Məhkəmə qərarları › İş №2(062)-68/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-68/2023

04.07.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-68/2023 04.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Ərizəçi Tovuz rayon İcra Hakimiyyətini və X2 maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 07 dekabr 2003cü il tarixdə döğulmuş oğlu X1 fəaliyyət qabilliyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X3 ilə yaşayışlarından 07 dekabr 2003-cü il tarixdə doğulmuş oğlu X1 anadangəlmə kvadroplegik spastik serebral iflic, uşaq serebral iflici spastik tetraplegiya, generalizə olunmuş idiopatik epilepsiya və epilik sindromlar, qıcolma epizodlarla gedən ağır dərəcəli ağıl zəifliyi və məntiqli hərəkət qabiliyyəti yoxdur. Hazırda 1-ci dərəcəli əlildir. X6 bu səbəbdən fəaliyyətli olmayan şəxs hesab edilməlidir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Azərbaycan RespublikasıSəhiyyə Nazirliyi Məhkəmə psixiatrik X5 X8 Məhkəmə Pisixatri Ekspertizasın tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 586 saylı rəydən görünür ki, 07 dekabr 2003-cü il tarixdə döğulmuş X6 ağır dərəcəli əqli gərilik, ifadə olunmuş davranış pozuntuları, uşaq serebral iflicinin qalıq əlamətləri, qıcolma tutmaları ilə xbt-10 (pisixi və davranış pozuntularnın beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirir. 07 dekabr 2003-cü il tarixdə döğulmuş X6 ağır dərəcəli əqli gərginlik xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını dətk etmək və onları idarə etmək iqtidarında deyildir. 07 dekabr 2003-cü il tarixdə döğulmuş oğlu X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən Ərizəçi eynilə ərizədə qeyd olunanlara uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, oğlu Hacı hazırda tam fəaliyyət qabiliyyətsizdir, daim başqasının qulluğuna ehtiyacı vardır. Hacı hazırda onun himayəsində yaşayır. Ona görə də ərizəsinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Tovuz rayon İHBA yanında Qəyyumluq və Himayəçilik Komissiyası, X6 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh maraqlı şəxs Tovuz rayon İHBA yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin və X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinə görə hakim işi baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək və şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, 07 dekabr 2003-cü il tarixdə döğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 586 saylı rəydən görünür ki, 07 dekabr 2003-cü il tarixdə döğulmuş X6 ağır dərəcəli əqli gərilik, ifadə olunmuş davranış pozuntuları, uşaq serebral iflicinin qalıq əlamətləri, qıcolma tutmaları ilə xbt-10 (pisixi və davranış pozuntularnın beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirir. 07 dekabr 2003-cü il tarixdə döğulmuş X6 ağır dərəcəli əqli gərginlik xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını dətk etmək və onları idarə etmək iqtidarında deyildir. 07 dekabr 2003-cü il tarixdə döğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Mülki prosesdə şəxsin fəaliyyət qabiliyyətli olması prezumpsiyası qüvvədədir. Yəni fəaliyyət qabiliyyəti olmayan hesab edilmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi yoxdursa, şəxs fəaliyyət qabiliyyətli sayılır. Buna görə də ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini təsdiq edən halları sübut etmək vəzifəsi daşıyır. Məhkəmə bu kateqoriyadan olan işlərə səhhəti buna imkan verərsə, şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. İşə baxılarkən səhhəti ilə bağlı şəxsin özünün iştirakı təmin edilməmişdir.Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üzrə işlərdə sübutetmə predmetini, yəni müəyyənləşdirilməli olan faktiki halların dairəsini aşağıdakılar təşkil edir: psixi qüsurun mövcudluğu; şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən faktlar; psixi qüsurla şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsi və ya öz hərəkətlərini idarə edə bilməməsi arasında səbəbli əlaqə;digər hallar. Məsələn, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxsin ərizəçinin yaxın qohumu (uşaq, valideyn, qardaş-bacı və s.) olması faktı. Zəruri sübut kimi isə məhkəmə-psixiatriya ekspertizasının rəyi çıxış edir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305-306, 317-322, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 07 dekabr 2003-cü il tarixdə doğulmuş oğlu X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Tovuz rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar