Məhkəmə qərarları › İş №2(102)-650/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-650/2022

01.03.2022 · Müqavilələrin ləğv edilməsi - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-650/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Quliyeva Aynurə Fazil qızına və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-650/22 (Açar sözlər: bağışlama müqaviləsinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 avqust 2021-ci il tarixli, 2(103)-8023/2021 saylı qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti üzrə işə 01 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıd akıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh2 və digərlərinə qarşı iddia qaldıraraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi 29 “C” saylı evin 87 saylı mənzilinə dair X1 ilə Cavabdeh2 arasında notariat ofisində bağlanmış 21 may 2019-cu il tarixli bağışlama müqaviləsinin və həmin müqaviləyə əsasən verilmiş mülkiyyət hüququ haqqında 07 iyun 2019-cu il tarixli Çıxarışın ləğv edilməsi və onun məcburi payının həmin mənzilin hesabına artırılması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim V.M.Hacıyev) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəti cəni belə əsaslandırıb ki, 21 sentyabr 2004-cü il tarixdə Cavabdeh2 rəsmi nikah əsasında Movlaqulu Quliyevlə ailə qurub və onların birgə nikahından 05 dekabr 2009-cu il tarixdə Baladayı adlı bir övladları olub. "xxxx" MTK “kooperativ üzvlüyünə qəbulu və mənzillərin payçılar arasında bölünməsi haqqında” 02 dekabr 2006-cı il tarixli protokoldan çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Gənclik küçəsi 29 “C” saylı evin 87 saylı mənzili X3 Quliyevanın birgə nikahları dövründə əldə etdikləri vəsait hesabına 16.400 ABŞ dollarına Movlaqulu Quliyevin adına əldə edilib. "xxxx" MTK tərəfindən verilmiş 02 dekabr 2006-cı il tarixli maliyyə arayışına görə, Movlaqulu Quliyev sözügedən mənzilin payçısıdır və 16.400 ABŞ dolları pay haqqını 02 dekabr 2006-cı il tarixdə "xxxx" MTK tam məbləğdə ödəyib. Sözügədən mənzil 10 may 2019-cu il tarixli Çıxarışa əsasən dövlət reyestrində mülkiyyət hüququ üzrə Movlaqulu Quliyevin adına ilkin hüquqi qeydiyyatdan keçib. 21 may 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən Movlaqulu Quliyev xüsusi mülkiyyətində olan və birgə nikah dövründə əldə etdikləri sözügedən mənzili arvadı Cavabdeh2 bağışlayıb. Həmin bağışlama müqaviləsinə əsasən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb və bu barədə sonuncunun adına 07 iyun 2019-cu il tarixli Çıxarış verilib. Göründüyü kimi mübahisəli mənzil cavabdehin xüsusi mülkiyyətində olduğuna görə həmin mənzil mərhum Movlaqulu Quliyevdən miras qalmış əmlakın kütləsinə aid olmayıb və mənzil miras hesab edilmir. Belə ol an halda iddiaçı mənzilə dair bağışlama müqaviləsinin tərəfi olmadığına görə onun ləğv edilməsini tələb etmək üçün müvafiq subyektiv hüququ yoxdur. Ona görə də iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.4, 421.1, 666.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova sədrlik edən, məruzəçi, E.M.Həsənov və F.F.Babayev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bak ı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli qətnaməsi ləğv edilib, iddia qismən təmin edilərək, 21 may 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş 21 may 2019-cu il tarixli bağışlama müqaviləsi miras əmlak üzrə 1/6 məcburi pay hissəsində, habelə mənzilə dair Cavabdeh2 adına verilmiş 07 iyun 2019-cu il tarixli Çıxarış ləğv edilib, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi 29 “C” saylı evin 87 saylı mənzilinə dair 1/6 məcburi pay hissəsi müəyyən edilib və qalan hissədə iddia rədd olunub. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 21 sentyabr 2004-cü il tarixdə Cavabdeh2 rəsmi nikah əsasında Movlaqulu Quliyevlə ailə qurub və onların birgə nikahından 05 dekabr 2009-cu il tarixdə Baladayı adlı bir övladla rı olub. "xxxx" MTK “kooperativ üzvlüyünə qəbulu və mənzillərin payçılar arasında bölünməsi haqqında” 02 dekabr 2006-cı il tarixli protokoldan çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Gənclik küçəsi 29 “C” saylı evin 87 saylı mənzili X3 Quliyevanın birgə nikahları dövründə əldə etdikləri vəsait hesabına 16.400 ABŞ dollarına Movlaqulu Quliyevin adına əldə edilib. "xxxx" MTK tərəfindən verilmiş 02 dekabr 2006-cı il tarixli maliyyə arayışına görə, Movlaqulu Quliyev sözügedən mənzilin payçısıdır və 16.400 ABŞ dolları pay haqqını 02 dekabr 2006-cı il tarixdə "xxxx" MTK tam məbləğdə ödəyib. Sözügədən mənzil 10 may 2019-cu il tarixli Çıxarışa əsasən dövlət reyestrində mülkiyyət hüququ üzrə Movlaqulu Quliyevin adına ilkin hüquqi qeydiyyatdan keçib. 21 may 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən Movlaqulu Quliyev xüsusi mülkiyyətində olan və birgə nikah dövründə əldə etdikləri sözügedən mənzili arvadı Cavabdeh2 bağışlayıb. Həmin bağışlama müqaviləsinə əsasən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb və bu barədə sonuncunun adına 07 iyun 2019-cu il tarixli Çıxarış verilib. Birinci instansiya məhkəməsi iddianı rədd etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, mirası qoyan Movlaqulu Quliyev mənzili arvadı Cavabdeh2 bağışlasada məcburi paya hüququ olan anası İddiaçı sözügedən bağışlanmış mənzil mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb etmək hüququ əmələ gəlib. Məcburi payın tamamlanm ası tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olması tələb olunur: birincisi, tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalıdır; ikincisi, əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalıdır; üçüncüsü, əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməlidir; habelə həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Göründüyü kimi, mənzilə dair X3 Quliyeva arasında sözügedən bağışlama müqaviləsi bağlanarkən iddiaçının, yəni mərhum Movlaqulu Quliyevin anası olmaqla birinci növbəli vərəsə kimi iddiaçının məcburi payın tamamlanmasını tələb etmək hüququ pozulub. Çünki, mənzilə dair bağışlama müqaviləsi bağlanarkən həmin mənzil vərəsəlik hüququ ilə yüklü olub. Eyni zamanda mənzilin cavabdehin v ə onun mərhum əri Movlaqulu Quliyevlə birgə nikahları dövründə əldə edilməsi işin mübahisə olunmayan halıdır və həmin mənzilin ½ hissəsi cavabdehin ayrıca mülkiyyəti hesab edilir. Digər ½ hissəsinə isə mərhum Movlaqulu Quliyevin üç vərəsəsinin, yəni, anası, arvadı və övladının vərəsəlik hüquqları vardır. Belə olan halda, iddiaçının mənzildə məcburi payının tamamlanmasını tələb etdiyi hissə 1/6 payı təşkil edir. Ona görə də iddia qismən təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1193, 1200, 1243.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlil ləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilib, iddianın bütövlükdə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respubl ikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 1159-cu maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırla r. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1200-cü maddəsinə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlar dan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onla ra qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdır ması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və cavabdehin kassasiya şikayətinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya də yişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 21 sentyabr 2004-cü il tarixdə Cavabdeh2 rəsmi nikah əsasında Movlaqulu Quliyevlə ailə qurub və onların birgə nikahından 05 dekabr 2009-cu il tarixdə Baladayı adlı bir övladları olub. "xxxx" MTK “kooperativ üzvlüyünə qəbulu və mənzillərin payçılar arasında bölünməsi haqqında” 02 dekabr 2006-cı il tarixli protokoldan çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Gənclik küçəsi 29 “C” saylı evin 87 saylı mənzili X3 Quliyevanın birgə nikahları dövründə əldə etdikləri vəsait hesabına 16.400 ABŞ dollarına Movlaqulu Quliyevin adına əldə edilib. "xxxx" MTK tərəfindən verilmiş 02 dekabr 2006-cı il tarixli maliyyə arayışına görə, Movlaqulu Quliyev sözügedən mənzilin payçısıdır və 16.400 ABŞ dolları pay haqqını 02 dekabr 2006-cı il tarixdə "xxxx" MTK tam məbləğdə ödəyib. Sözügədən mənzil 10 may 2019-cu il tarixli Çıxarışa əsasən dövlət reyestrində mülkiyyət hüququ üzrə Movlaqulu Quliyevin adına ilkin hüquqi qeydiyyatdan keçib. 21 may 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən Movlaqulu Quliyev xüsusi mülkiyyətində olan və birgə nikah dövründə əldə etdikləri sözügedən mənzili arvadı Cavabdeh2 bağışlayıb. Həmin bağışlama müqaviləsinə əsasən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb və bu barədə sonuncunun adına 07 iyun 2019-cu il tarixli Çıxarış verilib. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi ə saslandırma ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblər ini əsası tutub qeyd etmişdir ki, mərhum Movlaqulu Quliyev öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəst olsa da, vərəsəlik hüququ ilə məhdudlaşdmış sözügedən mənzili bütövlükdə arvadı Cavabdeh2 bağışlayarkən qeyd olunan maddələrin tələbləri pozulub. Mülki Məcəllənin 1159-cu maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarı sını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1200-cü maddəsinə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Yəni, mirası qoyan Movlaqulu Quliyev mənzili arvadı Cavabdeh2 bağışlasada məcburi paya hüququ olan anası İddiaçı sözügedən bağışlanmış mənzil mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb etmək hüququ əmələ gəlib. Belə ki, sadalanan normaların mənasına görə, məcburi payın tamamlanması tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olması t ələb olunur: birincisi, tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalıdır; ikincisi, əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalıdır; üçüncüsü, əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməlidir; habelə həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Göründüyü kimi, mənzilə dair X3 Quliyeva arasında sözügedən bağışlama müqaviləsi bağlanarkən iddiaçının, yəni mərhum Movlaqulu Quliyevin anası olmaqla birinci növbəli vərəsə kimi iddiaçının məcburi payın tamamlanmasını tələb etmək hüququ pozulub. Çünki, mənzilə dair bağışlama müqaviləsi bağlanarkən həmin mənzil vərəsəlik hüququ ilə yüklü olub. Eyni zamanda mənzilin cavabdehin və onun mərhum əri Movlaqulu Quliyevlə birgə nikahları dövründə əldə edilməsi işin mübahisə olunmayan halıdır və həmin mənzilin ½ hissəsi cavabdehin ayrıca mülkiyyəti hesab edilir. Digər ½ hissəsinə isə mərhum Movlaqulu Quliyevin üç vərəsəsinin, yəni, anası, arvadı və övladının vərəsəlik hüquqları vardır. Belə olan halda, iddiaçının mənzildə məcburi payının tamamlanmasını tələb etdiyi hissə 1/6 payı təşkil edir. Cavabdeh kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin işə baxırkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, mənzilə dair bağışlama müqaviləsinin ləğv edilməsi üçün qanuni əsasların olmadığını, bağışlama müqaviləsinin bağlandığı tarixdən iki ildən artıq vaxt keçdiyini və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təq dim etməyib. Halbuki, Mülki Proessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Əksinə, işdən görünür ki, mübahisəli mənzilə dair bağışlama müqaviləsi bağlanarkən həmin mənzil mərhum Movlaqulu Quliyevin anası İddiaçı vərəsəlik hüququ ilə məhdudlaşmış olub və sonuncunun həmin mənzilin hesabına məcburi payının tamamlanmasını tələb etməsi üçün Mülki Məcəllənin 1200-cü maddəsində nəzərdə tutulan qanuni əsaslar əmələ gəlib və mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il müddət keçməyib. Yəni, hədiyyənin hesaba alınmaması üçün qanuni əsaslar olmayıb. Belə ki, mənzil 21 may 2019-cu il tarixdə Movlaqulu Quliyev tərəfindən arvadı Cavabdeh2 bağışlanıb, Movlaqulu Quliyevin 23 aprel 2020-ci il tarixdə ölməsi ilə isə ondan mir as qalmış mənzilə vərəsəlik açılıb. Göründüyü kimi, mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il müddət keçməyib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iddianı qismən təmin etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 avqust 2021-ci il tarixli, 2(103)-8023/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar