Məhkəmə qərarları › İş №2(062)-681/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-681/2025

13.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-681/2025 13.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Məmmədov Samir Zöhrab oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Tovuz Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisina qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı cavabdeh Tovuz Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ata-anasından miras qalmış ünvan 1i ünvanmda 0.35 ha torpaq sahəsi və üzərində 36 kvadrat metr yaşayış sahəsi olan ev təsərrüfatıma birinci növbəli qanuni vərəsə olmağı əsasında həmin əmlaka dair vərəslik şəhadətnaməsi verilməsinin AR Ədliyyə Nazirliyi Tovuz Regional "ASAN Xidmət" Mərkəzində Notariat ofisinin üzərinə qoymaq barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsi X1 bildirmişdir ki, iddia ərizəsində göstərilən məsələ ilə bağlı Tovuz Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə müraciət edilsə də indiyədək həmin məsələ ilə notariat ofisində proses yekunlaşmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə; Maddə 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Maddə 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Maddə 260.5. Məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Maddə 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə hesab edir ki, iddiaçı hüquqi marağına uyğun olaraq Tovuz Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə müraciət etsə də müraciətinin nəticəsini gözləmədən məhkəmədə iddia qaldırmış, beləliklə mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində qanunla müəyyən edilmiş qaydaya riayət etməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddia ərizəsinin baxılmamış saxlanılması ilə əlaqədar mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödədiyi 100 manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh Tovuz Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisina qarşı “vərəsəlik hüququnun tanınması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçıya iddia ərizəsinin baxılmamış saxlanılmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar