Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-593/2024 11.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh ARDNŞ Cavabdehnə (İB) qarşı “qaz borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh ARDNŞ Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X7 İstismar İdarəsinin Tovuz Xidmət sahəsi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş akt əsasında yaranmış 777 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X7 İstismar İdarəsi tərəfindən onun adına bildiriş və xəbərdarlıq göndərilərək bildirilmişdir ki, qazdan istifadəyə görə X8 Sahəsinə 777 manat ziyan dəymişdir. Bildirdi ki, həmin borcu ödəməsə təbii qazın təminatı dayandıralacaqdır. Yaşayış sahəsində yeni sayğac quraşdırılmışdır. Həmin sayğacı quraşdırdıqdan sonra Cavabdeh İB X8 sahəsi ******* saylı akt tərtib etmiş və onun köhnə sayğaca müdaxilə etdiyini bildirilmişdir. Lakin o həmin sayğaca heç bir müdaxilə etməmişdir. Tovuz Rayon Qaz İstismar İdarəsi tərəfindən yeni sayğac quraşdırıldıqdan sonra belə müəyyən etmişdirlər ki, onun köhnə sayğaca müdaxiləsi olmuşdur. Lakin həmin müdaxilə ilə bağlı hər hansı bildiriş olmamışdır. Ona həmin sayğaca müdaxilə etməyi ilə bağlı hansısa bir rəsmi xəbərdarlıq bildirilməmişdir. Sayğaca müdaxilə olunub-olunmaması müəyyən edilmədən, olunduğu halda həmin müdaxilənin o və ya başqa şəxs tərəfindən olunub-olunmaması müəyyən edilməmişdir. Məhkəmə araşdırılması zamanı aşağıda sadalanan sənədlərə istinad edilmişdir: Belə ki, iş materiallarında olan X5 İstismar İdarəsi tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinə vurulan zavod plastmas plomblardan biri üzərində aşkar olmuşdur. Sayğac istismara istismara yararsızdır. xx.xx.2023-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 6480 kub.metr qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə tədqiq olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasmın Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafıəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafıəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11 bənd 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 87 saylı qərarının 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli “Qazdan istifadə Qaydalarının” təsdiq edilməsi haqqında 80 saylı qərarı: 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2- ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.2 iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi 1,000 manatadək olduqda 51,10 manat məbləğində dövlət rüsumu tutulur. Maddə 9.1.5 istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Şəmkir RQİİ-nin əməkdaşları tərəfindən Tovuz rayonu Düz Qaırıqlı kəndində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinə vurulan zavod plastmas plomblardan biri üzərində aşkar olunmuş, bu barədə akt tərtib olunmuş və sayğac müayinəyə göndərilmişdir. Akt əsasında abonentə 777 manat cərimə hesablanmışdır. Qanunvericiliyin yuxarıda istinad edilən normalarının tələblərinə görə, küçədə yerləşən sayğaca müdaxilənin istehlakçının, hazırkı halda İddiaçı təqsirli hərəkəti ilə baş verməsi sübut olunmalıdır ki, bunun nəticəsində akt əsasında ona cərimə hesablansın. Lakin, həmin qüsurların məhz İddiaçı müdaxiləsi nəticəsində baş verməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa qeyd olunmalıdır ki, hazırkı halda qaz paylayıcı tərəfindən sayğacın qanunvericiliyin tələblərinə uyğun olaraq üzərində olan plombun kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsi də təsdiqini tapmır ki, belə olan halda istehlakçı müdaxiləyə görə cavabdehlik daşıya bilməz. Daha sonra qeyd olunmalıdır ki, mövcud qanunverciliyin tələbləri və təlimatlara əsasən, cavabdehin əməkdaşları tərəfindən mütəmadi olaraq sayğaclara texniki baxış keçirilir, borc mövcud olduqda bu barədə istehlakçılara məlumat verilir, hər hansı müdaxilə olduqda isə müvafiq akt tərtib edilir. Həmin ünvana son baxışın hansı tarixdə keçirilməsini təsdiq edən hər hansı sübut müəyyən olunmur. Belə olan halda istehlakçıya hansı əsasla 90 gün əsas götürülməklə cərimənin hesablanması da əsaslandırılmamışdır. Sayğaca müdaxilənin istehlakçı tərəfindən baş verməsi sübut edilmədiyindən sayğacın dəyərinin ödənilməsi də cavabdehə aid edilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İddia təmin edildiyindən ödənilməli olan dövlət rüsumu 30 manat cavabdehdən dövlət büdcəsi xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı adına Cavabdeh tərəfindən hesablanmış 777 manat pul əsassız hesab edilərək İddiaçı hesabından silinsin. 30 (otuz) manat Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov İş № 2(062)-593/2023 TOVUZ RAYON MƏHKƏMƏSİ QƏRARDAD (Mülki işin məhkəmə baxışına təyin edilməsi haqqında ) 28 fevral 2024-cü il Tovuz şəhəri Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh ARDNŞ Cavabdehnə (İB) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə işi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edərək Azərbaycan Respublikasının MPM-nin 171-ci maddəsini rəhbər tutub QƏRARA ALDİ:
1. İddiaçı X1 Cavabdehnə (İB) qarşı “cərimənin silinməsi” tələbinə dair” mülki işin məhkəmə baxış iclasında baxılması 12 mart 2024-cü il tarixə saat 12:00-a Tovuz rayon Məhkəməsinin binasına təyin edilsin.
2. Məhkəmə iclasına:
a) İddiaçı X4 ,
b) Cavabdeh Azəriqaz” İstehsalat birliyinin nümayəndəsi dəvət edilsinlər.
3. İşə tərəflərin iştirakı ilə baxılsın.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilsin.
Hakim Zaur Hünmətov
İş № 2(062)-791/2024 BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ MƏHKƏMƏ HAZİRLİQ İCLASİNİN PROTOKOLU Tovuz Rayon Məhkəməsi
Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 cavabdeh ARDNŞ Cavabdehnə (İB) qarşı “cərimənin silinməsi” tələbinə dair mülki işə Tovuz şəhərində 28 fevral 2024-cü il tarixdə saat 11:00-da açıq məhkəmə hazırlıq iclasında baxılır. Sədrlik edən məhkəmə hazırlıq iclasını açır və baxılacaq işi elan edir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, iddiaçı X3 məhkəmə iclasına gəlmişdir. Cavabdeh Azəriqaz” İstehsalat birliyinə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən Azərbaycan Respublikası Mülki Prossesual Məcələsinin 179.2-ci maddəsinə əsasən iddiaçının şəxsiyyətini müəyyənləşdirir.
İddiaçı: X3 – XX.XX.1952-cı il tarixidə anadan olmuş, Tovuz rayonu Əlibəyli kəndində qeydiyyatda olmaqla yaşayan.
Sədrlik edən hakimi və məhkəmə iclas katibini elan edir. Sədrlik edən: - Hünmətov Zaur Adil oğlu Məhkəmə iclas katibi: - Həmzəli Nərminə Ruslan qızı Sədrlik edən məhkəmə hazırlıq iclasınında iştirak edən iddiaçıya hakimə və məhkəmə iclas katibinə etiraz etmək hüququ olduğunu izah edir. Etiraz daxil olmadı. Sədrlik edən iddiaçıya müəyyən olunmuş işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən iddiaçıya vəsatət və dəlilərinə etiraz etmək, məhkəmə qərarlarında şikayət etmək hüquqlarını və mülki məhkəmə icraatı barədə qanunvericilikdə nəzərdə tutulan, icra olunmaması nəticə yarada bilən prosessual vəzifələrini izah edir. İddiaçı: - Hüquq və vəzifələrim mənə aydındır. Sədrlik edən məhkəmə iclasını cavabdeh Azəriqaz” İstehsalat birliyinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi barədə iddiaçının fikrini soruşur. Etiraz daxil olmadı. Məhkəmə yerində qısa müşavirə edərək qərara aldı: Məhkəmə iclası cavabdeh Azəriqaz” İstehsalat birliyinin nümayəndəsinin iştirakı olmadan keçirilsin. Sədrlik edən Azərbaycan Respublikasının MPM-nin 184-ci maddəsinə əsasən iddiaçıya işin və mübahisənin vəziyyətini müzakirə edir, ondan bütün sübutları təqdim edibetməməsinin aydınlaşdırır və vəsatətinin olub-olmamasını soruşur. Vəsatət daxil olmadı. Sədrlik edən iddiaçıya izahat üçün söz verir.
İddiaçının izahatı:
İddia tələbimi müdafiə edərək bildidirəm ki, ARDNŞ Cavabdeh İB-nin əməkdaşları mənə məxsus olan Tovuz rayonu Əlibəyli kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğacın növbədən kənar dövlət yoxlaması adı ilə sökülüb götürülmüş, yerinə başqa sayğac quraşdırılmışdır. Sonradan isə mənə məlum olmuşdur ki, mənim evimdən sökülərək götürülmüş sayğacda sayğacın hesablama mexanizminin qapağının gövdədən aralanması aşkar olunmuş və bu səbəbdən də 3110,4 manat cərimə hesablanmışdır. Hesab edirəm ki, cavabdeh təşkilatın bu cür istehlakçı hüquqlarını kobudcasına pozması tamamilə qanunsuz və əsassızdır. Belə ki, cavabdeh təşkilatın nümayəndələri tərəfindən mənim evimə quraşdırılmış plomb vurulmuşdur. Sayğac sökülərək isə yenə həmin təşkilatın nümayəndələri tərəfindən sökülmüş və plomb onların özləri tərəfindən açılmışdır. Yəni mən ümumiyyətlə nə sayğaca nə də sayğacın plombuna müdaxilə etməmişəm. Odur ki, iddia tələbimin təmin edilməsini xahiş edirəm. Sədrlik edənin sualına cavab: - Xeyr, mən heç bir müdaxilə etməmişəm, - Bəli, vaxtı-vaxtında aylıq ödənişlərimi etmişəm, - Xeyr, sayğac çöldə yerləşir. Əlavə suallar daxil olmadı. Sədrlik edən işin icraatı barədə məlumat verir və iddia ərizəsinin məhkəməyə çıxarılması barədə işdə iştirak edən iddiaçının fikirini soruşur. İddiaçı: - iddianın məhkəmə baxışına çıxarılmasını xahiş edirəm. Sədrlik edən irəli sürülmüş tələb barədə iddiaçının fikirini soruşur. İddiaçı: - iddia tələbimi müdafiə edirəm. Sədrlik edən işi kifayət qədər hazırlanmış hesab etdiyindən işin məhkəmə baxışına təyin edilməsi haqqında qərardadı elan edir. Məhkəmə hazırlıq iclası bağlı elan edilir.
Sədrlik edən:
Katib:
İş № 2(062)-791/2023
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ MƏHKƏMƏ BAXİŞİ İCLASİNİN PROTOKOLU TOVUZ RAYON MƏHKƏMƏSİ
Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdehnə (İB) qarşı “cərimənin silinməsi” mülki işə 12 mart 2023-cü il tarixdə Tovuz şəhərində açıq məhkəmə iclasında baxılır. İclas saat 12:00-da açıldı. Sədrlik edən AR MPM-nin 178-ci maddəsinə əsasən məhkəmə baxışı iclasını açır və baxılacaq işi elan edir. Sədrlik edən məhkəmə iclas katibindən məhkəmə iclasında tərəflərin iştirak edibetməməsini soruşur: Katib məruzə edərək bildirir ki, məhkəmə iclasına iddiaçı X4 gəlmiş. Cavabdeh Azəriqaz” İstehsalat birliyinin nümayəndəsi məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 183-cü maddəsinə əssən iddiaçının Azərbaycan Respublikası MPM-nin 47-ci maddəsi ilə müəyyən olunmuş hüquq və vəzifələrni izah edir. İddiaçı: Hüquq və vəzifələrim mənə aydındır. Sədrlik edən cavabdeh Azəriqaz” İstehsalat birliyinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi barədə iddiaçının fikirini soruşur. Etiraz daxil olmadı. Sədrlik edən yerində müşavirə edərək qərara alır. Məhkəmə iclası cavabdeh Azəriqaz” İstehsalat birliyinin nümayəndəsinin iştirakı olmadan keçirilsin. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 184-cü maddəsinə əsasən iddiaçıya işin və mübahisənin vəziyyətini müzakirə edir, ondan bütün sübutları təqdim edib-etməməsini aydınlaşdırır və vəsatətinin olub-olmamasını soruşur. Vəsatət daxil olmadı. Sədrlik edən iddiaçıya izahat üçün söz verir:
İddiaçının izahatı:
Bildirirəm ki, Məhkəmə hazırlıq iclasında verdiyim izahatı müdafiə edirəm. Hər hansı əlavələrim və sübutlarım yoxdur. İddia tələbinin təmin edilməsinə dair qərar qəbul ediulməsini xahiş edirəm. Sədrlik edən işdə toplanmış sənədləri tədqiq edir. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 209-cu maddəsinə əsasən iddiaçıdan onun məhkəmə tədqiqatı materiallarını daha nə ilə tamamlamağı arzu etdiyini soruşur. Vəsatət verilmədi. Sədrlik edən iş üzrə halların tədqiqinin qurtardığını elan edir və məhkəmə çıxışlarına keçir. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 210-cu maddəsinə əsasən məhkəmə çıxışlarının başlandığını elan edir. Sədrlik edən məhkəmə çıxışları üçün tərəflərə söz verir İddiaçı: iddia tələbimi müdafiə edirəm. Sədrlik edən replikaların olub-olmamasını soruşur. Replika olmadı. Sədrlik edən iclas zalında iştirak edən iddiaçıya elan etməklə qətnamə çıxarılması üçün müşavirə otağına getdiyini bildirir. Məhkəmə müşavirə otağına gedir. Müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qətnaməni elan edir. Qətnamənin məzmununu, ondan şikayət vermə qaydasını və müddətini, protokolla tanış olmaq və ona qeydlər vermək hüquqlarını izah edir. Məhkəmə iclası bağlı elan olunur.
Sədrlik edən:
Katib: