Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-765/2023 31.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4 və X10 qarşı «miras mülkdən payların müəyyən edilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə Tovuz şəhərində 31 mart 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4 və X10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən **********08 saylı çıxarışda göstərilən mərhum X1 və X2 miras qalmış torpaq sahəsinin 0,20 ha hissəsindən hər birinə aid altıda bir hissə payının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, xx xxxx 1969-cu ildə X7 ilə X3 birgə nikahlarından Tovuz rayonu Aşağı Quşçu kəndində anadan olmuş, valideynlərinə məxsus evdə böyüyüb boya başa çatmışdır. X16 və anası Sona Əliyevanın birgə nikahlarından Nargilə, Fatma, Gülsüm, Rahilə, Rauf, Akif və Tariyel adlı uşaqları olmuşdur. Atası Hüseyn 22 sentyabr 2012-ci ildə , anası Sona 03 oktyabr 2010-cu ildə vəfat etmişdir. Miras torpaq sahəsinə qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq məqsədi ilə Tovuz regional ASAN xidmət mərkəzinin Notariat ofisinə rəsmi müraciət etmiş, miras mülklə bağlı vərəsələr arasında mübahisə olduğundan ona vərəsəlik hüququna dair şəhadətnamə verilməsindən imtina olunmuşdur.Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən və reyestr nömrəsi **********08 saylı çıxarışda göstərilən 0,60 ha torpaq sahəsindən mərhum atasının 0,20 ha və anasının 0,20 ha payı vardır. Qarşılıqlı razılaşma yolu ilə miras bölünə bilmədiyinə görə mübahisə olunan Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən mərhum atası X1 və mərhum anası X2 miras qalmış torpaq sahəsindən ona çatası altıda bir hissə payın müəyyən olunmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında göstərdi ki, xx xxxxxx 1963-cü ildə X7 ilə X3 birgə nikahlarından Tovuz rayonu Aşağı Quşçu kəndində anadan olmuş, valideynlərinə məxsus evdə böyüyüb boya başa çatmışdır. X16 və anası Sona Əliyevanın birgə nikahlarından Nargilə, Fatma, Gülsüm, Rahilə, Rauf, Akif və Tariyel adlı uşaqları olmuşdur. Atası Hüseyn 22 sentyabr 2012-ci ildə, anası Sona 03 oktyabr 2010-cu ildə vəfat etmişdir. İddianı qismən qəbul edir, hər birinin orda payı var. Ədalətli qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında Cavabdeh1 ilə eyni xüsusatda izahat verdi. Cavabdeh6 iddianı qəbul etməyərək məhkəmə iclasında verdyi izahatında göstərdi ki, X7 ilə X3 birgə nikahlarından Nargilə, Fatma, Gülsüm, Rahilə, Rauf, atası Akif və Tariyel adlı uşaqları olmuşdur. Babası Hüseyn 22 sentyabr 2012-ci ildə, nənəsi Sona 03 oktyabr 2010-cu ildə vəfat etmişdir. Atası ilə birlikdə həmin torpaq sahəsində üzüm bağı salmışdır, ora xərc çəkmişdir. Atası 2022-ci ilin yanvar ayının 6-da vəfat etmişdir. Vərəsə kimi atasının payını qəbul edirlər. Eyni zamanda torpaq sahəsinə qoyulan xərci tələb edəcəkdir. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. Cavabdehlər Cavabdeh5 və Cavabdeh7 məhkəmə iclasında, Cavabdeh4 isə məhkəmə hazırlıq iclasında Cavabdeh6 ilə eyni xüsusatda izahat verdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh X10 rəsmi məhkəmə bildirişi göndərilsə də, cavabdeh X11 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, cavabdeh X9 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara əsasən qismən təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş reyesrt nömrəsi **********08 saylı çıxarışdan görünür ki, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən ümumi sahəsi 0,60 ha olan torpaq sahəsi X3, İddiaçı və X4 ümumi birgə mülkiyyətindədir. İşə əlavə olunmuş Tovuz rayon qeydiyyat şöbəsinin vermiş olduğu arayışdan görünür ki, İddiaçı xx xxxx 1969-cu ildə anadan olmuş, atası X7, anası X5r. İşə əlavə olunmuş arayışdan görünür ki, X7 22 sentyabr 2012-ci ildə, X8 03 oktyabr 2010-cu ildə vəfat etmişdir. İşə əlavə olunmuş ölüm haqqında arayışdan görünür ki, X12 06 yanvar 2022-ci ildə ürək çatışmazlığı səbəbindən vəfat etmişdir. Məhkəmə araşdırılmaları zamanı müəyyən olundu ki, İddiaçı xx xxxx 1969-cu ildə X7 ilə X3 birgə nikahlarından Tovuz rayonu Aşağı Quşçu kəndində anadan olmuşdur. Hüseyn Əliyev və Sona Əliyevanın birgə nikahlarından iddiaçıdan başqa, Rahilə, Gülsüm, Akif, Fatma, Rauf və Tariyel adlı uşaqları olmuşdur. İddiaçının atası Hüseyn 22 sentyabr 2012-ci ildə, anası Sona 03 oktyabr 2010-cu ildə vəfat etmişdir. Valideynlərinin ölümündən sonra tərəflər birinci növbəli vərəsə kimi mirası qəbul etmişdir. Mirasın kütləsinə Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən ümumi sahəsi 0,60 ha olan torpaq sahəsi X3, İddiaçı və X4 ümumi birgə mülkiyyətində olan torpaq sahəsinin ayrı-ayrılıqda 0,20 ha və 0,20 ha hissələri daxildir. Vərəsələrdən heç biri mirasın qəbulundan imtina etməsi barədə ərizə verməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarına əsasən, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273.1-ci maddəsi) hüquqi baxımdan qeyrimüəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici orqan tərəfindən Mülki Məcəllənin mirasın qəbulu və mirasdan imtina ilə əlaqədar normalarının bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi məqsədəmüvafiq olardı. Göründüyü kimi vərəsələrdən heç birinin miras paydan imtina etməsi barədə ərizələri olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın ) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanı öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə görə birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər(övladlığa götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1273-cü maddəsinə görə, mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsəasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üçün toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən və reyestr nömrəsi **********08 saylı çıxarışda göstərilən 0,60 ha torpaq sahəsindən mərhumların 2/3 payı var. Tərəflər arasında mübahisə olduğundan miras mülk məhkəmə qaydasında bölünməlidir. Bundan başqa, iş üzrə müəyyən olundu ki, mərhumların yeddi nəfər birinci növbəli vərəsəsi olmuşdur. X6 anasından sonra, atasından əvvəl ölmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, anaları Sona öldükdən sonra ataları da daxil olmaqla, analarının əmlakı yeddi uşaq və əri də daxil olmaqla səkkiz nəfər vərəsələr arasında bölünməlidir. Yəni anaları Sonanın payına vərəsələrin hər birinin səkkizdə bir hissəsinə (ümumi əmlakın iyirmi dörddə bir hissəsinə) payları müəyyən edilməlidir. Belə olan halda iddiaçının ümumi əmlakda payı 9/24 (iyirmi dörddə doqquz) hissə alınır. Həmçinin mərhum ataları Hüseynin payı öldüyü məqamədək ümumi əmlakda iyirmi dörddə doqquz hissə alınır. Sonuncu öldükdən sonra, yəni vərəsəlik açıldıqda onun Nargilə, Rahilə, Gülsüm, Fatma, Akif və Taryel olmaqla, altı vərəsəsi olmuşdur. İş üzrə vəsiyyətnamə yoxdur. Belə olan halda mirasda vərəsələrin payları bərabər olmaqla, hər birinin payı həmin hissədə altıda bir, ümumi əmlakda 9/144 (yüz qırx dörddə doqquz) olmalıdır. İddiaçı anasından qalma mirasda payı, atasından qalma mirasda payı və özünə aid mülkiyyətində olan payı hesablandıqda ümumi əmlakda payı 63/144 (yüz qırx dörddə altmış üç) təşkil edir (15/144 hissə mirasdan pay, 48/144 hissə isə birgə mülkiyyətdə olan pay). Digər vərəsələrin payı isə 15/144 hissə, mərhum Raufun payı 6/144 hissə təşkil edir. Digər vərəsələr yazılı şəkildə mirasdan pay tələb etmədiyinə görə onların payı açıq saxlanılmalıdır. Göstərilənlərə əsasən, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən **********08 saylı çıxarışda göstərilən mərhum X1 və X2 miras qalmış torpaq sahəsinin mirasın kütləsinə daxil olan 2/3 hissəsinin 15/144 hissəsinə (yəni ümumi əmlakın 63/144 hissəsinə) İddiaçı miras payı müəyyən edilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən **********08 saylı çıxarışda göstərilən mərhum X1 və X2 miras qalmış torpaq sahəsinin mirasın kütləsinə daxil olan 2/3 hissəsinin 15/144 hissəsinə (yəni ümumi əmlakın 63/144 hissəsinə) İddiaçı miras payı müəyyən edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-765/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-765/2023
31.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver