Məhkəmə qərarları › İş №2(062)-57/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-57/2023

03.05.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-57/2023 03.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı «X3 Şəbəkəsi» MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı «X3 Şəbəkəsi» MMC-nin Cavabdeh4 qarşı «330 kV 4 X4 Verilişi xəttinin 144-145-cı dayaqlar arasındakı mühafizə zonasının zəbtdən azad edilməsi üçün inşa edilən qeyri-qanuni tikilinin sökülməsi və ərazinin əvvəlki vəziyyətə gətirilməsi tələbinə» dair mülki işə Tovuz şəhərində 03 may 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X3 Şəbəkəsi” MMC Cavabdeh4 qarşı məhkəmədə iddia qaldıraraq 330 kV 4 X4 Verilişi xəttinin 144-145-cı dayaqlar arasındakı mühafizə zonasının zəbtdən azad edilməsi üçün inşa edilən qeyri-qanuni tikilinin sökülməsi və ərazinin əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “X3 Şəbəkəsi” MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, "xxxx" ASC-nin "xxxx" MMC-nin balansında və istismarında olan Tovuz rayonu Əyyublu kəndi ərazisindən keçən 330 kV-luq 4 Ağstafa hava xəttinin 144-145 saylı dayaqlar arasındakı mühafizə zonasında Tovuz rayon Əyyublu kənd sakini Cavabdeh4 tərəfindən qeyri-qanuni tikinti aparılmışdır. "xxxx" MMC xx.xx.2021-ci il tarixdə Cavabdeh4 xəbərdarlıq etmişdir. Eyni zamanda xx.xx.2019-cu il tarixdə 1-4/100 saylı məktubla tikintinin dayandırılması və yüksək gərginlikli hava elektrik verilişi xəttinin mühafizə zonasından çıxarılması üçün Tovuz rayon İcra Hakimiyyətinə və xx.xx.2019-cu il tarixdə 1-4/101 saylı məktubla tikintinin dayandırılması və yüksək gərginlikli hava elektrik verilişi xəttinin mühafizə zonasından çıxarılması üçün Tovuz rayon Bələdiyyəsinin sədrinə müraciət edilmişdir. Bu günədək Cavabdeh4 EVX-nin normal istismarını, qəza hallarında işlərin vaxtında aparılmasını çətinləşdirir və insan tələfatı ilə nəticələnən hadisələr baş verir. Qəzanın aradan qaldırılmaması regionun enerji ilə təchizatından məhrum olmasına və Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli 24 saylı Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində yerinə yetirilməsi nəzərdə tutulmuş planların həyata keçirilməsinə maneə törədir. Odur ki, 330 kV 4 X4 Verilişi xəttinin 144-145-cı dayaqlar arasındakı mühafizə zonasının zəbt olunmadan azad edilməsi üçün qeyri-qanuni tikilinin Cavabdeh4 hesabına sökülərək ərazinin əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh4 və üçüncü şəxslər Tovuz rayon İcra Hakimiyyətinə, Tovuz rayon Bələdiyyəsinə və "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, cavabdeh və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara əsasən qismən təmin edilməlidir. İşə əlavə olunmuş 17 mart 2023-cü il tarixli 10/8245 nömrəli ekspertiza rəyindən görünür ki, Tovuz rayonu Əyyublu kəndində Cavabdeh4 6,10 metr uzunluğunda 4,0 m enində yardımçı tikilinin həmin ərazidən keçən 330 kv 4 X4 Veriliş xəttinin 144-145-ci dayaqlar arasındakı elektrik xəttin mühafizə zolağına bütövlükdə düşdüyü müəyyən edilir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Azərenerji” ASC-nin "xxxx" MMC-nin balansında və istismarında olan Tovuz rayonu Əyyublu kəndi ərazisindən keçən 330 kV-luq 4 Ağstafa hava xəttinin 144-145 saylı dayaqlar arasındakı mühafizə zonasında Tovuz rayon Əyyublu kənd sakini Cavabdeh4 tərəfindən qeyri-qanuni tikinti aparılmışdır. "xxxx" MMC xx.xx.2021-ci il tarixdə Cavabdeh4 xəbərdarlıq etmişdir. Həmçinin 17 mart 2023-cü il tarixli 10/8245 nömrəli ekspertiza rəyindən görünür ki, Tovuz rayonu Əyyublu kəndində Cavabdeh4 6,10 metr uzunluğunda 4,0 m enində yardımçı tikilinin həmin ərazidən keçən 330 kv 4 X4 Veriliş xəttinin 144-145-ci dayaqlar arasındakı elektrik xəttin mühafizə zolağına bütövlükdə düşdüyü müəyyən edilir. Ona görə də məhkəmə hesab edir ki, iddianın 144-145-ci dayaqlar arasındakı mühafizə zonasındakı qeyri-qanuni tikilinin Cavabdeh4 hesabına sökülməsi tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” 06 iyun 2007-ci il tarixli, 586 saylı Fərmanı ilə 2.7-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət müəssisə və təşkilatlarının rəhbərlərinə sərəncamlarında olan dövlət əmlakının və onun yerləşdiyi torpaq sahələrinin qorunub saxlanmasını təmin etməkləri, Dövlət Xidmətinin razılığı olmadan dövlət müəssisə və obyektlərinin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və digər quraşdırma işlərinin aparılmasına yol verməsinlər və bu sahədə mövcud pozuntuların aradan qaldırılması üçün qanunvericiliyə uyğun tədbir görməkləri tapşırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 saylı qərarı ilə “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizə qaydaları” və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları” təsdiq edilmişdir. Bu qaydalara əsasən, elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır və mühafizə zonaları müəyyən olunur. Həmin qərara əsasən hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fazası şəklində 330 Kv-luq yüksək gərginlikli hava xətlərinin mühafizə zonası 30 m məsafə ilə müəyyən edilir. Göründüyü kimi, 330 kV-luq hava xəttinin mühafizə zonası 30 metr təşkil etdiyinə baxmayaraq Cavabdeh4 30 metrlik mühafizə zonasının daxilində yaşayış evi inşa etmişdir. Qaydaların 7-ci bəndinə əsasən, torpaq sahələrində torpaq mülkiyyətçisi və ya istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə görə, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi olaraq 100 manat pul cavabdehdən tutulub iddiaçı təşkilata ödənilməlidir. Məhkəmənin təşəbbüsü ilə ekspertiza təyin olunduğundan Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən, 100 manat ekspertiza xərci Cavabdeh4 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, Tovuz rayonu Əyyublu kəndi ərazisindən keçən 330 kV 4 X4 Verilişi xəttinin 144-145-ci dayaqlar arasındakı mühafizə zonasında olan qeyri-qanuni tikili Cavabdeh4 hesabına sökülməli və ərazi əvvəlki vəziyyətə gətirilməli və ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə iclasında müəyyən edildi ki, tikintinin aparıldığı torpaq sahəsi, mühafizə zonasına düşmüş olsa belə, Cavabdeh4 mülkiyyətində olan torpaq sahəsinə aiddir. İşdə olan JN 1728A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Tovuz rayonu AİK-nin xx.xx.1997-ci il tarixli 13 saylı qərarı ilə Tovuz rayonu Aşağı Ayıblı kəndi ərazisində Cavabdeh4 və ailə üzvlərinə 0,12 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 saylı qərarı ilə “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizə qaydaları” nın 7-ci bəndinə əsasən, torpaq sahələrində torpaq mülkiyyətçisi və ya istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Bu hal onu deməyə əsas verir ki, cavabdeh qanunla müəyyən edilmiş qaydada həmin torpaq sahəsindən istifadə edə bilər. Həmin torpaq sahəsinin zəbt kimi göstərilməsi cavabdehin mülkiyyət hüquqlarını pozmaqla onun həmin sahədən istifadəsini məhdudlaşdırır ki, bu da onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarar. Ona görə də iddianın qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Tovuz rayonu Əyyublu kəndi ərazisindən keçən 330 kV 4 X4 Verilişi xəttinin 144- 145-cı dayaqlar arasındakı mühafizə zonasında qeyri-qanuni tikili Cavabdeh4 hesabına sökülsün. İddianın qalan hissəsi təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh4 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar