Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-65/2023 28.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı bəxşiş müqaviləsinin ləğv edilməsi və vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı bəxşiş müqaviləsinin ləğv edilməsi və vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia qaldıraraq bəxşiş müqaviləsinin ləğv edilməsi və vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Surəti işə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli 2(062)-729/2019 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı bəxşiş müqaviləsinin ləğv edilməsi və vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə çıxarılmışdır. İşə əlavə olunmuş Gəncə Apelyasiya Məhkəməsinin 28 avqust 2019-ci il tarixli 2(104)- 3117/2019 saylı qətnaməsinə əsasən, Tovuz Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli 2(062)-729/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli 2(102)-1663/2020 saylı Qərarına əsasən, Gəncə Apelyasiya Məhkəməsinin 28 avqust 2019-cu il tarixli 2(104)-3117/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda həmin qərar qüvvədədir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı bəxşiş müqaviləsinin ləğv edilməsi və vəsiyyətnamənin etibarsız hesab edilməsi dair iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi eyni predmet barəsində, eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Azərbaycan Respublikası MPM-nin 261.0.2.-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Ona görə də hazırki iş üzrə eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmə qərarı mövcud olduğundan icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə qaytarılır. Ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.4, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı bəxşiş müqaviləsinin ləğv edilməsi və vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-65/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-65/2023
28.04.2023 · Müqavilələrin ləğv edilməsi - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver