdən pay tələbinə» dair mülki işə Tovuz şəhərində 21 fevral 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 qarşı iddia qaldıraraq məhrum X1ndan miras qalmış 0,03 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsindən paylarının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, cavabdehlər və o, X4 ilə X11 birgə nikahlarından anadan olmuşlar, anası və atası vəfat etmişdir. X1 27 noyabr 2003-cü ildə vəfat etmişdir. O, 1980-ci ildən öldüyü vaxtadək Rusiyada yaşamış, subay olmuş, ailəsi və uşaqları olmamışdır. Mərhumun hazırda onların istifadəsində olan, Tovuz rayonu Əsrik Cırdaxan kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,03 ha torpaq sahəsinin 1/7 hissə torpağı vardır. Qeyd olunan torpaq sahəsi xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışla adlarına qeydə alınmışdır. Mərhumun birinci dərəcəli vərəsələri yoxdur, ona görə də onun adına olan torpaq sahəsi ikinci dərəcəli, yəni hazırki iddia üzrə tərəflər arasında bölünməlidir. Aralarında olan mübahisəli mülkün notarial qaydada bölünməsi mümkün olmamışdır. Ona görə də miras mülk vərəsələr arasında məhkəmə qaydasında bölünməlidir. Odur ki, mərhum X5 miras qalmış Tovuz rayonu Əsrik Cırdaxan kəndində yerləşən ümumi sahəsi 0,03 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsindən paylarının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş edır. X3 iddianı qismən qəbul edərək məhkəmə iclasında izahatında göstərdi ki, miras mülkün 1/7 hissəsi mərhum qardaşına məxsusdur. Mirası iddiaçı qardaşı faktiki olaraq qəbul etsə də mirasda onun da payı var. Ona görə də mirasdan qanunla payının müəyyən olunmasını xahiş edir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, onlar məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən gəlməyən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara əsasən, təmin edilməməlidir. İşə əlavə olunmuş reyestr nömrəsi **********71 olan çıxarışdan görünür ki, 0,03 ha torpaq sahəsindən məhrum X6 1/7 payı var. İşə əlavə olunmuş Tovuz regional ASAN xidmət mərkəzinin notariat ofisinin 26 avqust 2024-cü il tarixli məktubundan görünür ki, mərhum X5 qalmış miras əmlaka dair Rusiya Federasiyasında vərəsəlik işi açıldığından İddiaçı müraciətini rəsmiləşdirmək mümkün olmamışdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2011-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1994-cü ildə vəfat etmişdir. İşə əlavə olunmuş Tovuz rayon İHB-nin Əsrik Cırdaxan kənd İƏD üzrə nümayəndəliyinin 342 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X9 2003-cü ildə vəfat etmiş, Əsrik Cırdaxan kənd qəbristanlığında dəfn olunmuşdur. İşə əlavə olunmuş Tovuz rayon İHB-nin Əsrik Cırdaxan kənd İƏD üzrə nümayəndəliyinin 361 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X9 2003-cü ildə vəfat etmiş, Əsrik Cırdaxan kənd qəbirstanlığında dəfn olunmuş, vəfatından qabaq həmin kənddə yaşamamış, qeydiyyatda olmamış, həyat yoldaşı və övladları olmamışdır. Məhkəmə araşdırılmaları zamanı müəyyən olundu ki, İddiaçı X4 ilə X11 birgə nikahlarından anadan olmuşdur. X4 xx.xx.2011-ci ildə, X16 xx.xx.1994-cü ildə vəfat etmişdir. İddia tələbində göstərilən əmlak tərəflərin qardaşı, mərhum X7 məxsusdur. Reyestr nömrəsi **********71 olan çıxarışa əsasən 0,03 ha torpaq sahəsindən 1/7 hissə mərhuma aiddir. X9 27 noyabr 2003-cü ildə vəfat etmişdir. O Rusiya Federasiyasında yaşamışdır. Tovuz rayon İHB-nin Əsrik Cırdaxan kənd İƏD üzrə nümayəndəliyinin 361 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X2 Cırdaxan kəndində qeydiyyatda olmamışdır və orada yaşamamışdır. Həmin arayışda məhz onun Əsrik Cırdaxan kəndində həyat yoldaşı və övladlarının olmaması göstərilmişdir. Onun ailəli və ya övladının olubolmaması barədə məlumat məhkəməyə təqdim olunmamışdır. Tovuz regional ASAN xidmət mərkəzinin notariat ofisinin 26 avqust 2024-cü il tarixli məktubundan görünür ki, mərhum X5 qalmış miras əmlaka dair Rusiya Federasiyasında vərəsəlik işi açıldığından İddiaçı müraciətini rəsmiləşdirmək mümkün olmamışdır. Göründüyü kimi X6 vərəsələrinin müraciəti əsasında Rusiya Federasiyasında vərəsəlik işi açılmışdır. Bu da onu deməyə əsas verir ki, mərhumun birinci dərəcəli vərəsələri mirasın qəbulu barədə yaşayış yeri üzrə müvafiq orqana müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanı öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1149-cu maddəsinə əsasən, xaricdə daimi yaşamış Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun yaşadığı ölkə sayılır. İş materiallarına əlavə edilmiş Tovuz regional ASAN xidmət mərkəzinin notariat ofisinin 26 avqust 2024-cü il tarixli məktubundan görünür ki, mərhumun birinci dərəcəli vərəsələri Rusiya Federasiyasında mirasın qəbulu ilə bağlı müvafiq orqana müraciət etmiş və bu barədə vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinin birinci cümləsinə əsasən, ikinci növbədə ölənin bacıları və qardaşları sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göründüyü kimi iddiaçı mərhumun heç bir birinci dərəcəli vərəsəsi olmadığını iddia etsə də, Tovuz regional ASAN xidmət mərkəzinin notariat ofisinin 26 avqust 2024-cü il tarixli məktubundan görünür ki, mərhum X5 qalmış miras əmlaka dair Rusiya Federasiyasında vərəsəlik işi açılmışdır. Bu da onu deməyə əsas verir ki, mərhumun birinci dərəcəli vərəsələri vardır və onların mirasın qəbulu üçün qanunla müəyyən olunmuş qaydada müraciət etmiş və vərəsəlik işi açılmışdır. Mülki Məcəllənin 1243.3-cü maddəsinin tələblərinə uyğun olaraq, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Ona görə də iddia əsassız sayılmalı, təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsəasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üçün toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmuyuna qiymət verərək hesab edir ki, mərhum X6 reyestr nömrəsi **********71 olan çıxarışa əsasən 0,03 ha torpaq sahəsindən 1/7 hissəsinə tərəflərin paylarının müəyyən olunmasına dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavadehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 qarşı məhrum X5 miras qalmış 0,03 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsindən paylarının müəyyən olunmasına dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar