Məhkəmə qərarları › İş №2(1-8)-487/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-487/2026

30.04.2026 · Müqavilələrin ləğv edilməsi - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-487/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı, müstəqil tələblər irəli sürən üçüncü şəxslər X qızı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs1 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik, məcburi pay) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 12, ** saylı mənzil tam mülkiyyət hüququ üzrə X6 adına qeydiyyata alınmışdır;

3. X6 ##.##.2022-ci il tarixdə, X2 (ikinci həyat yoldaşı) ##.##.2020-ci il tarixdə vəfat etmişlər;

4. X qızı, cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs1 X6 qalan miras əmlakın onlara çatası payından ##.##.2022-ci il tarixdə cavabdeh1 xeyrinə imtina etmişlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1268-ci maddəsi onlara izah olunmuşdur;

5. ##.##.2023-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ilə İddiaçı Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 37, ** saylı mənzilə dair ##.##.2022-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi kimi tanınmış və həmin əmlakdan 1/5 hissədə payı müəyyən edilmişdir;

6. ##.##.2023-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ilə cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 37, ** saylı mənzilə dair ##.##.2022-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi kimi tanınmış və həmin əmlakdan 4/5 hissədə payı müəyyən edilmişdir;

7. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin *-**-**/*-**/****-*/**** saylı ##.##.2023-cü il tarixli ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən (Çıxarış № *******) torpaq sahəsinin 0,12 ha təşkil etməsini nəzərə alaraq həmin torpaq sahəsinin üzərindəki əmlaklarla hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 43.000 manat məbləğində müəyyən olunur;

8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli məktubuna əsasən ünvan 1 ünvanında olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,89 ha torpaq sahəsi ##.##.2022-ci il tarixdə cavabdeh1 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir, onun adına Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir;

9. İddiaçı ##.##.2023-cü il tarixdən etibarən ünvan 3 ünvanında qeydiyyatdadır;

10. “xxxx” ASC və “xxxx” ASC-nin məktublarına əsasən X6 adına həmin banklarda bank hesabı və depozit qutusu mövcud deyil;

11. X6 ##.##.2022-ci il tarixdə mülkiyyətində olan ünvan 1ndə yerləşən 0.12 ha torpaq sahəsindən 0,031 ha hissəni cavabdeh2, 0,089 ha hissəni cavabdeh1 bağışlamışdır;

12. ##.##.2022-ci il tarixli Təsis payının bağışlanması müqaviləsi ilə X6 “xxxx” Kiçik Müəssisəsinin təsis payının (dəyəri 1 manat) 85%-ni cavabdeh2, 15%-ni cavabdeh1 bağışlamış və bu dövlət reyestrində qeydiyyata alınmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

13. Iddiaçı iddia ərizəsi və tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X qızı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs1 iş üzrə iddiaçı tərəfindən maraqlı şəxs qismində cəlb edilmələrini, mərhum ataları oğlunun ##.##.2022-ci ildə vəfat edənə kimi onun mülkiyyətində olan və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi nəzdində DƏDRX-nin Bakı şəhəri Ərazisi Idarəsində dövlət reyestrində *** nömrəli reyestr kitabında ***** nömrəli vərəqində qeydə alınmış, Seriya MH ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri Xətai rayonu, General Şıxlinski, küçəsi, ev 37, ** saylı mənzilindən, ##.##.1994-cü ildə hüquqi şəxslərin dövlət qeydiyyatında qeydə alınmış “xxxx” kiçik müəssisəsi (VÖEN 2000050661) əmlakdan, Astara rayonun Pensər kəndində 0,12 ha. torpaq sahəsi və onu üzərində inşa edilmiş ümumi sahəsi 100 kv.m. olan fərdi yaşayış evindən və 200 kv.m. fərdi yaşayış evindən, “xxxx” ASC-nin hesabından çıxarılan 5.500 manat və “xxxx” QSC-dən çıxarılan 32.500 manat pul vəsaitindən onlara çatan məcburi payın müəyyən edilməsi və cavabdehlər cavabdeh2 və cavabdeh1 alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Iddia tələbi onunla əsaslandırılmışdır ki, miras qoyan X3nun ##.##.2022-cı il tarixdə ölümündən sonra onun mülkiyyətində olan Bakı şəhər, Xətai rayonu, General Şıxlinski küçəsi, ** saylı evin ümumi sahəsi 68.22 kv.metr yaşayış sahəsi 46.62 kv.metrdən ibarət 3 otaqlı ** saylı mənzili, “xxxx” kiçik müəssisəsinin əmlakı, Astara rayonunun Pensər kəndində 0.12 ha həyətyanı torpaq sahəsi və onun üzərində ümumi sahəsi 100 kv.metr olan fərdi yaşayış evi miras qalmışdır. Miras qoyanın ölümündən sonra birinci növbə vərəsələr kimi atasının birinci nikahından ögey qardaş və bacısı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs1, X qızı, ikinci nikahından o, doğma qardaşları cavabdeh2 və cavabdeh1 vərəsə olmuşlar, atalarının ikinci nikahdan arvadı, anası X2 miras qoyanın ölümündən əvvəl, yəni ##.##.2020-ci il tarixdə vəfat etmişdir. Rəhilə Cəfərzadənin ölümündən sonra onun X6 ilə birgə nikah müddətində əldə edilmiş ümumi birgə mülkiyyətdə olan əmlakda Rəhilə Cəfərzadəyə aid olan hissəsində vərəsəlik açılmış və bununla bağlı Bakı şəhəri ** saylı Notariat Ofisinə müraciət edilmişdir, o və hazırkı iş üzrə cavabdehlər cavabdeh2 və cavabdeh1 həmin Notariat ofisində vərəsəlik iş üzrə hər birinə R.Cəfərzadədən qalan miras payından ataları nin xeyrinə imtina etmişlər, anasından ona çatacaq miras payından atası ın və qardaşları tərəfindən ona göstərilən təzyiqlər, hədəqorxular, hətta insan ləyaqətini alçaldan təhqirlərdən sonra yazmışdır, atası və in ona olan təzyiqlərinə dözməyərək pis vəziyyətə düşdüyünü və onun imtina barədə ərizə yazmağını xahiş etmiş, atasının yüksək şəkərli diabet və təzyiq xəstəsi, ürəyində problemin olduğuna və onun ölmə ehtimalını nəzərə alaraq o, payından imtina barədə ərizə yazmağa məcbur olmuşdur, bundan sonra o, və in əsil niyyətlərini – atalarını pis vəziyyətə saldıqlarını gördükdə ** saylı Notariat Ofisinə verdiyi imtina barədə ərizəni geri götürməyi barədə müraciət etmiş, lakin ona izah edilmişdir ki, miras paydan imtina barədə ərizənin geri götürülməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Atasının ölümündən sonra ona məlum olmuşdur ki, cavabdehlər X6 ağır vəziyyətdə olduğunu, öz hərəkətlərinin nəticəsini dərk etmək iqtidarında olmadığından sui-istifadə edərək mülkiyyətində olan əmlakları öz adlarına bağışlama müqaviləsi əsasında keçirilməsinə məcbur edərək nail olmuşlar, bundan başqa, cavabdehlər X6 ilə Rəhilə Cəfərzadənin birgə nikah müddətində əldə edilmiş və sonuncunun “xxxx” ASC-nin bank hesabında olan 5500 manat və "xxxx” QSC-də olan 32.500 manat pul vəsaitini çıxararaq mənimsəmişlər. Atasının ölümündən sonra o, qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün Bakı şəhəri * saylı “Asan Xidmət” Mərkəzinin notariat ofisinə ərizə ilə müraciət etmiş və həmin vaxt ona məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ** saylı evin ümumi sahəsi 68.22 kv.metr yaşayış sahəsi 46.62 kv.metrdən ibarət 3 otaqlı ** saylı mənzilindən başqa digər əmlaklar miras kütləyə daxil edilməmişdir, o, atasının miras qoyduğu Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ** saylı evin ** saylı mənzilində miras payını almış, lakin miras kütləyə daxil olan digər əmlaklarla bağlı cavabdehlərin qanunsuz əməlləri nəticəsində ona çatan payından məhrum olmuşdur, belə ki: Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş Idarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Idarəsinin ## #### 2023-cü il tarixli məktubuna əsasən “xxxx” kiçik müəssisəsinin (VÖEN 2000050661) əmlakının 8596 cavabdeh2, 1596-İ isə cavabdeh1, Astara rayonunun Pensər kəndində 0.12 ha həyətyanı torpaq sahəsi və onun üzərində ümumi sahəsi 100 kv.metr olan fərdi yaşayış evi bağışlama yolu ilə cavabdehlərin adına keçirilmişdir. Obyektin dəyəri 4 milyondur. Ondan əlavə Verginin sənədi var, bir il ərzində 30 min pul qazanır, əlavə qeyri-rəsmi 50 min qazanırlar həmin obyektdən, eyni zamanda 37 min manat bankda pul olub, ona 7 min manat pul çatmalıdır, kənddəki evin qiyməti 100 min manat olmalıdır, ona 20 min çatmalıdır. xxxx müəssisəsi qiymətləndirilə bilmirlər, 99 illik icarəyə götürülüb. Üzərindəki obyektlər də sənədsizdir. Sənədləşəndə onlar satışa gedə bilər. Bu gün ora sənədi olmadan işləyir. Orada 40-50 otaq var məişət xidməti görür. Sonuncu dəfə 4 milyon idi. Banklardakı pulu 2021-ci ilin avqustunda atası çıxardıb. Buna görə də, həmin əmlaklar hesabına onun payı tamamlanmalıdır.

15. X qızı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs1 ## ###### 2025-ci il tarixdə müstəqil tələb irəli sürən üçüncü şəxs qisminə cəlb edilmişlər. Onlar ##.##.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişlər ki, mərhum ataları oğlu ##.##.2022-ci ildə vəfat edənə kimi onun mülkiyyətində olan və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi nəzdində DƏDRX-nin Bakı şəhəri Ərazisi Idarəsində dövlət reyestrində *** nömrəli reyestr kitabında ***** nömrəli vərəqində qeydə alınmış, Seriya MH ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri Xətai rayonu, General Şıxlinski, küçəsi, ev 37, ** saylı mənzilindən, ##.##.1994-cü ildə hüquqi şəxslərin dövlət qeydiyyatında qeydə alınmış “xxxx” kiçik müəssisəsi (VÖEN 2000050661) əmlakdan, Astara rayonun Pensər kəndində 0,12 ha. torpaq sahəsi və onu üzərində inşa edilmiş ümumi sahəsi 100 kv.m. olan fərdi yaşayış evindən və 200 kv.m. fərdi yaşayış evindən, “xxxx” ASC-nin hesabından çıxarılan 5500 manat və “xxxx” QSC-dən çıxarılan 32500 manat pul vəsaitindən onlara çatan məcburi payın müəyyən edilməsi və cavabdehlər cavabdeh2 və cavabdeh1 alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

16. Iddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum ataları oğlu ##.##.2022-ci ildə vəfat edənə kimi onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski, küçəsi, ev 37, ** saylı mənzil, həmçinin “xxxx” kiçik müəssisəsi (VÖEN 2000050661) əmlak, Astara rayonun Pensər kəndində 0,12 ha. torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 100 kv.m. olan fərdi yaşayış evindən və “xxxx” ASC-nin hesabından çıxarılan 5500 manat və “xxxx” QSC -dən çıxarılan 32500 manat pul vəsaiti olmuşdur. oğlu iki dəfə ailə qurmuş və iki nikahından onun 5 övladı olmuşdur. X5 və anaları X4 ilə birgə nikahından - mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs1 X qızı Bakı şəhərində anadan olmuş. Həmçinin ataları, başqa bir qadınla X2 yaşamış və onların 3 övladları olmuşdur. 1974-cü il təvəllüdlü X, c qızı, 1980-cı ildə cavabdeh2 və 1983-cı il təvəllüdlü cavabdeh1 anadan olmuşdur. Beləliklə ataları oğlunun hər iki nikahdan 5 övladı olmuşdur: o, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs1, X qızı, cavabdeh1, X1, İddiaçı. X3 08.08.202-ci ildə vəfat edənə kimi onun adına avtomobil, daşınmaz əmlak mənzil , Şadlıq evi və.s. olmuşdur. Atası vəfat edəndən sonra Notariat kontorunda Vərəsəlik işi açılmış və onlar beş bacı-qardaş hamısı qanuni vərəsə kimi qeydiyyatdan keçmişlər, o zaman qardaşı cavabdeh1 bacıqardaşlara bildirmişdir ki, atadan qalmış miras əmlakın onun adına bir vərəsəlik şəhadətnaməsi yazılsın və o da öz növbəsində ata mülkünü sataraq onun hər birinə 100.000 (yüz min) manat pul ödəyəcəkdir. Ona görə razılaşmış və Notariat ofisində ərizə yazaraq miras paydan in xeyrinə imtina barədə ərizə yazmışlar, lakin sonradan nə cavabdeh1 nə də cavabdeh2 öz üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiyi üçün məcbur olub məhkəməyə müraciət etmişlər. Mübahisəli işin məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, cavabdehlər atası xəstə olduğu və özünü dərk etmək iqtidarına malik olmadığı zaman atalarını aldatmış və vəfat etməmişdən bir neçə gün əvvəl onun adına olan əmlakları bağışlama qaydası ilə cavabdehlərin adına keçirmişdir.

17. Məhkəmə iclasında iştirak edən cavabdehlər cavabdeh2 və cavabdeh1 iddia ərizəsinə etiraz edərək iddia tələbinin rədd edilməsini xahiş etmişlər.

18. Birinci instansiyası məhkəməsinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsinə dair ## ######## 2024-cü il tarixli qərardadı əsasında verilmiş “xxxx” MMC-nin ** saylı ##.##.2024-cü il tarixli mütəxəssis rəyi ilə ünvan 2 ünvanında yerləşən əmlak kompleksinin orta bazar dəyəri 1.345.500 manat, likvid dəyəri isə 1.145.500 manat müəyyən edilmişdir.

19. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh2 1118 (min yüz on səkkiz) manat və cavabdeh1 3182 (üç min yüz səksən iki) manat 10 (on) qəpik alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, cavabdeh2 və cavabdeh1 ödənilmiş dövlət rüsumunun əvəzi qismində ümumilikdə 63 manat alınaraq İddiaçı ödənilməsi, üçüncü şəxslər qızı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs1 iddia tələblərinin təmin edilməməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs1 tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir (hakim Şəhriyar Əliyev).

20. Birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X qızı, cavabdeh2, cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs1 və İddiaçı X6 uşaqları olmaqla birinci dərəcəli vərəsələridirlər, X6 ##.##.2022-ci il tarixdə ölmüşdür, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 12, ** saylı mənzilə dair mərhum mülkiyyət hüququ müvafiq dövlət reyestrində qeydiyyata alınmışdır, mülkiyyətçinin ##.##.2022-ci il tarixdə ölməsi ilə miras açılmışdır, miras açıldıqdan sonra ##.##.2022-ci tarixdə X qızı, cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs1, X6 qalan miras əmlakın onlara çatası payından cavabdeh1 xeyrinə imtina etmişlər, mirasın qəbulundan imtina qanunvericiliklə müəyyən edilmiş üç aylıq müddət ərzində verilmişdir, bundan sonra * saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş Vərəsəlik hüququ haqqında Şəhadətnamələrə əsasən, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 12, ** saylı mənzil üzərində cavabdeh1 - 4/5 hissədə, İddiaçı - 1/5 hissədə payı müəyyən olunmuşdur. X7 ##.##.2022-ci il tarixdə mülkiyyətində olmuş ünvan 1 kəndində yerləşən 0,12 ha torpaq sahəsindən 0,031 ha hissəni cavabdeh2, 0,089 ha hissəni cavabdeh1, “xxxx” Kiçik Müəssisəsinin təsis payının (dəyəri 1 manat) ##.##.2022-ci il tarixdə 85%-ni cavabdeh2, 15%-ni cavabdeh1 bağışlamışdır, hazırda iddiaçı məcburi pay hüququ olan əmlaklar hesabına payının tamamlanmasını, üçüncü şəxslər isə məcburi paylarının müəyyən edilməsi və ayrılaraq onlara verilməsini tələb edirlər.

21. Məhkəmə İddiaçı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, o, birinci növbəli vərəsə kimi onun ünvan 1ndə yerləşən 0,012 ha torpaq sahəsi ilə “xxxx” Kiçik Müəssisəsi miras qoyan tərəfindən üçüncü şəxslərə (cavabdeh1 və cavabdeh2) bağışlanmış əmlakdan qanun üzrə vərəsəlik zamanı ona çatası məcburi payın 1/10 (yarısının 1/5-i) hissəsinin dəyəri həddində məcburi payın tamamlanmasını tələb etmək hüququ da vardır. Məhkəmə, İddiaçı tamamlanmalı olan payının məbləğini müəyyən edərkən, ünvan 1 ünvanında olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsinin qiymətinin */**** saylı ##.##.2023-cü il tarixli ekspert rəyi əsasında 43.000 manat və “xxxx” Kiçik Müəssisəsinin nizamnamə kapitalının 1 manat olmasını nəzərə alır. Belə olan halda məhkəmə hesab etmişdir ki, həmin əmlakların ümumi dəyərinin (43001 manat) 1/10 hissəsini təşkil edən 4300,1 manat cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir.

22. Məhkəmə, iddiaçının tamamlanmalı olan payının hansı cavabdehdən və hansı məbləğdə tutulmasına münasibətdə qeyd etmişdir ki, hər bir cavabdeh onlara bağışlanmış paylara mütənasib olaraq öhdəlik daşıdığından və ünvan 1 kəndində yerləşən 0.12 ha torpaq sahəsindən 0,031 ha hissəsi cavabdeh2, 0,089 ha hissəsi cavabdeh1, bağışlandığından 4300 manatın 0,26 (0,031/0,12) hissəsi, yəni 1118 manat cavabdeh2, 0,74 (0,089/0,12) hissəsi, yəni 3182 manat cavabdeh1, “xxxx” Kiçik Müəssisəsinin paylarının 0,15 hissəsi cavabdeh2, 0,85 hissəsi isə cavabdeh1 bağışlandığından 0,1 manatın 0,85 hissəsi cavabdeh2, 0,1 manatın 0,15 hissəsi isə cavabdeh1 tutulmalıdır.

23. Məhkəmə, iddia tələbinin “xxxx” ASC-nin bank hesabından çıxarılan 5500 manat və “xxxx” QSC-dən çıxarılan 32.500 manat pul vəsaiti” hissəsinə münasibətdə qeyd etmişdir ki, bu sübutetmə yükü ilə bağlıdır, belə ki, iddiaçı həmin pul vəsaitlərinin miras əmlaka daxil olması, həmin pul vəsaitinin cavabdehlərə bağışlanması və miras kimi cavabdehlərə keçməsi ilə bağlı sübutetmə vəzifəsi daşıyır, lakin iddiaçı buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Əksinə, iş materiallarından görünür ki, X6 həmin banklarda hər hansı bank hesabı və depoziti olmamışdır.

24. Məhkəmə, üçüncü şəxslərin iddia tələbi ilə bağlı qeyd etmişdir ki, X və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs1 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 12, ** saylı mənzilə dair paylarından imtina etdiklərindən, “xxxx” ASC-nin bank hesabından çıxarılan 5500 manat və “xxxx” QSC-dən çıxarılan 32.500 manat pul vəsaitlərinin miras əmlaka daxil olması, həmin pul vəsaitinin cavabdehlərə bağışlanması və miras kimi cavabdehlərə keçməsi sübuta yetirilmədiyindən, ünvan 1 kəndində yerləşən 0.12 ha torpaq sahəsi və “xxxx” Kiçik Müəssisəsi isə nin öldüyü tarixdə onun mülkiyyətində olmamaqla miras əmlaka daxil olmadığından və iddia tələbi məcburi payın müəyyən edilərək cavabdehlərdən alınması barədə olduğundan iddia tələbi əsaslı deyil və təmin edilə bilməz.

25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə, 125-ci maddəsinin VII-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1, 1193, 1194, 1195, 1196, 1197, 1200, 1201, 1257, 1261, 1268.1, 1325-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” # ###### 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 82.3, 119.1, 124.2, 217.4, 360-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli Qərarına, Avropa Insan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarına, “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. Iddiaçı İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs1 tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsini xahiş etmişlər.

27. Iddiaçı apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə Mülki Məcəllənin 225.1 və 425.1-ci maddələrinin tətbiqində səhvə yol vermiş, tətbiq edilməli olmayan normanı tətbiq etmişdir. Qətnamədə əsaslandırılmamış və miras əmlakda məcburi payın müəyyən edilməsində mülki qanunvericilik normalarının tələbləri pozulmuşdur.

28. Iddiaçı apellyasiya şikayətinə əlavə təqdim edərək qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi iddianı nəzərə almamış, ondan kobud şəkildə kənara çıxmışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən kobud maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermiş, mənafelərini və hüquqlarını, eləcə də əldə edə biləcəyi gəlirləri nəzərə almamışdır. Belə ki, iddia predmetlərindən biri olan “xxxx” Kiçik Müəssisəsinin təsisçisi mərhum atası olmuş, həmin hüquqi şəxs müəyyən əmlaklara, eləcə də aktiv gəlirlərə malik olmuşdur. Bu o deməkdir ki, həmin müəssisənin nizamnamə kapitalı cavabdehlərə bağışlanmasa idi, həmin müəssisənin nizamnamə kapitalı üzərində 1/5 hissədə vərəsəlik və məcburi pay hüquqları müəyyən ediləcəkdir və həmin hüquqi şəxsin təsisçisi statusuna malik olaraq müəssisənin əmlakları, eləcə də gəlirləri üzərində pay hüququna malik olacaqdır. Lakin, mərhum sağ ikən cavabdehlər onun xəstəliyindən istifadə edərək sözügedən müəssisənin nizamnamə kapitalının özlərinə bağışlanmasına nail olmuş, bununla da nəinki həmin nizamnamə kapitalında, eyni zamanda dolayısı ilə müəssisənin əmlakları və gəlirləri üzərində də pay hüququna malik olmuşdurlar. Bu isə ölmüş şəxsin qanuni vərəsəsi kimi hüquqlarının kobud pozuntusunu təşkil etməkdədir. Eyni zamanda, məhkəmə tələbinə uyğun olmadan iddia tələblərini təşkil edən əmlakların qiymətləndirilməsini təşkil etmişdir. Belə ki, məhkəmə prosesində tərəfindən vəsatətlər verilmiş və iddia tələblərindən biri olan “xxxx” kiçik müəssisəsinin obyektlərinin mövcudluğunun, müəssisənin həqiqətən işlək vəziyyətdə olub-olmamasının aydınlaşdırılması tələb edilmişdir. Lakin hakim bu vəsatətindən də kənara çıxaraq müəssisənin yerləşdiyi və ona məxsus olan obyektin dəyərinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin etmişdir. Bu zaman obyektin orta bazar dəyərinin 1.345.500 manat, likvid dəyərinin isə 1.145.500 manat olması müəyyən edilmişdir. Bu hissə iddia tələbinə uyğun olmasa belə, nəzərə almaq lazımdır ki, məhkəmə bu qədər böyük məbləğlərdə əmlaklara və dövriyyəyə malik müəssisənin yalnız nizamnamə kapitalındakı 10 qəpiyin ona ödənilməsini qəbul etmişdir. Bu zamanda ortaya belə suallar çıxmaqdadır: Əgər məhkəmə müəssisə üzrə yalnız onun kapitalının 10 qəpik hissəsini verəcəkdirsə, bu qədər əmlak qiymətləndirilməsi hansı səbəbdən aparıldı? Ikincisi isə, həmin müəssisəyə dair məcburi pay hüquqları niyə iddiaçıya münasibətdə yalnız nizamnamə kapitalının 10 qəpiyi, cavabdehlərə münasibətdə isə müəssisənin yüksək məbləğlərdə qiymətləndirilən obyektləri və gəlirləridir? Göründüyü kimi, məhkəmə bu hissələrdə də hüquqlarını məhdudlaşdırmış və bunun əsaslarını qətnamədə göstərməmişdir. Beləliklə, məhkəmə bu hissədə “xxxx” Kiçik Müəssisəsi üzrə mənafelərini və hüquqlarını kobud şəkildə məhdudlaşdırmış, həmin müəssisənin işlək vəziyyətdə olmasını, yüksək dövriyyəyə və müəyyən əmlaklara malik olmasını və iddiaçının bunlar üzərində qanuni vərəsə kimi pay hüquqlarının olmasını nəzərə almamış, müəssisənin sadəcə 1 manatdan ibarət olan nizamnamə kapitalının 10 qəpik hissəsinin cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsinə dair absurd qərar qəbul etmişdir. Buna müvafiq olaraq iddianın təmin edilməsi baxımından məhkəmə qeyd edilən əmlaklar və “xxxx” kiçik müəssisinin nizamnamə kapitalı üzərində iddiaçının məcburi pay hüquqlarının müəyyən edilməsi barədə qətnamə çıxarmalı olduğu halda, kobud şəkildə iddia tələbindən kənara çıxaraq həmin əmlakların dəyərinin və hüquqi şəxsin nizamnamə kapitalının dəyərinin iddiaçıya ödənilməsinə dair qərar qəbul etmişdir. Halbuki, nə iddia tələbində həmin əmlakların dəyərinin və hüquqi şəxsin nizamnamə kapitalının dəyərinin bölünərək iddiaçıya ödənilməsi tələb edilməmiş, nə də məhkəmə gedişində belə bir təklif və ya tələb edilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddia tələbindən bu şəkildə kobudcasına kənara çıxan məhkəmə bu qərarını heç bir müstəsna halla əsaslandırmamış və bunun üçün hər hansı bir dəlili göstərməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara da qiymət verməmiş, eləcə də iş üzrə əhəmiyyəti olan bəzi sübutları əldə etmədən qətnamə qəbul etmişdir. Belə ki, iddia predmetlərindən biri olan “xxxx” kiçik müəssisinin işlək vəziyyətdə olması və müəyyən dövriyyəyə malik olmasını, eləcə də həmin müəssisinin orta bazar dəyəri 1.345.500 manat, likvid dəyəri 1.145.500 manat olan obyektlərə malik olmasını nəzərə almamış, bu əmlakların deyil, yalnız 1 manatdan ibarət olan nizamnamə kapitalının 10 qəpik hissəsinin cavabdehlərdən tutularaq mənə verilməsinə dair qərar qəbul etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, tərəfindən mübahisələndirildiyi halda iddianın “xxxx” ASCnin bank hesabından çıxarılan 5500 manat və “xxxx” QSC-sən çıxarılan 32.500 manat pul vəsaitinə dair hissəsi üzrə mühüm əhəmiyyətli hallar olan həmin pul vəsaitlərinin mərhum atası un bank hesablarında olması, pul vəsaitlərinin hansı tarixdə kim tərəfindən götürülməsinə dair məlumatları məhkəmə əldə etməmiş, bu hissədə iddianın rədd edilməsinə dair qətnamə qəbul etmişdir. Göründüyü kimi məhkəmə iş üzrə halları və sübutları tam, hərtərəfli və obyektiv qiymət verməmişdir. Məhkəmə prosesinin gedişində “xxxx” ASC-nin bank hesabından çıxarılan 5500 manat və “xxxx” QSC-sən çıxarılan 32500 manat pul vəsaitinin həmin banklardan kim tərəfindən və nə zaman çıxarılmasının aydınlaşdırılmasının vacib olduğunu bildirsə də, məhkəmə buna cəhd etməmiş, qeyd olunan banklara müvafiq sorğular göndərməyərək bunun aydınlaşmasına imkan verməmiş və nəticədə həmin faktiki halların sübut olunmadığını əsas gətirərək bu hissədə iddianı rədd etmişdir. Eyni zamanda “xxxx” kiçik müəssisinin nizamnamə kapitalından pay hissəsi nəzərdə tutaraq dolayısı ilə müəssisə üzərində miras əmlakı kimi vərəsəlik hüququnu tanısa da, hazırda fəaliyyətdə olan həmin müəssisənin kifayət qədər dövriyyəyə malik olmasını, eyni zamanda likvid və orta bazar dəyərlərinin müvafiq olaraq 1.345.500 və 1.145.500 manat olmasını ümumiyyətlə nəzərə almamış, nizamnamə kapitalı üzrə pay hüququna malik olan vərəsə kimi müəssisənin fəaliyyətinin idarə olunmasında, gəlirlərində və digər sahələrində həmin paya uyğun mövcud olan hüquqlarını aşkar şəkildə məhdudlaşdıraraq nizamnamə kapitalından 10 qəpik təmin etməklə həmin hüquqlarını pərdələmişdir.

29. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs1 apellyasiya şikayətini işin faktiki halları və əlavə olaraq onunla əsaslandırmışdır ki, banklarda atasının adına olan pulun olub olmaması müəyyən etmək üçün banklara məhkəmə tərəfindən sorğu verilməli olduğu halda bu edilməmişdir. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən vətəndaşların Banka olan əmanətləri barədə hər hansı sorğularına cavab verilmir. Bu hal müəyyən etmək məhkəmənin səlahiyyətinə aid olduğu halda, məhkəmə öz üzərinə düşən vəzifəni icra etməmiş və nəticədə formal qətnamə ilə miras əmlaka olan hüquqlarını kobud pozmuşdur. Miras əmlak barədə məhkəmənin gəldiyi nəticə də əsasızdır. Belə ki, miras əmlakdan imtina barədə ərizə, yalnız cavabdeh1 adına rəsmiləşdirilmiş mənzil barədədir. Atalarının adına olmuş miras əmlaklardan heç vaxt imtina etməmişlər. Məhkəmə göstərilən hallara düzgün qiymət verməmişdir. Birinci instansiya məhkəməsi miras əmlakdan məcburi pay kimi ona çatası payın müəyyən edilərək verilməməsi kobud qanun pozuntusu hesab edilməlidir. Iş üzrə təqdim edilmiş ekspertiza rəyində birmənalı göstərilmişdir, mübahisəli tikinti sahəsi uzun müddət əvvəl tikilib və həmin tikilinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Lakin məhkəmə ekspert rəyini nəzərə almadan əsassız qətnamə qəbul etmişdir. Lakin məhkəmə işin obyektiv və hərtərəfli həlli baxımından təqdim edilmiş sübutlara münasibət bildirməmiş və şahidin izahatının alınmasını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin tələblərinin kobud pozuntusu ilə qəbul edilmiş məhkəmə qətnaməsi ləğv etməlidir.

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının mübahisə predmeti olan əmlakların real bazar qiymətlərinin müəyyən edilməsinə dair ##.##.2025-ci il tarixli qərardadı əsasında aparılmış Azərbaycan Respublikası MBA LTD MMC-nin MB **/**** nömrəli ## ###### 2025-ci il tarixli qiymətləndirmə hesabatına əsasən ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin bazar dəyəri 15.000 manat, onun üzərində inşa edilmiş ümumi sahəsi 100 kv.m. olan fərdi yaşayış evinin bazar dəyəri 54.000 manat, ümumi sahəsi 200 kv.m. fərdi yaşayış evinin bazar dəyəri 79.000 manat müəyyən edilmişdir.

32. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qətnaməsi ilə üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs1 apellyasiya şikayətinin təmin edilməmiş, iddiaçı İddiaçı apellyasiya şikayətinin qismən təmin edilərək Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilməsi hissəsində dəyişdirilməsi, cavabdeh2 1794 (min yeddi yüz doxsan dörd) manat və cavabdeh1 5106 (beş min yüz altı) manat 10 (on) qəpik alınaraq İddiaçı ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, ödənilmiş dövlət rüsumlarının apellyatorların özlərinə aid edilməsi qət edilmişdir (hakimlər - Azad Imanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski).

33. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, X və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs1 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 12, ** saylı mənzilə dair paylarından imtina etmiş, “xxxx” ASC-nin bank hesabından çıxarılan 5500 manat və “xxxx” QSC-dən çıxarılan 32.500 manat pul vəsaitlərinin miras əmlaka daxil olması, həmin pul vəsaitinin cavabdehlərə bağışlanması və miras kimi cavabdehlərə keçməsi sübuta yetirilməmişdir. Həmçinin, ünvan 1 kəndində yerləşən 0.12 ha torpaq sahəsi və “xxxx” Kiçik Müəssisəsi isə nin öldüyü tarixdə onun mülkiyyətində olmamaqla miras əmlaka daxil olmadığından və iddia tələbi məcburi payın müəyyən edilərək cavabdehlərdən alınması barədə olduğundan apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilmir;

34. Iddiaçının apellyasiya şikayətinin “xxxx” ASC-nin bank hesabından çıxarılan 5500 manat və “xxxx” QSC-dən çıxarılan 32.500 manat pul vəsaiti hissəsinə münasibətdə qeyd etmişdir ki, bu sübutetmə yükü ilə bağlıdır, belə ki, iddiaçı həmin pul vəsaitlərinin miras əmlaka daxil olması, həmin pul vəsaitinin cavabdehlərə bağışlanması və miras kimi cavabdehlərə keçməsi ilə bağlı sübutetmə vəzifəsi daşıyır, lakin iddiaçı buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Əksinə, iş materiallarından görünür ki, X6 həmin banklarda hər hansı bank hesabı və depoziti olmamışdır;

35. Işin halları və mütəxəssis rəyi nəzərə alınaraq İddiaçı tamamlanmalı olan payının məbləğini müəyyən edilərkən qeyd etmişdir ki, qətnamə cavabdeh2 və cavabdeh1 tutulan pul məbləği hissəsində dəyişdirilməli, həmin əmlakların Azərbaycan Respublikası MBA LTD MMC-nin MB **/**** nömrəli ## ###### 2025-ci il tarixli qiymətləndirmə hesabatı ilə müəyyən edilmiş dəyərinə müvafiq olaraq (54000+15000) 69000 manat və “xxxx” Kiçik Müəssisəsinin nizamnamə kapitalının 1 manat olmasını nəzərə alır.

36. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin əmlakların ümumi dəyərinin (6900,1 manat) 1/10 hissəsini təşkil edən 6900,1 manat cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Hər bir cavabdeh onlara bağışlanmış paylara mütənasib olaraq öhdəlik daşıdığından və ünvan 1 kəndində yerləşən 0.12 ha torpaq sahəsindən 0,031 ha hissəsi cavabdeh2, 0,089 ha hissəsi cavabdeh1, bağışlandığından 6900 manatın 0,26 (0,031/0,12) hissəsi, yəni 1794 manat cavabdeh2, 0,74 (0,089/0,12) hissəsi, yəni 5106 manat cavabdeh1, “xxxx” Kiçik Müəssisəsinin paylarının 0,15 hissəsi cavabdeh2, 0,85 hissəsi isə cavabdeh1 bağışlandığından 0,1 manatın 0,85 hissəsi cavabdeh2, 0,1 manatın 0,15 hissəsi isə cavabdeh1 tutulmalıdır.

37. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş vəsatətdə ünvan 1 ünvanında olan miras əmlakın 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən ikimərtəbəli fərdi yaşayış evinin 200 kv.m-dən ibarət olmasının nəzərə alınmasını xahiş etsə də, qeyd edilən tələb birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edilən zaman iddia tələbinə daxil edilməmişdir. Iş materiallarında olan iddiaçı tərəfindən ##.##.2025-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədən də görünür ki, iddiaçı hətta məhkəmə baxışının olduğu tarixdə də sözügedən tələbə dair iddia irəli sürməmişdir.

38. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29 (5), Mülki Məcəllənin 1151, 1193-1197, 1200, 1201, 1257, 1261, 1268.1, 1325-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 217.2, 217.4, 218.3, 372.6, 384.0.3-cü maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 8 yanvar 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

39. Iddiaçı (vəkil vəkil2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin iddiaçı İddiaçı münasibətdə tamamilə ləğv edilərək iş üzrə müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir.

40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanun imperativ qaydada müəyyən edir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmçinin, mülki qanunvericilik normalarına görə, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, iddiaçı İddiaçı miras qoyanın ölümündən sonra onun mülkiyyətində olan əmlaklarda- Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ** saylı evin ümumi sahəsi 68,22 kv.metr, yaşayış sahəsi 46,62 kv.metrdən ibarət 3 otaqlı ** saylı mənzildə miras payını notarial qaydada qəbul etmişdir.

41. Məhkəmə kollegiyasının iddiaçı İddiaçı miras əmlakda məcburi payının müəyyən edilməsi və payın tamamlanması barədə mövqeyi ilə də razılaşmaq olmaz. Belə ki, ##.##.1994-cü il tarixdə hüquqi şəxslərin dövlət qeydiyyatına əsasən qeydə alınmış ”xxxx” kiçik müəssisəsinin (VÖEN 2000050661) miras qalmış əmlakında müəssisənin nizamnamə kapitalında simvolik 1 (bir) manat təsis payından məcburi payın müəyyən edilməsini əsas götürmüşlər. ”xxxx” kiçik müəssisəsinin nizamnamə kapitalında olan 1 manat təsis payının miras qoyan tərəfindən 85 faizi cavabdeh2, 15 faizi cavabdeh1 bağışlanmışdır. Məhkəmə kollegiyasının təşəbbüsü ilə aparılan qiymətləndirmə nəticəsində (“xxxx” MMC-nin ** saylı ##.##.2024-cü il tarixli mütəxəssis rəyindən) ünvan 2ünvanında yerləşən “xxxx” Kiçik Müəssisəsinin əmlak kompleksinin orta bazar dəyərinin 1.345.500 manat, likvid dəyərinin isə 1.145.500 manat olduğu müəyyən edilmişdir. “xxxx” Kiçik Müəssisəsinin əmlak kompleksinin orta bazar dəyərinin 1.345.500 manat (hələ bunda da subyektiv amillərin olmadığı şübhəlidir) olduğu halda, iddiaçının payının nizamnamə kapitalının 1 manatda ifadə olunan dəyərinə düşən 10 qəpiyi əsaslandırması başa düşülən deyil. Necə ola bilir ki, cavabdehlər cavabdeh2 və cavabdeh1 nizamnamə kapitalında 1 manatın 85 və 15 faizlərində ifadə olunan əmlak dəyərində paylarına 1.345.500 manat, iddiaçı İddiaçı payına 10 (on) qəpik hesablanır. Bu necə ədalətli bölgüdür.

42. Iddiaçı İddiaçı müəssisənin nizamnamə kapitalında olan payının müəyyən edilməsini tələb edir. Belə ki, o, qanun üzrə vərəsələrdən birinə çatan payın yarısı qədər məcburi payının ayrılması və miras əmlakda olan payının tamamlanmasını xahiş edir. xxxx kiçik müəssisəsinin miras əmlakda olan payının 10 faiz həddində payının müəyyən edilməsini iddia edir. Həmin miras kütləsinə daxil olan Şadlıq sarayının bu gün bazar qiyməti 3.000.000 (üç milyon) manat civarında dəyərləndirilir. Bundan başqa, ayrı-ayrı xidmət və istehsalat sahələri vardır ki, həmin sahələr də fəaliyyət göstərir və gəlir gətirir. Həmin xidmət sahələrindən payına düşən bir hissəsini əldə etməklə özünün maddi ehtiyaclarını ödəmiş olar. Eləcə də, Astara rayonunun Pensər kəndində 0,12 ha həyətyanı torpaq sahəsi və onun üzərində ümumi sahəsi 200 kv.metr olan fərdi yaşayış evindən bir hissəsinin verilməsi daha ədalətli hesab olunardı.

43. Məhkəmə kollegiyası istər maddi hüquq normalarının və istərsə də Konstitusiya Məhkəməsi Plenumunun “AzərbaycanRespublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” # ###### 2021-ci il tarixli Qərarının şərhini düzgün təfsir etməmişdir.

44. Tərəflərin qarşılıqlı münasibətləri ədalət mühakiməsinin tələbləri baxımından düzgün qiymətləındirilməmişdir.

45. Qətnaməsinin nəticə hissəsində mübahisəli əmlakın hansı hissəsindən və hansı qaydada məcburi payın alınması göstərilməmişdir. Nə üçün “xxxx” Kiçik Müəssisəsinin nizamnamə kapitalının 85 faizini əldə edən cavabdeh2 (əmlak kompleksinin orta bazar dəyəri 1.345.500 manatdır) 10 qəpik yox, həmin müəssisənin 15 faizini əldə edən cavabdeh1 tutulmalıdır. Digər tərəfdən, 10 qəpik tutmanın Astara rayonunun Pensər kəndində 0,12 ha həyətyanı torpaq sahəsi və onun üzərində ümumi sahəsi 200 kv.metr olan fərdi yaşayış evinə nə aidiyyəti vardır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

47. Maddə 60, hissə 1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Insan Hüquqlarının və X10 X12:

48. Maddə 6, hissə. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

49. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

50. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

51. Maddə 1159.1.1.Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

52. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (hazırkı iş üzrə mirasın açıldığı vaxt qüvvədə olan redaksiya).

53. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

54. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

55. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.

56. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.

57. Maddə 1200. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.

58. Maddə 1201. Əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

59. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

60. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

64. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

65. Işdən görünür ki, iddia qaldırmış İddiaçı, X və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs1 ataları dən miras qalmış əmlakdan onlara çatan məcburi payın müəyyən edilməsi üçün cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı vərəsəlik mübahisəsi açmışlar.

66. Iddiaçılar tələblərində miras kütləsinə daxil olan əmlak kimi Bakı şəhəri Xətai rayonu, General Şıxlinski, küçəsi, ev 37, ** saylı mənzili, “xxxx” kiçik müəssisəsini, Astara rayonun Pensər kəndində 0,12 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evini, “xxxx” ASC-nin hesabından çıxarılan 5.500 manat və “xxxx” QSC-dən çıxarılan 32.500 manat pul vəsaitini göstərmişlər.

67. Məhkəmələr banklardan çıxarıldığı qeyd olunan pul vəsaitləri istisna olmaqla,digər aktivlərin mövcudluğunu müəyyən etmiş və müvafiq hesablama apararaq yekunda cavabdeh cavabdeh2 1794 manat, cavabdeh1 isə 5106 manat 10 qəpik pulun alınaraq İddiaçı ödənilməsini qət etmiş, qalan iddiaları rədd etmişlər.

68. Qətnamələrin əsaslandırılmasından belə məlum olur ki, iddiaçının xeyrinə tutulan məcburi payın həcmi hesablanarkən miras qoyan tərəfindən cavabdehlərə bağışlanmış ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 100 kv.m. yaşayış evinin birlikdə dəyəri olan 69.000 manat, habelə “xxxx” Kiçik Müəssisəsinin nizamnamə kapitalı 1 manat nəzərə alınmışdır.

69. Iddiaçı isə kassasiya şikayətində bildirir ki, “xxxx” Kiçik Müəssisəsinin əmlak kompleksinin orta bazar dəyəri 1.345.500 manat olduğu halda, iddiaçının payının nizamnamə kapitalının 1 manatda ifadə olunan dəyərinə düşən 10 qəpik hesablanması başa düşülən deyil. Kassator hesab edir ki, həmin miras kütləsinə daxil olan Şadlıq sarayının bu günkü bazar qiyməti 3.000.000 manat civarındadır. Eləcə də, Astara rayonu Pensər kəndində 0,12 ha həyətyanı torpaq sahəsi və onun üzərindəki 200 kv.metr olan fərdi yaşayış evindən bir hissənin verilməsi daha ədalətli olardı.

70. Kassasiya instansiyası məhkəməsi aşağıdakılara əsasən hesab edir ki, mübahisənin yuxarıda qeyd olunan şəkildə həll edilməsi maddi və prosessual hüquq normalarına uyğun olmamışdır.

71. Məlum olduğu kimi, məcburi pay, miras qoyanın sağlığında öz əmlakına verdiyi sərəncamların (ölümə bağlı sərəncam kimi vəsiyyətin, ölümündən qabaq iki il ərzində edilmiş bağışlamanın) uşaqlarının, valideynlərinin və arvadın (ərin) mənafeləri naminə qanunla məhdudlaşdırılmasıdır. Bu qayda ilə miras qoyanın öz əmlakını istədiyi şəxsə özgəninkiləşdirmək və ya vəsiyyət etmək hüququ, sadalanan şəxslərin almalı olduqları və qanunla müəyyən edilmiş həddə məhdudlaşdırılır.

72. Məcburi pay institutu miras qoyanın yaxın ailə üzvləri qarşısında olan maddi və mənəvi öhdəliklərindən irəli gəlir. Bu öhdəliklər çərçivəsində miras qoyanın ən yaxınlarını əmlakdan tamamilə məhrum etməsinin qarşısı alınır, onların qanunla müəyyən edilən minimum həcmdə əmlak almaları təmin edilir. Həmin şəxslərin məcburi pay gözləntiləri ailə bağlarının sıxlaşmasına, cəmiyyətin özəyi olan ailənin daha da möhkəmlənməsinə səbəb olmaqla ictimai bir fayda da təmin edir.

73. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli qərarında məcburi pay institutunun mahiyyəti ilə bağlı vurğulamışdır ki, “Vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olması ailə-təminat prinsipindən irəli gəlir. Bu prinsipə əsasən, mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlakın (əmlakın müəyyən hissəsinin) iqtisadi təminatı vəfatından sonra əsasən onun yaxın ailə üzvlərinə məxsus olmalıdır. Mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur. Bu zaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır. Beləliklə, qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə, ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan, bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır”.

74. Kollegiya vurğulayır ki, məcburi payın həcmi Mülki Məcəllənin 1193-cü maddəsində göstərilmişdir: vərəsələrin qanun üzrə vərəsəlik qaydasında alacaqları payın yarısı.

75. Bu həcmin hansı qaydada müəyyənləşdiriləcəyi ilə bağlı həmin Məcəllənin 1195-ci maddəsində göstərilir ki, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.

76. Göründüyü kimi, Mülki Məcəllənin 1193-cü maddəsi ilə müəyyən edilən məcburi payın pozulmasının və tamamlanmalı olan həcminin necə təsbit olunacağı məhz 1195-ci maddədə açıqlanmışdır. Bunun üçün meyar vəsiyyət (hədiyyə) edilən hər bir (ayrıca) əmlak deyil, bütün mirasdır. Başqa sözlə, məcburi payın pozulub-pozulmadığının müəyyən edilməsi üçün mirasa daxil olan hər bir predmet ayrı-ayrılıqda deyil, ölümdən əvvəlki 2 il ərzində edilən bağışlamalarla birlikdə bütöv miras əmlakın ümumi dəyəri əsas alınır (bu barədə daha ətraflı bax: Ali Məhkəmənin Mülki kollegiyasının 3 ulduz indeksli, *(***)-****/**** nömrəli, ## #### 2022-ci il tarixli qərarı, bənd:73-83).

77. Baxılan işdə mübahisə həll edilərkən qeyd olunan normaların tələbləri nəzərə alınmamış, habelə miras qoyanın ölümündən əvvəl cavabdehlərə bağışladığı əmlakın dəyəri düzgün şəkildə müəyyənləşdirilməmişdir.

78. Belə ki, məhkəmələr miras kütləsinə daxil olan “xxxx” Kiçik Müəssisəsinin həqiqi dəyərini deyil, 1 manat nizamnamə kapitalını əsas götürmüşlər. Halbuki, nizamnamə kapitalı hüquqi şəxsin təsis sənədlərində (nizamnamədə) göstərilən, rəsmi dövlət qeydiyyatından keçən ilkin kapital məbləğidir. Təsisçilərin şirkətə qoyduğu pul və ya əmlakın nominal məbləği olan nizamnamə kapitalının təyinatı əldə olunan gəlirin bölünməsində, qərarların alınmasında və bütövlükdə şəriklikdə təsisçilərin iştirak nisbətini müəyyənləşdirməkdir. Şirkətin əsl iqtisadi dəyəri onun həqiqi dəyəridir. Həqiqi dəyər hüquqi şəxsin balansındakı passivləri çıxdıqdan sonra qalan aktivlərin real bazar qiyməti ilə müəyyən olunur.

79. Təsadüfi deyil ki, Mülki Məcəllənin 93.6-cı maddəsində məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı payların cəmiyyətin iştirakçısı olan fiziki şəxslərin vərəsələrinə və hüquqi şəxslərin hüquq varislərinə keçməsinə razılıq verməkdən imtina edilməsi halında onlara ödənilməli olan əmlak kimi məhz payın həqiqi dəyəri və ya həmin dəyərə bərabər əmlak göstərilmişdir.

80. Qeyd olunanları nəzərə alaraq, məhkəmə tərkibi hesab edir ki, apellyasiya məhkəməsi hazırkı işdə miras kütləsinə daxil olan “xxxx” Kiçik Müəssisəsinin həqiqi dəyərini deyil, 1 manat nizamnamə kapitalını əsas götürməsi qanunvericiliyə uyğun olmamışdır.

81. Bundan əlavə, məhkəmələr müəyyən etmişlər ki, miras kütləsinə daxil olan, Astara rayonun Pensər kəndində 0,12 ha torpaq sahəsində ümumi sahəsi 200 kv.m. olan fərdi yaşayış evi iki mərtəbədən ibarət vahid bir tikili olmaqla bazar dəyəri 79.000 manatdır. Buna baxmayaraq, apellyasiya məhkəməsi 100 kv.m.-lik evin dəyəri olan 54.000 manatı əsas götürməsinin səbəbini və qanunvericiliyə uyğunluğunu əsaslandırmamışdır.

82. Işdən o da görünür ki, iddiaçı məcburi pay iddia etdiyi 200 kv.m. fərdi yaşayış evindən bir hissəsinin ona verilməsini istəyir.

83. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və VII hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2024-cü il tarixli qərarında vurğulanmışdır ki, ...qanunvericinin məcburi payı digər vərəsəlik növlərindən, qanun üzrə vərəsəlikdən fərqlənməyən, əksinə onun toxunulmaz hissəsi kimi müəyyənləşdirdiyini göstərir. Bu səbəbdən də Mülki Məcəllənin 1255-ci maddəsinə uyğun olaraq miras əmlak mirasın açıldığı gündən digər vərəsələr kimi məcburi pay sahibi vərəsələrin də mülkiyyəti sayılır.

84. Belə olan halda, hazırkı iş üzrə mübahisənin düzgün həlli üçün dən qalan miras kütləsi üzrə iddiaçının məcburi pay tələbi yuxarıda qeyd olunan hüquq normalarına və hüquqi mövqelərə uyğun araşdırılmamış və həll edilməmişdir.

85. Mövcud vəziyyət apellyasiya instansiyası məhkəməsi tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmadığına dəlalət edir (§ 59-61).

86. Məhkəmə kollegiyası vurğulayır ki, iş üzrə əhəmiyyət kəsb edən halları müəyyən etmədən və onlara qiymət vermədən, səthi və formal mülahizələrlə iddianın həlli barədə çıxarılmış qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

87. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, Insan Hüquqlarının və X10 X12 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 47-48).

88. Qeyd olunanları nəzərə alaraq, kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

89. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi iddiaçıya aid hissədə ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar